Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və ifadələrə (zırrama, qurumsaq, qanmaz, anlamaz, gopa basmaq, içəri soxulmaq, aradan sürüşmək, boşboğaz, dürtmək, ipli-mıxlı yoxa çıxmaq və.s) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən aslı olmayaraq böyük narazılıqla qarşılanır.
Bəzi rəhbər işçilər belə hesab edirlə ki, işçini ram etmək üçün onunla kobud danışmaq, sərt rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın bir kəlamı yerinə düşərdi: İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk etməlidir. Doğrudan da, insan üçün çətin şeylərdən biri özünü dərketmə, “mən”in dərkidir. Özünü dərk edənlər həm də yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq qabiliyyətinə sahib olurlar.
Dostları ilə paylaş: |