Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

  19 

-  COMMAND,COM  əmrlər  prosessoru  sistem  diskinin  istənilən  yerində  saxlanıla  bilər.  O, 

istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan 

sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır; 

-  DOS-un  xarici  əmrləri-utilitlər  .  Disklərin  yoxlanması,  formatlaşdırılması  (FORMAT.COM), 

çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər; 

Qurğuların  idarəedici  proqramları  olan  drayverlər.  Bu  drayverlər  kompüterin  yaddaşına  köçürülür 

və onların adları CONFİG.SYS faylında göstərilir.  



UNİX əməliyyatlar sistemi

UNİX  əməliyyatlar  sisteminin  (ƏS)  üstünlüklərindən  biri  ondan  ibarətdir  ki,    bu  sistem  sayı  çox 

olmayan  intuitiv  aydın  anlayışlara  əsaslanır.  Əvvəldən  UNIX  ƏS-i  interaktiv  sistemi  kimi  nəzərdə 

tutulmuşdur.  Başqa  sözlə  UNİX  terminal  iş  üçün  təyin  olunmuşdur.Sistemə  daxil  olan  istifadəçi  fayl 

sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvari quruluşa malikdir. Ağacın kökündə qurğu və  ya əsas 

(kök)  kataloq  durur.  Sonrakı  şaxələnmə  alt  kataloqlar  və  fayllar  üzrə  aparılır.İstifadəçi  adətən,  fayl  və 

kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər. 

 İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə 

daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər 

dilindəki  fərqlərə  malik  bir  neçə  əmrlər  interpretatoru  olur.  UNİX  ƏS-nin  istənilən  əmrlər 

interpretatorunun ümumi adı  SHELL (örtük) –dir. Çağrılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil 

edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə 

uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır. 

Bu  prosesin  başa  çatdırılması  üçün  istifadəçi  əmrlər  sətrində  LOGOUT  əmrini  yazmalı  və  ya  CTRL-D 

düymələrini  basmalıdır.  UNİX  ƏS-də  hər  bir  istifadəçi  öz  sistem  tərəfindən  qeydiyyata  alınmış  unikal 

(təkrarlanmayan)  identifikatoruna  görə  (UİD-  USER  İDENTİFİER)  tanınır.  Bununla  bərabər  hər  bir 

istifadəçi  istifadəçilər  qrupuna  (GİD-  GROUP  İDENTİFİER)  aid  olur.  Hər  bir  istifadəçi  üçün  mövcud 

olan  UİD və GİD sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə yetirilir.Aydındır 

ki,  UNİX  sistemində  də  sistemin  adminstratoru  (inzibatçısı)  da  mövcud  olur.  Bu  istifadəçiyə,  yəni 

adminstratora uyğun olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox 

imkanlara  malik  olur.  O,  digər  istifadəçilərdən  fərqli  olaraq,  sistemdə  dəyişiklik  etməyə,  istənilən 

istifadəçiyə  aid  olan  fayl  və  kataloqları  dəyişməyə  və  ya  ləğv  etmək  imkanlarına  malik  olur.  Adətən 

adminstratoru  superistifadəçi  (superuser)  və  ya  ROOT    adlandırırlar.  UNİX  ƏS-də  müxtəlif 

proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu 

sistemdə  daha  çox  C  (C++)  dilindən  istifadə  olunur.  Bu  onunla  izah  olunur  ki,  UNİX  sisteminin  özü C 

dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda apparat hissəsi ilə əlaqəli işləmək 

daha effektivdir. 

 UNİX  ƏS-də  giriş-çıxışa  istiqamətləndirmə  mexanizmi  güclü  və  eyni  zamanda  sadə 

mexanizmlərdən  biridir.  UNİX  interaktiv  sistem  olduğundan  proqramlar  mətn  şəklində  klaviatura 

vasitəsilə  daxil  edilir  və daxil  edilmiş  proqram  mətni  ekrana  çıxışa  verilir.  Əslində  bu  prinsip  vasitəsilə 

məlumatlar fayldan alınaraq digər fayla da verilə  bilir.UNİX ƏS-də klaviatura və ekranla iş  də  fayllarla 

işləmə  kimi  qəbul  edilir.  İstənilən  fayla  daxil  olma  onun  deskriptoruna  müraciətlə  həyata  keçirilir. 

Deskriptor  tam  müsbət  ədəddir.  Faylların  deskriptoru  1,  2  və  ya  3  Ola  bilər.  Deskriptoru  1  olan  fayl 

standart  giriş  faylı  adlanır  (STDİN);  deskriptoru  2  olan  fayl  standart  çıxış  faylı  adlanır  (STDOUT); 

deskriptoru  3  olan  fayl  diaqnostik  məlumatların  standart  çıxış  faylı  adlanır  (STDERR).  Qeyd  etmək 

lazımdır  ki,  ixtiyari  prosesdə  işə  salınan  proqram  özündən  əvvəlki  proseslərdə  istifadə  edilən  faylların 

deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX ƏS-i də istifadəçilərin 

bir-birindən  mühafizəsi,  sistem  verilənlərinin  kənar  istifadəçilərinin  müdaxiləsindən  qorunması  üçün 

nüvəyə  malikdir.  Bu  sistem  nüvəsi  kompqter  resurslarını  idarə  edir  və  istifadəçilərə  baza  xidmətlər 

yığımını təklif edir.  

UNİX ƏS-nin nüvəsinin əsas hissəsi aşağıdakı komponentlərdən ibarətdir:  

- aşağı səviyyədə sistemin inisalizasiyası və aşılması;  

- daxili və xarici kəsilmələrin ilkin emalı;  

- yaddaşın idarə edilməsi




  20 

- nüvə və istifadəçi rejimləri arasında kontekst proseslərin birindən-digərinə keçidin təmini; 

- qurğuların drayverlərinin sistemin əsas platforması ilə əlaqələndirilməsi. 

UNİX ƏS-nin nüvəsinin əsas funksiyaları aşağıdakılardır: 

a)

 

Sistemin  insalizasiyası-  işə  salma  və  açılma  (bootstrap)  funksiyası.  Bu  funksiya  tam  nüvəni 



kompüterin yaddaşına yükləyir və nüvəni işə salır. 

b)

 



Proseslərin idarə edilməsi; 

c)

 



Yaddaşın idarə edilməsi. 

d)

 



Fayl sisteminin idarə olunması; 

e)

 



Kommunikasiya  vasitələri.  Bu  vasitələr  eyni  bir  kompüterdə  proseslər  arasında  verilənlərin 

mübadiləsini,  lokal  və  qlobal  şəbəkələrə  verilənlərin  ötürülməsini  və  proseslərlə  xarici  qurğuların 

drayverləri arasındakı əlaqəni təmin edir. 

f)

 



Proqram  interfeysi-  istifadəçinin  funksiyalar  və  çağırışlarla  nüvənin  imkanlarına  daxil  olmasını 

təmin edir. 



Windows əməliyyatlar sistemi: 

MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disket-lərdə olan fayl 

və kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi proqramçıları onlara lazım 

olan  ləvazimatları  (qrafik  interfeysi  yaratmaq,  menyu,  sorğu  və  pəncərə  yaratmaq,  müxtəlif  displey  və 

printerləri əlaqələndirmək, proqram tərtib edən köməkçi proqramlar və s.) tərtib etməyə, ya da müxtəlif 

proqramlar  kitabxanasından  istifadə  etməyə  məcbur  edirdi.  Digər  tərəfdən  müxtəlif  proqramlara 

müraciət  etməyin  özü  və  müxtəlif  proqramların  istifadəçi  tərəfindən  eyni  vaxtda  istifadə  olunması  çox 

çətinlik yaradır. 

Buna görə də çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı. İlkin olaraq belə 

interfeysli  ilk  əməliyyat  sistemini  Macintosh  tipli  kompüterlər  üçün  Apple  Computer  firması  hazırladı. 

Sonra 1992-ci ildə Microsoft firması kütləvi istifadə olunan IBM PC tipli kompüterlərdə istifadə olunan 

MS-DOS  əməliyyat  sistemləri  üçün  qrafik  Windows  3.0  örtük  proqramuıı  yaratdı.  Tezliklə  firma  fərdi 

istifadə  üçün  Windows  3.1,  lokal  şəbəkədə  istifadə  üçün  Windows  3.11  for  Workgroup  proqramlarını 

hazırladı. 

Microsoft  firmasının  1995-ci  ilin  avqust  ayında  istehsal  etdiyi  yeni  variantı  Windows  95 

adlandıracağını elan etməsi kompüter istifadəçiləri üçün bir sürprizə çevrildi. Elan edilən sürpriz bununla 

tamamlamrurdı. Çünki firma Windows 95-i kompüter bazarına çıxararkən sistemin gözlənildiyindən də 

artıq yeniliyə sahib olduğunun və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin şahidi oldu.  

1998-ci ildə Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı. Sonrakı 

illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək Windows-un yeni variantlarım (Windows 

NT-2000, Windows XP) kompüter istifadəçilərinə təqdim edir. 

Windows-un  hər  növünün  bir  neçə  varianti  -  Amerika,  panavropa  və  bəzi  dövlətlərin  öz  lokal 

variantları vardır: 

-   Amerika variantlan ingilis dilli interfeysə malikdir və ABŞ-da işləmək üçün nəzərdə tutulub. 

Başqa dilli proqramlarla işləmək imkanı yoxdur; 

-      Panavropa  variantı  ingilis  dilli  interfeysə  malik  olmaqla  yanaşı,  tərkibinə  Avropa  dillərində 

işləmək üçün proqram vasitələri daxildir

-      Bəzi  dövlətlər  üçün  Microsoft  firması  əməliyyat  sisteminin  lokal  variantım  təklif  edir.  Bu 

proqramların əmrlər dili və qrafik interfeysi həmin dövlətin dilindədir.  

Windows əməliyyat sistemldrini əsasan iki qrupa bölmək olar: 

-   Fərdi kompüterdə istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və Millenium variantı); 

-   Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT Server and Workstation, 

Windows 2000 Professional). 

Birincidən,  adından  bəlli  olduğu  kimi,  lokal  şəbəkə  olmayan  sahələrdə  istifadə  edirlər.  Bunlar 

üçün  həddindən  artıq  tətbiqi  proqramlar  tərtib  edilmişdir.  İkincidən  isə  lokal  və  qlobal  şəbəkələrin 

qurulduğu yerlərdə istif adə edilir. 



Windows-un üstün cəhətləri: 

proqramın xarici qurğulardan asılıi olması 

Windows və DOS arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı (DOS-a ehtiyac olmadan) 

kompüter  avadanlığı  (displey,  klaviatura,  printer  və  s.)  ilə  birbaşa  işləyə  bilir.  Windows  mühitində 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə