Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə52/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

Bildirişlər


1. İslam fitrət ayini, dinidir. Övladın vücudu valideynin vücudunun davamı olduğundan və valideynin cismi və ruhi xüsusiyyətləri övlada ötürüldüyündən onun var-dövləti də övlada çatmalıdır.

2. Vəsiyyət insanın öz haqqı olduğundan varislərin hüququndan öndə gəlir.

3. Xalqın haqqı varislərin və qohumların haqqından öndə gəlir.

4. İrs alası insanlar üçün fərqli paylar müəyyənləşdirilməsinin hikmətləri var. Ümumiyyətlə, bir çox işlərin hikməti qaranlıqdır. İrs hökmündə ilk öncə bəşəriyyətin gerçək faydası nəzərdə tutulmuşdur. İnsan bu məsələyə diqqətsiz də ola bilər.

5. Qanunun təsbit olunması üçün elm və hikmət iki mühüm şərtdir. İrs hökmləri ilahi elm və ilahi hikmətə əsaslanır.
12. ﴿وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَلِيمٌ

Arvadlarınızdan qalan irsin, əgər onların övladları olmasa, yarısı sizindir. Əgər övladları olarsa, onlardan qalan irsin dörddə biri sizə çatır. Əlbəttə ki, vəsiyyətlərinə əməl olunduqdan və borcları ödəndikdən sonra! (Ər öldükdə isə) ondan qalanın dörddə biri arvadlarının payıdır. Əlbəttə ki, övladı olmasa! Əgər övladı olsa, arvadlarının payı səkkizdə bir olur. (Bu bölgü) vəsiyyətə əməl olunduqdan və ya borc ödəndikdən sonra aparılır. Amma irs qoymuş şəxs valideyni və ya övladı olmayan kişi və ya qadın olsa, əgər qardaş-bacısı varsa, onlardan hər birinə altıda bir irs düşür. Əgər onlar (bacı və qardaş birdən artıq olsa, onlar hamısı irsin üçdə birinə bərabər şərikdirlər. Əlbəttə ki, vəsiyyətə əməl olunduqdan və ölünün borcları qaytarıldıqdan sonra! Vəsiyyət varisə zərər olmamalıdır. Bu tapşırıq Allah tərəfindəndir. Allah biləndir və həlimdir.”


Nöqtələr


◘Ötən ayədə övladların və valideynlərin irsi haqqında danışıldı. Bu ayədə isə arvadın, ərin, qardaşın və bacının irsi haqqında məlumat verildi. Əlbəttə ki, irs hökmləri rəvayətlərin köməyi ilə icra olunmalıdır. Çünki, irs məsələsinin xırdalıqları Quran ayələrində açıqlanmamışdır.

◘“Kəlalə” sözü Quranda iki dəfə işlədilmişdir. Həmin sözlə “Nisa” surəsinin hazırkı və sonuncu ayələrində rastlaşırıq. Bu sözün lüğət mənası “əhatə” deməkdir. Burada insan və onun övladını əhatə edən qohumlar nəzərdə tutulur. “Əklil” isə insanın başını əhatə edən tacdır. “Küll” bütün digər ədədləri əhatə edən ədəddir. Bu söz irs mövzusunda iki məna daşıyır:

1. Ölənin bu ayədə haqqında danışılan (anadan) qardaş və bacıları.

2. Son ayədə nəzərdə tutulan ölənin atadan və anadan və ya atadan olan bacı-qardaşları.

◘Ölünün borclarının ödənməsi onun vəsiyyətinə əməl olunmasından öndə gəlsə də, vəsiyyəti yerinə yetirmək çətin olduğundan Allah bu ayədə əvvəlcə vəsiyyətə əməl edilməsini, sonra borcların ödənməsini tapşırır.1

◘Hədisdə deyilir: “Malın üçdə birini vəsiyyət etmək çoxdur. Çalışın ki, varisləriniz daha çox bəhrələnsin. Belə olsa, hamı ehtiyacsız olar. Vəsiyyətdə zərər vurmaq kəbirə günahdır. Varislərin zərərinə tamamlanacaq vəsiyyətə əməl etmək lüzumsuzdur.2

◘Əgər bir kişinin bir neçə arvadı olarsa, irsin səkkizdən və ya dörddən biri onların arasında bərabər bölünür.

◘Ölənin borcları da ilahi borclardan sayılır. Həcc, xüms, zəkat, kəffarə borcu necədirsə, adi borc da elədir.3


Bildirişlər


1. Xalqın borcunu qaytarmaq o qədər mühümdür ki, bu iki ayədə dörd dəfə həmin məsələyə toxunulmuşdur.

2. Başqa həyat yoldaşından qalan övlad da ər və arvadın hər birinin payını yarı azaldır. Bu yolla övladlar da öləndən pay alır. Övladın qız və ya oğlan olmasının fərqi yoxdur.

3. İnsan öz vəsiyyətində varislərin halını nəzərə almalıdır ki, onlara zərər toxunmasın.

4. İslam nəinki həyat dövründə, hətta ölümdən sonra da insanın kimsəyə zərər vurmasına yol vermir.

5. İrsin ilahi şəkildə bölünməsi həm elmi əsasa malikdir və həm də əgər bu işdə xilafa yol verilsə, Allah həlimdir və tələsmir.
13. ﴿ تِلْكَ حُدُودُ اللّهِ وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

O (deyilənlər,) ilahi hədlərdir. Hər kəs Allaha və Onun rəsuluna itaət etsə, (Allah onları) ağacları altından çaylar axan bağlara daxil edər. Onlar həmişə orada qalarlar. Budur böyük qurtuluş!”


Bildirişlər


1. İrs hökmləri ilahi hüdudlardandır. Bu sərhəddi aşmaq olmaz.

2. Allahın rəsuluna itaət Allaha itaət yerindədir.

3. Səadət və qurtuluş irsdən daha çox kam almaqda yox, ilahi yolda hərəkətdədir.
14. ﴿ وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ

Hər kəs Allaha və Onun rəsuluna itaətsizlik etsə, ilahi hədləri pozsa, Allah onu həmişə qalacağı oda daxil edər. Onun üçün zəliledici əzab var.”


Bildirişlər


1. Vəsiyyətə əməl etməyən və ya ölünün borcunu ödəməyənlər, varislərin haqqını görməməzliyə vurub ölünün malına sahib çıxmağa çalışanlar daim ilahi əzab və qəhrdədirlər.

2. Xoşbəxtlik və bədbəxtlik ölçüsü Allaha itaət edib-etməməkdədir.

3. Allah rəsuluna itaətsizlik Allaha itaətsizlikdir.

4. Ardıcıl itaətsizlik əbədi əzab səbəbidir.

5. Başqalarının haqqına təcavüz edənlər kafirlərlə bir sırada əbədi əzaba düçar olarlar.

6. İlahi qəhr və qəzəb həm cismə, həm də ruha aiddir.



15. ﴿وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً

Qadınlarınızdan zinaya yol verənlər üçün öz aranızdan dörd şahid tutun. Əgər şəhadət verdilərsə, həmin qadınları evlərində ya ölənədək, ya da Allah onlar üçün bir yol açanadək saxlayın.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə