Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə36/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   32   33   34   35   36   37   38   39   ...   94

Bildirişlər


1. Vilayət və itaət yalnız Allaha aiddir.

2. Allahı hami götürmək qələbə səbəbidir.


151. ﴿ سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ

Küfr edən kəslərin qəlbinə tezliklə qorxu salacağıq. Çünki onlar dəlili nazil edilməmiş bir şeyi Allaha şərik qoşmuşlar. Onların yeri cəhənnəm odudur. Zalımların yeri necə də pisdir!”


Nöqtələr


◘Ühüddə müsəlmanlar məğlub olduqdan sonra Əbu-Süfyan və onun qoşunu bir müddət Mədinə ətrafında qaldı. Onlar deyirdilər: “Müsəlmanlar məhv oldular, onlardan kim qaldısa qaçdı. Yaxşı olar ki, geri dönüb onların kökünü kəsək.” Amma Allah onların qəlbinə elə bir qorxu saldı ki, məğlub olmuş kimi Məkkəyə qayıtdılar. Çünki onlar müsəlmanların hücum edəcəyindən qorxurdular.3

Bildirişlər


1. Allah düşmənin qəlbinə qorxu salmaqla müsəlmanlara yardım edir.

2. Allahdan qeyrisinə arxalanmaq şirk və qorxu amilidir. Necə ki, iman və Allah zikri arxayınlıq yaradır.

3. Müşriklər öz iddialarına dəlil gətirməkdə acizdirlər.

4. Əqidə məsələləri məntiq və dəlilə əsaslanmalıdır.

5. Dəlil qəlblərə nazil olmuş ilahi nurdur. Müşriklərdə belə bir nur yoxdur.

6. Şirk zülmdür. Ona görə ayənin sonunda zalımların pis sığınacağına işarə olunur.


152. ﴿وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ

Allah Öz vədini hökmən gerçəkləşdirər. Çünki düşməni Onun istəyi ilə öldürürdünüz. Allah sevdiyiniz şeyi sizə göstərdiyi halda süstləşdiniz. (Qənimətləri bölməkdə) çəkişməyə başladınız və itaətsizlik etdiniz. Sizin bəziləriniz dünya istəyindədir. Bəziləriniz isə axirəti istəyirsiniz. Həmin vaxt Allah sizi sınamaq üçün geri döndərdi və sizi bağışladı. Həqiqətən, Allah möminlərə münasibətdə fəzl və bəxşiş sahibidir.”


Nöqtələr


◘Müsəlmanlar hicri tarixi ilə ikinci ildə Bədr döyüşündə qalib gəldilər. Allah vəd etmişdi ki, qarşıdakı döyüşlərdə də onlar qalib olacaqlar. Növbəti ildə Ühüd döyüşündə müsəlmanlar qələbə çalmaqda ikən həzrət Peyğəmbərin (s) dağ keçidində qoyduğu əlli nəfərlik dəstə arasında ixtilaf yarandı. Onlardan bir hissəsi qələbəni qəti sayıb qənimət ardınca getmək istədi. Digər bir hissəsi isə səngərləri boş qoymamaq mövqeyində dayandı. Həmin mühafizə dəstəsi mövqeyi boş buraxdıqdan sonra düşmən həmin keçiddən adlayıb müsəlmanlara ağır bir zərbə vurdu. Çoxlu şəhidlər verildi. Hətta peyğəmbərin də həyatı üçün təhlükə yarandı. Əksər müsəlmanlar döyüş meydanından qaçmağa başladı.

Döyüş başa çatdıqdan sonra müsəlmanlar peyğəmbərə irad etməyə başladılar ki, Allah qələbə vədi verdiyi halda nə üçün onlar məğlub oldular? Ayə cavab olaraq bildirir ki, Allahın vədi düzdür. Hazırkı məğlubiyyətin səbəbi isə süstlük, çəkişmə və itaətsizlik olmuşdur.


Bildirişlər


1. Allahın vədlərinin araşdırılması ilahi qanunların nəzərdən qaçırılması mənasında deyil. Siz vəzifənizi yerinə yetirənədək Allah sizə yardım göstərir.

2. Süstlük, çəkişmə, rəhbərə itaətsizlik məğlubiyyət amillərindəndir.

3. Fərdlər müxtəlif məqsədlərlə döyüşə girir. Bəziləri dünya üçün, bəziləri isə axirət üçün vuruşur.

4. Döyüşdə dözüm, vəhdətin qorunması, rəhbərə itaət mücahidlərin axirət istəyi nişanələrindəndir.

5. Qələbə nemətinə şükür əvəzinə ixtilaf, itaətsizlik və süstlük edənlərin cəzası məğlubiyyətdir.

6. Zahirdəki məğlubiyyətlərin səbəbi batindəki məğlubiyyətlərdir. Daxilən süst və itaətsiz olduqlarından onlar zahirdə də məğlubiyyətə uğradılar.

7. Məğlubiyyətlər həm də ilahi sınaq vasitəsidir.

8. İxtilaf və məğlubiyyət zamanı da Allahın lütfündən ümidinizi üzməyin.

9. İman Allahın xüsusi fəzlinin əldə olunması zəminəsidir.

10. Mömini bir xilaf işinə görə iman əhli cərgəsindən çıxarmaq olmaz. Ona bir tərəfdən xəbərdarlıq edilməli, digər tərəfdən ümid verilməlidir.


153. ﴿إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

(Xatırlayın,) o zaman ki, (Ühüd döyüşündə qaçan zaman) yuxarı qalxır və kimsəyə diqqət yetirmirdiniz. (Halbuki) Peyğəmbər sizi arxadan səsləyirdi. Bunun cəzası olaraq Allah qəminizə qəm artırdı. Bir daha əlinizdən çıxanlara və ya başınıza gələnlərə görə qəm çəkməyin. Bilin ki, Allah etdiyiniz işlərdən agahdır.”


Nöqtələr


◘“Qəminizə qəm artırdı” cümləsi haqqında müxtəlif təfsirlər bəyan olunmuşdu. O cümlədən:

1. Allah Öz lütfünə xatir qənimətlərin əldən çıxması ilə bağlı bəyənilməmiş bir qəmi kafirlərin qələbəsi kimi bəyənilmiş bir qəmlə əvəz etdi.

2. Onlar Peyğəmbəri (s) qəmləndirdikləri üçün ağır bir qüssəyə düçar edildilər.

3. Allah döyüşdən qaçmağın, peyğəmbərə itaətsizliyin cəzası olaraq onlara bir-birinin ardınca qəm-qüssə göndərdi.

◘Rəvayətlərə əsasən, Xalid ibn Vəlidin müsəlmanlara qələbə çalması onların Ühüd məğlubiyyətindən yaranan qəmlərini artırdı.1

Bildirişlər


1. Süstlüyün, ixtilafın və komandana itaətsizliyin nəticəsi döyüş meydanından qaçmaq və qəm –qüssədir.

2. Zəif nöqtələrin xatırlanması təcrübələrdən faydalanmaq səbəbidir.

3. Təhlükə zamanı adi insanlar yalnız özünü düşünür.

4. Rəhbərin fəryadı qorxaq və zəif imanlı insanlara təsir göstərmir.

5. Əmin-amanlıq zamanı məhəbbət bildirmək mühüm deyil. Çətin günlərdə həmdərdlik dostluq nişanəsidir.

6. Hamı qaçdığı zaman da rəhbər meydanda qalıb qaçanları geri çağırmalıdır.

7. Vəzifəni yerinə yetirərkən bir an diqqətsizlik və məsuliyyətsizlik bir çox çətinliklərin ardıcıl şəkildə hücum çəkməsinə səbəb olur.

8. Keçmişin çətinliklərindən dərs götürün. Dünya malını itirdiyiniz üçün və ya çətinliklərə düşdüyünüz üçün qəm yeməyin.


154. ﴿ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّن بَعْدِ الْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَى طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ الأَمْرِ مِن شَيْءٍ قُلْ إِنَّ الأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنفُسِهِم مَّا لاَ يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الأَمْرِ شَيْءٌ مَّا قُتِلْنَا هَاهُنَا قُل لَّوْ كُنتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحَّصَ مَا فِي قُلُوبِكُمْ وَاللّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

Sonra o qəm-qüssənin ardınca (Allah) sizin üçün yüngül bir yuxu göndərdi. (Bu yuxu) sizdən bir dəstəsini bürüdü. (Bununla da sizin yorğunluğunuz və iztirabınız aradan götürüldü.) Amma işi yalnız canını qorumaq olan digər bir dəstəniz cahiliyyət dövründə olduğu kimi Allah haqqında pis düşünüb (tənə ilə) dedilər: “Bu işdə bizim üçün bir şey varmı?” De ki, həqiqətən, hamısının işi Allahın əlindədir. Onlar sənə aşkarlamadıqları bir şeyi qəlblərində gizlədirlər. Onlar deyirlər: «Əgər qərar çıxarmaq haqqımız olsaydı, burada öldürülməzdik.» (Onlara) de ki, əgər evlərinizdə də olsaydınız, ölümləri müəyyənləşənlər öz qətlgahlarına yola düşərdilər. (Ühüd hadisəsi) Onun üçündür ki, Allah sinələrinizdə olanı sınağa çəksin və qəlbinizdəkiləri pak və xalis etsin. Allah sinələrdə olanı biləndir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə