|
![](/i/favi32.png) Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin planiRəy söyləmək, münasibət bildirmək, məsləhət vermək
|
səhifə | 49/114 | tarix | 25.04.2022 | ölçüsü | 390,98 Kb. | | #86018 | növü | Mühazirə |
| Akademik və işgüzar kommunikasiya 15 mühazireRəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının nitqinə münasibət bildirir, rəy söyləyirlər. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirilərkən iş yararsızdır, boş və mənasız fikirlərdir, tarixdən xəbərsizdir və.s kimi ifadələrin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa tərzdə məsələn, bəzi fikirlər aydın verilmir, bu barədə daha əsaslı faktlar gətirmək olardı, bir qədər səthilik nəzərə çarpır və.s kimi ifadə etmək olar və lazımdır. Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə bağlı danışanda, yazılı və şifahi formalarda rəy söyləyəndə həmişə yumşaq sözlər, ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də qusurların üstündən keçmək, liberallıq göstərmək mənasında başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər başqa tərzdə, haqqında danışılana hümanist mövqedən, xeyirxah bir məqsədlə onu daha çox işləməyə, oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir.
Dostları ilə paylaş: |
|
|