Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə47/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

Bildirişlər


1. Düşüncə sahibləri haqqı qəbul etməyə hazırdırlar. Onlar fitrətlərinin, peyğəmbərlərin, alimlərin və şəhidlərin nidasına cavab verirlər.

2. Tövbə və etiraf düşüncə nişanəsidir.

3. Duanın ilahi əfv səbəblərindən olan bir qaydası da ilahi rübubiyyətə diqqətdir.

4. İman bağışlanma səbəbidir.

5. Duada başqalarını da özümüzə şərik edək.

6. Eyibin pərdələnməsi və bağışlama rübubiyyət şəni və tərbiyə üsullarındandır.

7. İnsanın ölümü Allahın iradəsindən asılıdır.

8. Uzaqgörən düşüncə sahibləri yaxşılarla birlikdə ölümü arzulayırlar. Onlar daim xeyir aqibət fikrindədirlər.

9. Düşüncə sahibləri xeyir əməl sahiblərinin məqamını arzulayırlar.
194. ﴿ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

(Düşüncə sahibləri deyirlər:) «Pərvərdigara! Peyğəmbərlərin vasitəsi ilə bizə verdiyin vədi mərhəmət buyur. Bizi qiyamət günü xar etmə. Əlbəttə ki, sən vədinə xilaf çıxmırsan.»”


Nöqtələr


◘Bu bir neçə ayədə Allah-təala düşüncə sahiblərinin inkişaf yolunu belə təsvir edir: Allahın zikri, düşüncə, hikmətə çatma, peyğəmbərlərə təslimçilik, tövbə, yaxşı ölüm, ilahi lütf intizarı, rüsvayçılıq və zəlillikdən qurtuluş.

◘Əvvəlki ayələrdə düşüncə sahiblərinin Allah və qiyamətə imanından danışıldı. Bu ayədə peyğəmbərliyə iman məsələsi açıqlanır.

◘Düşüncə sahiblərinin dilində “Rəbbəna” sözünün təkrarı onların ilahi rübubiyyətə heyranlıq nişanıdır.

◘Düşüncə sahibləri həm dünya, həm də axirət izzəti istəyirlər. “Peyğəmbərlərin vasitəsi ilə vəd etdiyini əta buyur” cümləsi dünyaya aiddir. Allah haqq əhlinə yardım vəd etmişdir.1 “Xar etmə” istəyi isə axirət izzəti ilə bağlıdır.


Bildirişlər


1. Əhdə vəfa ilahi rübubiyyət şənindəndir.

2. Allah Öz əhdinə vəfa edirsə də, biz dua etməliyik.

3. Düşüncə sahibləri bütün ilahi peyğəmbərlərə və bütün ilahi vədlərə imanlıdırlar.

4. Düşüncə sahiblərinin son arzusu ilahi lütflərə çatmaq, cəhənnəm və qiyamət rüsvayçılığından nicat tapmaqdır.

5. Qorxu və ümid yanaşı olmalıdır.
195. ﴿فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لاَ أُضِيعُ عَمَلَ عَامِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَى بَعْضُكُم مِّن بَعْضٍ فَالَّذِينَ هَاجَرُواْ وَأُخْرِجُواْ مِن دِيَارِهِمْ وَأُوذُواْ فِي سَبِيلِي وَقَاتَلُواْ وَقُتِلُواْ لأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ ثَوَابًا مِّن عِندِ اللّهِ وَاللّهُ عِندَهُ حُسْنُ الثَّوَابِ

Rəbləri onların duasını qəbul edib buyurdu ki, mən sizlərdən - istər kişi, istər qadın, hamısı bir-birindəndir - kimsənin əməlini puç etmərəm (mükafatsız qoymaram.) Hicrət edib evlərindən qovulanların, mənim yolumda əzab-əziyyət görənlərin, döyüşüb öldürülənlərin büdrəmələrini, şübhəsiz ki, pərdələyərəm. Onları altından çaylar axan cənnətlərə daxil edərəm. Bu, Allah tərəfindən bir mükafatdır. Yaxşı mükafat yalnız Allahın yanındadır.”


Bildirişlər


1. Qəlbən edilən dua hökmən qəbuldur. Daim Allah zikri, düşüncə və sitayişlə yerinə yetirilən duanın qəbulu şübhə doğurmur.

2. Düşüncə və zikr əhlinin duası tezliklə qəbul olar.

3. Duaların qəbulu ilahi rübubiyyət cilvələrindəndir.

4. İlahi dünyagörüşündə əvəzsiz əməl yoxdur.

5. Dua özü bir əməldirsə də, səy və təlaşla müşayiət olunduqda qəbul edilir.

6. Həm əməl, həm də əməl sahibi diqqət mərkəzindədir. Həm əməlin, həm də əməl sahibinin gözəlliyi nəzərdən qaçmır.

7. Kafirlərin əməlləri puça çıxdığından yalnız möminlər öz əməllərinin mükafatını alırlar.

8. İlahi dünyagörüşündə uca insanlıq məqamına çatmaqda kişi və qadın bərabərdir.

9. Kişi cinsi qadın cinsindən üstün deyil.

10. İslam cəmiyyətində bütün müsəlmanlar bir-birlərindəndir.

11. Günahlar və eyblər aradan götrülməyincə kimsə behiştə daxil olmaz.

12. Allah yolunda hicrət, cihad, sürgün, əzab-əziyyət bağışlanma vasitələridir.

13. Vətən məhəbbəti Quran tərəfindən qəbul olunmuş bir həqiqətdir. Bu haqqı insandan almaq zülmdür.

14. İlahi yolu adlamaq üçün hicrət, sürgün, işkəncə, cihad və şəhadət zəruridir.

15. Şəhadət ən üstün mərtəbə olsa da, düşmənin əzab-əziyyəti qarşısında müqavimət üçün səbrə ehtiyac var. «Allah yolunda» sözü əzab-əziyyət» sözü ilə yanaşı işlənmişdir. Bəli, cəbhədə vücudunun bir parçasını itirənlər şəhidlərdən də səbirli olmalıdırlar.

16. Bəzi səhvlərinə görə insanları rədd etməyək. Ayədən göründüyü kimi ilahi övliyalardan və behişt əhlindən olan düşüncə sahiblərinin də büdrəmələri var. Amma Allah onları pərdələyir.

17. Allahın xüsusi diqqət və yardımı düşüncə sahibi olan möminlər üçündür. Bu ayədəki əksər fellər birinci şəxsin tək halında işlənmişdir. Bundan əlavə “onların Rəbbi” ifadəsi Allahın düşüncə sahiblərinə xüsusi diqqət nişanəsidir.

18. Allahın vədlərinə zərrəcə şəkk etməyin. Bütün vədlər təkidlə bəyan olunmuşdur.

19. Bütün mükafatlar zaman və məkandan asılı olaraq dəyərini itirə bilər. Amma ilahi mükafatlar insanın fitrət və yaranışına uyğundur və heç vaxt dəyərini itirmir.

20. Behişt çayları həm ağacların, həm də behişt əhlinin məskənlərinin altından axır.

21. Bağışlanma və behişt ümumi bir savabdır. Amma Allahın və möminlərin şəninə uyğun savab Allahın yanında olan xüsusi bir savabdır və biz bundan xəbərsizik.

22. İlahi mükafatlar tam şəkildə təsəvvür olunmur. Bunu bilək ki, uyğun mükafatlar bütün mükafatlardan üstündür.

23. İlahi mükafatlar növbənöv kəramətlərlə müşayiət olunur.


196. ﴿ لاَ يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُواْ فِي الْبِلاَدِ

Şəhərlərdə kafirlərin get-gəli səni aldatmasın.”


197. ﴿ مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ

(Bu get-gəldən onların bəhrəsi) dəyərsiz bir matahdır.” Sonra onların əbədi yeri cəhənnəmdir. Cəhənnəm çox pis bir sığınacaqdır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə