Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə39/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

Bildirişlər


1.Təckə İslam peyğəmbəri yox, bütün peyğəmbərlər əmin, əmanətdardırlar. Peyğəmbərlik xəyanətlə uyuşmur. Əmin insan tərbiyə etmək istəyən şəxs özü xəyanətə yol verməməlidir. Gördüyünüz kimi, qeyri-ilahi rəhbərlər arasında xəyanət əhli çoxdur.

2. Hətta peyğəmbərlər də xalqın bədbin münasibətindən amanda qalmamışlar. (Bir tərəfdən zəif iman, digər bir tərəfdən dünya məhəbbəti insanı peyğəmbərlərə qarşı bədbinliyə aparır.)

3. Allahın övliyalarını və pak insanları müdafiə edin.

4. Qiyamətə haram mal gətirmək cəzanın bir növüdür. Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və bütün xalqın gözü qarşısında insanın xəyanət etdiyi malla gətirilməsi necə də pisdir!

5. Qiyamətin yada salınması insanı xəyanətdən çəkindirir.

6. Xəyanət xəyanətdir və onun qədəri mühüm deyil. “Yəti bima ğəllə” cümləsindəki “ma” hissəsi həm az, həm də çoxa xəyanəti bildirir.

7. Qiyamət səhnəsinə yaxşılar öz xeyir işləri ilə4, xainlər isə öz xəyanətləri ilə çıxarlar.

8. Allah adildir. Həm cəzanı kamil surətdə verir, həm də zərrəcə ifrata varmır.


162. ﴿ أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخَطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ

«Allahın razılığı sorağında olan kəs, Allahın qəzəbinə düçar olmuş və yeri cəhənnəm olan kəs kimidirmi? Necə də pis dönüş yeridir.»
163. ﴿ هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.”


Nöqtələr


◘Bu ayənin nüzul şəni haqqında deyilir ki, həzrət Peyğəmbər (s) Ühüdə doğru hərəkət göstərişi verdiyi vaxt münafiqlər müxtəlif bəhanələrlə Mədinədə qaldılar. Bir qrup zəif imanlı müsəlman da onlara qoşulub cəbhəyə getmədi.

◘155-ci ayədə oxuduq ki, Allah cəbhədən qaçıb sonradan peşman olanları bağışlayır. Bu ayədə isə buyurulur: Bəhanəçi rahattələblər və münafiqlər bağışlanmaz.

◘Quranın bir çox ayələrində möminlərin dərəcələri haqqında danışılır.1 Bu ayədə isə möminlərin özü dərəcə kimi tanıtdırılır. Necə ki, pak insanlar əvvəlcə Əli ibn Əbi-Talib (ə) kimi hərəkət edir, sonradan özləri ölçü olurlar. Əvvəlcə hansısa mehvər ətrafında dolanır, sonradan özləri xalq mehvəri olurlar.

Bildirişlər


1. Həqiqi mücahidlərin məqsədi ilahi razılığı əldə etməkdir. Onları qələbə, qənimət, şan-şöhrət maraqlandırmır.

2. İslam cəmiyyətində mücahidlərlə rahatlıq axtaranlara eyni gözlə baxılmamalıdır.

3. Cəbhədən qaçmaq Allahın qəzəbinə üz tutmaqdır.

4. Müsəlman üçün yeganə əməl meyarı Allahın razılığı və ya qəzəbi olmalıdır.


164. ﴿لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ

Həqiqətən, Allah möminlərə minnət qoyub onların öz aralarından bir peyğəmbər seçdi ki, ayələrini onlara oxusun, onları paklaşdırıb inkişaf etdirsin, onlara kitab və hikmət öyrətsin. Halbuki bundan qabaq aşkar azğınlıqda idilər.”


Nöqtələr


◘“Mənn” sözü əşyanın çəkisini təyin etmək üçün işlədilən daş mənasını bildirir. Hər bir ağır və dəyərli nemətin əta olunması “minnət” adlanır. Amma dəyərsiz nemətləri dəyərli, ağır göstərmək bəyənilməmiş bir işdir. Ona görə də böyük nemətləri bağışlamaq yaxşı, kiçik neməti böyük göstərmək isə bəyənilməmiş işdir.2

◘Xalqın arasından peyğəmbər seçilməsinin bir çox bərəkətləri var:

a) Xalq onun keçmişini tanıyır və etimad göstərir.

b) Onlar ilahi göstərişlərin icrasında xalqa nümunə olur.

v) Onlar xalqın dərdlərinə şərikdirlər və bu dərdlərdən xəbərdardırlar.

q) Xalqın yanındadırlar.

◘Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”dəki buyruqlarından məlum olur ki, cahiliyyət dövründə xalqın nə sağlam mədəniyyəti, nə də fiziki sağlamlığı vardı. Həzrətin qardaşı Cəfəre-Təyyar Həbəşistana hicrət zamanı cahiliyyət dövrünü Nəcaşi üçün belə təsvir edir: “Biz bütpərəst idik. Həmin dövrdə ölü heyvan əti yeyir, fitnə-fəsad içində yaşayırdıq. Qohumlarımızdan uzaqlaşmışdıq. Qonşularımızla pis rəftar edirdik. Bizim varlılarımız zəiflərin haqlarını ayaq altına alırdılar. Nəhayət, Allah Öz peyğəmbərini məbus etdi...”1

Bildirişlər


1. Peyğəmbərlərin besəti ən böyük səmavi hədiyyə və ilahi nemətdir.

2. Besət bütün xalq üçün olsa da, yalnız möminlər bu nemətə görə şükür edir və hidayət nurundan bəhrələnirlər.

3. Peyğəmbərlər xalqa yaxın olmuşlar.

4. Quran ayələrinin tilavəti paklanma və təlim vasitəsidir.

5. Paklanma təlimdən öndə gəlir.

6. Paklanma və təlim peyğəmbər proqramlarında ön yerdə dayanır.

7. İnkişaf və özünütərbiyə peyğəmbər məktəbi və ilahi ayələr sayəsində həyata keçməlidir. (Qaynağı ilahi ayələr, müəllifi peyğəmbərlər olmayan riyazət və rahiblik özü bir azğınlıqdır.)

8. Peyğəmbərlərin besət nemətini yaxşı dərk etmək üçün onlardan əvvəlki xalqların tarixinə müraciət etmək lazımdır.

9. Günahkar və azğın mühitlərdə də iş görmək olar.

10. Peyğəmbər məktəbində ruhi tərbiyə və düşüncə təlimi insanın baxış və bəsirəti ilə yanaşıdır.


165. ﴿ أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Sizə bir müsibət üz verdikdə ki, düşmən onun iki qat artığına düçar oldu, (yenədəmi) dediniz ki, bu müsibət haradandır? De ki, bu, özünüzdəndir. Şübhəsiz, Allah hər bir işə qadirdir.”


Nöqtələr


◘Ühüddə yetmiş şəhid verib məğlub olan müsəlmanlar peyğəmbərdən soruşurdular ki, nə üçün məğlub olmuşuq? Allah Öz peyğəmbərinə xitabla buyurdu ki, onlara de: Siz ötən il düşmənə bundan iki qat artıq zərbə vurdunuz. Onlardan yetmişini öldürüb, yetmişini əsir götürdünüz. Bu ilki məğlubiyyətinizin səbəbi isə təfriqə, süstlük, rəhbərliyə itaətsizliyiniz oldu.

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə