Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə44/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

Bildirişlər


1. Allah bütün deyilənləri eşidir. Ona görə də hər sözü dilə gətirməyək.

2. Cəhalət və qürurun sonu yoxdur. İnsan nə qədər cahil və qürurlu olmalıdır ki, “Allah fəqirdir, biz isə varlı” desin?!

3. İnsanın özünü varlı və ehtiyacsız hiss etməsi onun ilahi əmrlərdən boyun qaçırması və bu əmrlərə istehza etməsi səbəbidir.

4. Bəzi dar düşüncəli insanlar güman edirlər ki, ilahi göstərişlərin səbəbi Allahın ehtiyaclı olmasıdır.

5. Bütün deyilənlər və əməllər qeyd olunur.

6. Allah haqqında pis danışmağın günahı peyğəmbərləri öldürmək günahı ilə eynidir.

7. İstənilən bir adamın sözünün və əməlinin ölçüsü haqdır. Hətta peyğəmbərlərin öldürülməsi də nahaq olduğu üçün cəzaya məhkumdur.

8. İnsan bir iş görməkdə azaddır. Ona görə də görülən işlər onun özünə aid edilir.

9. İlahi mükafat və cəza ədalətə, insanın azad və agah şəkildə gördüyü işlərə əsaslanır.

10. İlahi cəzalar bəşəriyyətə zülm deyil. Əslində bəşər özü özünə zülm edir.

11. Əgər Allah xəsis fərdləri və peyğəmbərləri qətlə yetirənləri cəzalandırmazsa, fəqirlərə və peyğəmbərlərə zülm etmiş olur.
183. ﴿الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ

Həqiqətən Allah bizdən əhd alıb ki, bizə atəşin yeyəcəyi bir qurban gətirənədək heç bir peyğəmbərə iman gətirməyək” deyən kəslərə söylə: (Bu sözlər bəhanədir.) Şübhəsiz, məndən qabaq aşkar dəlillər və həmin dediyinizlə peyğəmbərlər gəlmişlər. Əgər doğru deyirsinizsə, nə üçün onları öldürdünüz?”


Nöqtələr


◘Bəziləri İslamı qəbul etməmək üçün bəhanə gətirərək deyirdilər: Allah bizdən əhd alıb ki, gətirdiyi qurbanı səmadan enmiş od yandıran peyğəmbərə iman gətirək. Bu iş onun peyğəmbərliyi üçün əminlik səbəbidir. Ayə nazil oldu və peyğəmbər həmin inadkarlara dedi: «Əgər doğru deyirsinizsə, nə üçün məndən əvvəlki peyğəmbərləri - onların digər möcüzələrinə də baxmayaraq - rədd etdiniz?»

◘İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: “Peyğəmbər dövründəki inadkar yəhudilərlə peyğəmbərləri qətlə yetirmiş qədim yəhudilər arasında beş yüz illik fasilə vardı. Amma peyğəmbərin müasiri olan yəhudilər öz babalarının əməli ilə razı olduğundan Allah onları da, həmin qətldə suçlu saymışdır.1

◘Tövratda padşahların ilk kitabında, on səkkizinci fəslin üç və dördüncü cümlələrində Bəni-İsrail peyğəmbərlərinin şəhadəti haqqında danışılır. Eləcə də, “Sifre-Laviyan” kitabında, doqquzuncu fəsildə, ikinci cümlədə qurbanlıq qoç mövzusuna toxunulur.

Bildirişlər


1. Həqiqətin qəbulundan boyun qaçırmaq məqsədi ilə müxtəlif dini həqiqətlərə don geyindirməyin.

2. Yəhudilər Musanı sonuncu peyğəmbər saymırdılar. Onlar deyirdilər: Allah bizimlə növbəti peyğəmbər haqqında əhd bağlamışdır.

3. Zalım ruhiyyəyə köklənmiş insan həm Allaha böhtan atır, həm də heç bir peyğəmbərə təslim olmur. Belələri həm də möcüzələrin onların istəklərinə uyğun olmasını tələb edir.

4. Heyvan qurbanlığının uzun tarixi vardır.

5. Hər bir qövm və millətin keçmişi onların iddialarının yalan və ya doğruluğunun ən yaxşı göstəricisidir.

6. Tarixin ayrı-ayrı dönəmlərində müxaliflər oxşar bəhanələr gətirmişlər.

7. Peyğəmbərlərin yəhudilər üçün gətirdiyi dəlillər və onlarla mübahisələri Allahın təlimi əsasında idi.

8. Bəzən bir işin sübutu üçün maldan keçmək lazım gəlir. Əgər bir malın yanması ilə bəsirət gözü açılırsa, bu, israf sayılmır.

9. Əcdadların günahına razılıq həmin günahlara şərik olmaq səbəbidir.
184. ﴿ فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَآؤُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ

(Buna görə də,) əgər səni təkzib etdilərsə, (bu, yeni şey deyil, çünki) səndən qabaq da möcüzələr, yazılar və nur saçan kitabla gəlmiş peyğəmbərlər təkzib edildilər.”


Bildirişlər


1. Keçmişdəkilərin tarixi ilə tanışlıq insanda səbir və müqavimət ruhiyyəsini gücləndirir.

2. Bütün peyğəmbərlərin müxalifləri olmuşdur.

3. Tarix boyu peyğəmbərlərin hərəkəti mədəni, elmi və ideoloji bir hərəkət olmuşdur.

4. Peyğəmbərlərin çeşidli möcüzələri olmuşdur. Amma bütün dinlərin əsası birdir. “Bəyyinat” sözü cəm, “kitab” sözü isə tək halda işlədilmişdir.


185. ﴿كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ

Hər bir şəxs ölümü dadasıdır. Şübhəsiz ki, qiyamət günü sizin mükafatınız kamil şəkildə ödənəcək. Hər kəs oddan uzaqlaşıb, behiştə daxil oldusa, nicat tapmışdır. Dünya həyatı aldanış səbəbindən başqa bir şey deyil.”


Nöqtələr


◘Bu ayə kafirlər tərəfindən incidilən və təkzib olunan peyğəmbər və digər salehlərə səbir və müqavimət ruhu verir. Ayədə buyurulur: «Hamı öləsidir və inadkarlıqlar müvəqqətidir. Bu çətinliklərə dözümün əvəzini Allah əskiltmədən əta edər.»

◘İmam Sadiq (ə) “hər kəs ölümü dadasıdır” ayəsi haqqında buyurur: «Bütün göy və yer əhli ölər. Yalnız ölüm mələyi, ərşi daşıyanlar, Cəbrail və Mikail qalar. Sonra ölüm mələyinə əmr olunar ki, onların da ruhunu çıxarsın. Nəhayətdə ölüm mələyi tək qalar. Nəhayət, Allahın əmri ilə o da ölər.»1 İmamın başqa bir buyruğuna nəzər salaq: “Ölümü dadmadan qətlə yetirilmiş kəs dünyaya qaytarılar ki, ölümü dadsın.”2


Bildirişlər


1. Ölüm yolumuz üstədirsə, haqq qarşısında bir bu qədər inadkarlıq və təkəbbür nə üçündür?

2. Ölüm yoxluq deyil. O, dünyadan axirətə keçid yolu, duyulası bir gerçəklikdir.

3. Günahkarlar və cəhənnəmə sövq edən amillər cazibələrə malikdir. İnsan iman və saleh əməl gücü ilə özünü bu cazibədən qurtarmalıdır.

4. Tam cəza axirətdədir, dünyəvi mükafatlar isə dəyərsizdir.


186. ﴿لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ

Əlbəttə, siz mallarınız və canlarınızla sınanacaqsınız. Sizdən qabaq kitab verilənlərdən və şirkə uğrayanlardan bir çox əziyyətlər görəcəksiniz. Əgər səbir və təqva yolunu tutsanız, şübhəsiz ki, bu sizin işlərdə möhkəm əzminizdir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə