Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə60/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

Nöqtələr


◘Bu ayə ilahi haqlardan başlamış qul haqlarınadək olan məsələləri bəyan edir. Bu, İslamın ümumilik və hərtərəflilik nişanəsidir.

◘«Yaxın və uzaq qonşular» dedikdə, qohum və ya qohum olmayan, eləcə də, həməqidə və həməqidə olmayan qonşular nəzərdə tutulur. Rəvayətlərin bildirdiyinə görə, hər tərəfdən 40 evədək qonşu sayılır.1 Belə çıxır ki, kiçik bir məntəqədə hamı qonşudur.

◘Ayədəki “əssahibi bil-cənb” ifadəsi daimi və müvəqqəti rəfiqlərə, yol yoldaşlarına, xeyir ümidi ilə insana yaxınlaşanlara aiddir.

◘“İbnis-səbil” (yol oğlu) deyərkən elə bir insan nəzərdə tutula bilər ki, vətənində imkanlı olsun, amma biz onu və yaxınlarını tanımayaq, yalnız bunu bilək ki, səfər zamanı yolda qalmışdır. O, bir yol oğludur ki, himayə olunmalıdır.

◘“Muxtal” xəyal aləmində özünü böyük düşünüb, lovğalanan kəsə deyilir. At öz yolunu təkəbbürlə getdiyindən bəzən ona da “xəyl” demişlər.

◘«Ata-anaya ehsan dedikdə» onlara məhəbbət, xidmət, maddi, elmi və mənəvi kömək, onlarla məşvərət nəzərdə tutulur.

◘Valideynə ehsanda onların yaxşı-pis olması şərt deyil. Valideynə ehsan başqa bir məsələdir, itaət başqa bir məsələ. Valideyn öz övladını Allah rizasına zidd bir işə dəvət etdikdə ona itaət göstərilməməlidir.

◘İmam Hüseyn (ə) buyurmuşdur: “Peyğəmbər (s) və Əli (ə) bu ümmətin atalarıdır.” Sonra Həzrət Qurandan həmin bu ayəni oxumuşdur.1


Bildirişlər


1. Allaha təkcə ibadət etmək bəs deyil. Hər cür şirk və riyadan da uzaq olmaq lazımdır.

2. Ata-anaya yaxşılıq Allaha bəndəlik və tövhid sayəsində olmalıdır.

3. Həqiqi allahpərəst öz yaxınlarına, məhrumlara, qonşulara vəfalı və məsul olmalıdır.

4. Uzaq qonşuların da insanın öhdəsində haqları vardır.

5. Ehsan edərkən bu məsələdə üstünlükləri nəzərə alın. Valideyn qohumlardan, qohumlar isə yetimlərdən öndə gəlir.

6. Valideynə, qohumlara, yetimlərə, məhrumlara diqqətsizlik təkəbbür və lovğalıq nişanəsidir.

7. İnsan təvazökarlıqla ehsan etməlidir. Ayənin əvvəlində ehsan etmək tapşırılırsa, sonunda təkəbbür qadağan edilir.
37. ﴿ الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا

(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.”


Nöqtələr


◘Xəsislik təkcə mal-pulu qıymayıb saxlamaq deyil. Xəsislik həm də elmə, şəxsiyyətə, qüdrətə, imkanlara aiddir.

Bildirişlər


1. İnsanın ruhi xəstəlikləri güclənə bilər. Xəsis, xəstə adamlar başqalarının da xəsis olmasını istəyirlər.

2. Xəsis insan Allahın məhəbbətindən məhrumdur.

3. Xəssislik təkəbbür və lovğalıq nişanələrindəndir.

4. İlahi nemətləri bağışlamaq şükrün, onları gizləmək isə naşükürlüyün bir növüdür.

5. Xəsis insan ehsan etməmək üçün özünü fəqir göstərir.

6. Nemətlər yalnız öz səy və tədbirlərimizin nəticəsi yox, həm də Allahın fəzlidir.

7. Əgər Allahı nemət sahibi kimi tanısaq və bütün nemətlərin Ona məxsus olduğunu bilsək, xəsislik etmərik.

8. Xəsislik bəzən küfr üçün də zəmin yarada bilər. 2

9. Dünyada təkəbbürlü olmağın cəzası axirətdə zillətdir.
38. ﴿ وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَـاء النَّاسِ وَلاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاء قِرِينًا

(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, mallarını riya və özlərini xalqa göstərmək üçün infaq edirlər. Onlar Allaha və qiyamət gününə inanmırlar. Hər kəsin həmdəmi şeytan olsa, necə də pis həmdəmdir!”


Nöqtələr


◘Şeytan bəzən insana uzaqdan nə isə təlqin edir, bəzən isə yaxından həmdəm olur. Möminlər şeytanın vəsvəsə və təlqinlərindən qaçırlar. “Zuxruf” surəsinin 36-cı ayəsində oxuyuruq: “Allah zikrindən üz döndərənə bir şeytan göndərərik ki, onun daimi yoldaşı olsun.”

Bildirişlər


1. Həm xəsislik və infaqın tərki pisdir, həm riyakarlıqla edilən infaq. Əvvəlki ayədə xəsislik məzəmmət edildi. Bu ayədə isə riyakarcasına verilən bəxşişlər qınanır.

2. Allah və Qiyamətə gerçək imanın olmaması riya səbəbidir.

3. İnfaq etməkdə məqsəd təkcə acları doyurmaq deyil. Çünki riyakarcasına edilən infaq da acları doyurur. İnfaqda bir məqsəd də infaq edəni mənəvi cəhətdən yetkinləşdirməkdir.

4. Allah riyakarları sevmir.

5. Allah eşqi olmayan qəlb şeytanın həmişəlik yeridir.
39. ﴿ وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُواْ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ اللّهُ وَكَانَ اللّهُ بِهِم عَلِيمًا

Əgər Allaha və qiyamət gününə iman gətirsəydilər və Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, onlara nə olardı?! Allah onların niyyətini biləndir.”


Bildirişlər


1. Azğınların vəziyyətinə təəssüf edilməsi onlara xəbərdarlıq və təbliğ yollarından biridir.

2. Allaha iman şərtlərindən biri məhrumlara infaq etməkdir.

3. İnfaq təkcə mal-pula aid deyil. Elm, məqam, güc kimi Allahın verdiyi bütün nemətlərdən infaq etmək bəyənilmişdir.

4. Əgər bütün nemətlərin Allah tərəfindən verildiyinə inansaq, infaq ruhiyyəmiz güclənər.

5. Xəsis və riyakar insanlar bilsinlər ki, Allahın nəzəri altındadırlar.
40. ﴿ إِنَّ اللّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا

Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.”


Nöqtələr


◘Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qatadək artıq ola bilər. Bu isə Allahın ehsan və lütfüdür.

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə