Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR



Yüklə 1,67 Mb.
səhifə9/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

ƏN BÖYÜK FƏLSƏFƏ TƏSLİMÇİLİKDİR.


Şübhəsiz ki, şər’i hökmlər və ilahi göstərişlərin fəlsəfəsi və dəlili vardır. Lakin bütün ilahi göstərişlərin və hökmlərin iqtisadi, tibbi və elmi dəlillərini axtarmaq lazım deyil. Müsəlman vəhy göstərişinə təslim olmalıdır. Mütləqiyyət və hikmət sahibi olan Yaradan qarşısında təslimçilik və qəbul ruhiyyəsi insan üçün kamal sayılır. Bə’zi göstərişlər bəndəlik və təslim ruhiyyəsinin imtahanı üçündür.

İsmaili qurban etmək üçün Allahın İbrahimə (ə) verdiyi göstəriş bunun bir nümunəsi və kamil bəndəlik nişanəsidir.

Necə ki, həmişə harayasa getmək üçün yola çıxmırıq. Bə’zən yol getmək özü məqsəddir. Məsələn, gəzinti və ya qaçışda məqsəd harasa getmək yox, idman etməkdir. Bə’zən ibadi göstərişlər və ilahi hökmlərdə məqsəd qarşı tərəfin təslimçiliyi, göstərişləri qəbul etməsi, Allahın razılığını qazanması və yalnız Ona itaət etməsi üçün hazırlıqdır. İbadətin məqsədi insan ruhunun tərbiyəsidir. Necə ki, fiziki hərəkətlər cismin tərbiyəsi üçündür.

İmam Səccad (ə) və imam Əli (ə) buyurur: “İlahi, iftixar üçün Sənin bəndən olmağım bəs edər.”

“Şə’baniyyə münacatı”nda oxuyuruq: “İlahi, əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə deyəcəyəm ki, mən Səni sevirəm!”

Həzrət Əli (ə) bildirir ki, İlahi, mənim ibadətim behişt tamahı və ya cəhənnəm qorxusundan yox, Səni ibadətə layiq bildiyim üçündür. İlahi övliyalar Allaha ibadətdən ləzzət alırlar. Günahkarlar isə Allahı düşünmək və ibadətin şirinliyindən məhrumdurlar. Bə’zən bir şəxs maddi təmənnasız kiməsə xidmət göstərmək istəyir. Həmin şəxsiyyətə xidmət onun üçün dəyərli məqsəddir. O hətta elm kəsb etmək və ya ictimai mövqeyə çatmaq haqda düşünmür.

Böyük şəxsiyyətlərlə yaxın olmaq, onlarla birlikdə şəkil çəkdirməkdən fərəh hissi duyanlar çoxdur. Baxmayaraq ki, onların bu işdə heç bir mənfəəti yoxdur. Təkcə bu yaxınlıq onlar üçün sevimlidir. İnsanlar üçün bu dünyada bu növ işlər qiymətlidirsə, Allaha bəndəlik, Onun hüzurunda olmaq iftixar sayılmazmı?!

BƏHANƏ, YOXSA ARAŞDIRMA?


Deyilənlərdən mə’lum olur ki, bə’zilərində təslimçilik və bəndəlik ruhiyyəsi olmadığından dindarlıq və vəzifədən boyun qaçırmaq üçün bəhanə axtarırlar. Buna görə də araşdırma aparır, hər dini göstərişin fəlsəfə və dəlilini axtarır, özlərini ziyalı göstərirlər. Qur’ani-kərim bu kimi şəxslərin qiyamətə e’tiqadları barəsində buyurur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir. “Qiyamət günü nə vaxt olacaqdır?” –deyə soruşar.”1

Onlar bəhanəçil uşaqlar kimidir. Bəhanələr kəsildikdə, başqa bir bəhanə axtarırlar. Qur’an bu şəxslər barədə buyurur: “Əgər müşriklər Allahın qüdrətini və peyğəmbərlərin mö’cüzələrini görsələr üz döndərib: “Bu uzun müddət davam edən bir sehrdir!” –deyərlər.”2

Bu kimi şəxslər başçı, mexanik, həkim, xarici dəblər, nəfsani vəsvəsələr və şeytani meyllər qarşısında təslimdirlər. Lakin dini göstərişlərə gəldikdə tədqiqatçı və müstəqil fikirli olurlar.

BİR SÖHBƏT


Bir gün bir şəxs soruşdu: “Nə üçün sübh namazı iki rəkətdir?” Dedim: “Bilmirəm. Allahın göstərişidir, yerinə yetirilməlidir.”

Bilmədiyimi anlayan kimi ziyalı qiyafəsi aldı və dedi: “Dünya elm dünyasıdır, elmsiz din məqbul deyil...” Soruşdum: “Nə üçün nar ağacının yarpağı kiçik, üzüm yarpağı isə böyükdür?” Dedi: “Bilmirəm.” Təkəbbürü azaldı. Mən də həmin qiyafəni alıb dedim: “Qardaş, dünyanın elm dünyası olmasını qəbul edirik. Lakin bu o demək deyil ki, varlığın bütün sirlərini bu gün öyrənməliyik. Şübhəsiz, narın nazik, üzümün enli yarpaqları, onların meyvələrinin dadı arasında təbiətşünaslar tərəfindən nə vaxtsa kəşf olunacaq bir rabitəsi vardır. Demək, sirlərin varlığını qəbul edirik. Lakin onların hamısını bilmək iddiasında olan şəxsi qəbul etmirik. Əgər hər bir əməldən öncə onun fəlsəfəsini öyrənsək, allahpərəstlik və təslimçilik necə olsun? Vəhy elmdən daha üstün və daha sirlidir. Nə üçün ziyalılar hər bir qanun və proqramı qəbul edir, lakin din və Allah qanunlarına gəldikdə çətinliyə düşür və məntiq əhli olurlar?!


NAMAZ

VƏHY MƏKTƏBİNDƏ NAMAZ


İbadət, onun fəlsəfəsi və şərtləri barəsində söhbətlər oldu. İndi isə ibadətin ən bariz nümunəsi olan “namaz” mövzusunu araşdıracağıq. Öncə Qur’an və hədisdə namazın məqamı ilə tanış olaq. Sonra isə onun xırdalığına və sirlərinə əl ataq. Beləliklə, namaz haqqında vəhy məktəbinin baxışlarına diqqət yetirək:

Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman övladına deyir:

“Oğulcan, namaz qıl.”1

Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”2

Namaz Allahın əhdidir.3

Namaz Peyğəmbərin (s) gözünün nurudur.4 Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”5

Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.6

Namaz Allahın verdiyi ne’mətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”7

Namaz dinin simasıdır.2

Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”3

Namaz dinin sütunudur.4

İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.”5

Namaz behiştin açarıdır.6

Namaz insanları dəyərləndirmə me’yarıdır.7 Namaz dinin köküdür.8

Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.9

Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.10

Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mə’nəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.

Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin e’lanıdır.

Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.

Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.1

Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.2

Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.”3

Namaz şeytanı məhv edir.4


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə