Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə65/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

Nöqtələr


◘Bu ayə Quranın Peyğəmbər (s) dövründən bu günədək natiq və ədibləri heyrətə gətirmiş ən səlis və bəlağətli ayələrindəndir. Quranla mübarizə fikrinə düşüb onun kimi bir kitab yazmaq istəyənlərin bir çoxu bu ayələrə çatdıqda fikirlərindən daşınmışlar.

◘“Bələə” dedikdə udmaq, “əqlii” dedikdə geri çəkilmək, “ğiz” dedikdə cəzb olmaq və suyun azalması başa düşülür.

◘“Cudi” dedikdə ya mütləq bir dağ, ya da bu adı daşıyan hansısa bir dağ nəzərdə tutulur. Bu dağın harada yerləşməsi barədə müxtəlif fərziyyələr var. Tədqiqatçıların bu dağla bağlı ehtimal etdiyi məntəqələri nəzərdən keçirək: İraqın Mosul məntəqəsi, Şam ətrafı, Mosulla Əlcəzairin arası, Ərəbistan, Türkiyədə Ağrı dağı silsiləsi.

◘Rəvayətlərdə bildirilir ki, Nuhun gəmisi altı ay suda qaldı. Məkkə və Hicaz məntəqələrindən ötüb nəhayət Allahın əmri ilə çəkilib getdi. (“Təhzibul-əhkamdakı” bir hədisə əsasən, su bu günkü Kufə məscidinin yerində soruldu.) İmam Sadiq (ə) buyurmuşdur: “Nuhun gəmisi novruz günü dağa oturdu.”1


Bildirişlər


1. Göyün və yerin şüuru var. Allah onlara xitab edir, onlar da itaət göstərirlər. Göy və yer Allaha ikrah yox, rəğbətlə itaət göstərirlər.1

2. Zalım həlak olduqdan sonra da lənətlənməlidir.


Ayə 45:

﴿وَنَادَى نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابُْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ﴾

Sonra Nuh öz Rəbbini çağırıb dedi: “Pərvərdigara! Həqiqətən, oğlum mənim ailəmdəndir və əlbəttə ki, Sənin (ailəmi xilas etməklə bağlı) vədin haqdır. Sən hakimlərin üstünüsən.”


Nöqtələr


◘Allah-təala Nuhun ailəsinə qurtuluş vəd etmişdi.2 Nuh güman edirdi ki, yalnız onun zövcəsi məhvə məhkumdur. Bu səbəbdən də öz oğlunu gəmiyə dəvət etməsi və Allahdan oğlu üçün qurtuluş diləməsi təbii idi.

◘Nuh öz oğlunun kafir olacağını bilsəydi, onun üçün dua etməzdi. Çünki o həddi aşmış zövcəsi üçün də dua etməmişdi. Ola bilməzdi ki, yer üzünün kafirlərinə nifrin edən Nuh kafir oğlu üçün qurtuluş diləyə!3


Bildirişlər


1. Allaha üz tutub Ona dua edərkən ədəbli olmaq lazımdır. Həzrət Nuh “vəd etdiyin halda nə üçün oğluma nicat vermirsən” deyə etiraz etmədi. Nuh Allahı ən üstün hakim saydığını qeyd etməklə kifayətləndi.

2. Əgər ilahi yardım olmasa, Allahın övliyaları da səhvə yol verə bilər. Adəmin yaranış əhvalatında hətta mələklər də onu tanıya bilmədi. Onlar Adəmin yaranışını fəsad törədib qan tökən bir varlığın yaranışı kimi zənn etdilər. Allahın yetərli cavabı onları razı saldı.


Ayə 46:

﴿قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ فَلاَ تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ﴾

(Allah cavab olaraq) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. O, qeyri-saleh əməl sahibidir. Bilmədiyin şeyi məndən istəmə. Həqiqətən, Mən sənə moizə edirəm ki, cahillərdən olmayasan.”


Nöqtələr


◘Peyğəmbər haqqında işlədilmiş “fəla təsəlni” (Məndən istəmə) təbiri gerçək bir istəyə işarə deyil. Çünki həzrət Nuh növbəti ayədə bilmədiyi şeyi istəməkdən Allaha pənah aparır. Nuh elə düşünürdü ki, oğlu haqq əhlidir. Allah isə Nuhun övladı haqqında həqiqəti bildirir.

◘Peyğəmbər (s) və məsum imamlardan nəql olunmuş bir çox rəvayətlərdə “ləysə minna”, yəni “bizdən deyildir” təbiri qeyd olunur. Bu təbirin bəzi nümunələrini nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir müsəlmana xəyanət etsə, bizdən deyil.” Digər bir rəvayətdə həzrət (s) buyurur: “Xalq bir şəxsə ondan qorxduğu üçün hörmət göstərərsə, o şəxs məndən deyil.” Başqa bir hədisdə oxuyuruq: “Hər kəs sübh vaxtı müsəlmanlara xidmət fikrində olmasa, müsəlman deyil.”

Sual: “Təhrim” surəsinin 10-cu ayəsində Nuh və Lutun zövcələri haqqında “onlar xəyanət etdilər” deyə buyurulur. Burada isə belə bəyan edilir: “Ey Nuh! Övladın sənin əhlindən deyil.” Bu o demək deyilmi ki, Nuhun övladı zinadan yaranmışdır?

Cavab: Əvvəla, Nuhun zövcəsinin ona xəyanəti peyğəmbərin sirlərinin kafirlərə açılmasından ibarət idi. İkincisi, ayədə Nuhun oğlunun nöqsanı onun qeyri-saleh olması bildirilir.

Bildirişlər


1.Əqidə bağlılığı ailə və qohumluq bağlılıqlarından üstündür. (Başqa diyardan olan Səlman, Peyğəmbərin (s) əhli-beyti sayıldığı halda, Peyğəmbərin (s) əmisi Əbu-Ləhəb lənətlənir.) (Nuhun nifrini ilə qərq olanlar başqa bir səbəbdən yox, imansızlıqlarına görə cəzalandılar)

2. Bəzən insan xeyir və şərə elə qatılır ki, sanki həmin əməlin bir parçası olur.

3. Peyğəmbərlərin də Allah moizəsinə ehtiyacları var. (Allah Öz peyğəmbərlərini həssas məqamlarda oyadır və hifz edir.)

4. Cahil işlərdən çəkinmək lazımdır. (Allahdan hikmətsiz bir şey istəmək cahillikdir.)



Ayə 47:

﴿قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَإِلاَّ تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ﴾

(Nuh) Dedi: “Pərvərdigara! Bilmədiyim şeyi istəməkdən Sənə pənah aparıram. Əgər (bu istəyi) mənə bağışlamasan və rəhm etməsən, ziyankarlardan olacağam.”


Bildirişlər


1. Peyğəmbərlər Allaha dərhal təslim olur.

2. Dualarımızda “Rəbb” çağırışını yaddan çıxarmayaq.

3. Allaha pənah aparmaq çətinliklər zamanı insan üçün ən üstün sığortalanmadır.

4. Allahın moizələri qarşısında ədəbli və təvazökar olaq.

5. Bir şeyin yaxşı-pisliyini bilmədikdə Allahdan onu istəməyək.

6. Yersiz sual və sözə görə tövbəyə ehtiyac var. (Əgər peyğəmbərlər yersiz istəyə görə Allaha pənah aparırsa, daim Allahdan yersiz şeylər istəyən bizlər nə etməliyik?)

7. Öncə bağışlanmaq, sonra rəhmət əldə etmək!

8. Əsl zərər bağışlanmamaqdır.

9. İnsanlar, hətta peyğəmbərlər Allahın lütfü olmadan məqsədə çata bilməzlər. Allahın mərhəmətindən məhrum olan kəs ziyankardır.
Ayə 48:

﴿قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلاَمٍ مِّنَّا وَبَركَاتٍ عَلَيْكَ وَعَلَى أُمَمٍ مِّمَّن مَّعَكَ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ﴾

Nuha xitab olundu: “(İndi) sənə və səninlə olan bütün ümmətlərə tərəfimizdən salamatlıq və bərəkətlə aşağı en. Tezliklə ümmətləri nemətlərdən bəhrələndirəcəyik. (Amma) sonra (küfr və günaha) görə tərəfimizdən onlara dərdli əzab çatacaq.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə