1
1. Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti
2. Fakültə: Aqrar iqtisadiyyat
3.İxtisas: İqtisadiyyat
4. Kafedra: İnformasiya texnologiyaları və sistemləri
5. Fənn: İnformatika
6. Mühazirəçi: Məmmədov Mahmud Neymay oğlu
Mühazirənin mövzular üzrə bölgüsü (30 saat)
Sıra
sayı
M ö v z u l a r
Saat-
ların
miq-
darı
1
İnformatika fənninin predmeti. Əsas anlayışlar. İnformasiyanın ölçü vahidləri.
Hesablama texnikasının inkişaf mərhələləri. EHM-larının
nəsilləri
2
2
Kompüter, onların tərkibi və strukturu. Fərdi kompüterlərin quruluşu və onlara
qoşula bilən texniki vasitələr. Proqram təminatı. Sistem, tətbiqi və instrumental
proqramlar
2
3
Əməliyyatlar sistemləri. Windows əməliyyatlar sistemi. İşçi stol, onun
elementləri, tərtibi qaydaları. İdarəetmə paneli. Standart və xidmətedici
proqramlarla işin təşkili
2
4
Mətn redaktorları. Word mətn redaktoru. Əsas menyuları: Файл, Правка, Вид.
2
5
Word mətn redaktoruunun menyuları: Вставка, Формат, Сервис, Таблица,
Окно, Справка.
2
6
Elektron cədvəllər. Excel cədvəl prosessoru. İşçi kitab, işçi vərəq, sətir, sütun və
xana.
2
7
Excel cədvəl prosessorunun menyuları
2
8
Alqoritmləşdirmə və proqramlaşdırma. Turbio Paskal alqoritmik dilinin əlifbası,
verilənlər və dəyişənlərin tipləri.
2
9
Alqoritmik dilin standart funksiyaları. Proqram quruluşu və alqoritmik dilin
operatorları: sadə operatorlar.
2
10
Strukturlu
operatorlar
2
11
Çoxluqlar, massivlər, yazı
və sətir tipli verilənlər
2
12
Prosedura və funksiyalar
2
13
Verilənlər bazasını idarəetmə sistemləri. MS Access verilənlər bazasını
idarəetmə sisteminin elementləri
2
14
Kompüter şəbəkələri
2
15
İnformasiya təhlükəsizliyi
2
Cəmi:
30
Ədəbiyyat
1. Kərimov S., Həbibullayev B., İbrahimzadə T. İnformatika (Dərs vəsaiti). Bakı, 2002.
2. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texni-kasının əsasları. Bakı, Maarif, 2004.
3. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və kompüterləşmənin
əsasları. “MSV NƏŞR”, Bakı, 2006.
4. Quliyev V. Verilənlər bazası, “Elm”, Bakı, 2006.
5. Kərimov S.Q. İnformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008
6. Каймин В.А. Информатика. Учебник. Москва, ИНФРА-М, 2000.
7. Жеретинцева Н. Н.. Курс лекции по компьютерным сетям. ДГМА им. адмирала Г. Н.
Невельского, Владивосток, 2000.
8. Информатика. Учебник/Под ред. Н.В. Макаровой. Москва, Финансы и статистика,
2000.
2
9. Информатика. Учебник. Под ред. А. Н. Данчула. Издатель-ский центр Российской
академии государственной службы при Президента Российской Федерации, Москва, 2004.
10. Журин А. А. Cамоучитель работы на компьютере. Мос-ква, «Дельта», 2001.
11. Фаранов В. В. Turbo Pascal. Начальный курс. Учебное по-собие. Издание 7-ое,
переработанное. Москва, Нолидж, 2001.
12. Олифер И. Г., Олифер Н. А. Компьютерные сети. Прин-ципы, технологии, протоколы.
Санкт-Петербург, издательство «Питер», 2001.
13. Иванов М.А. Криптогоафические методы защиты ин-формации в компьютерных
системах и сетях. Москва,2001.
14. Немнюгин С.А. Turbo Pascal. Практикум. Санкт Петер-бург, Питер, 2002.
15. Конолли Т., Каролин Б., База данных: проектирование, реализация и сопроваждение.
Теория и практика. «Вильямс», Мос-ква, 2003.
16. Могилев А. В., Пак Н. И., Хённер Е. К. Информатика. Мос-ква, 2004.
17. http//www.citmgu.ru/courses/f9.
MÖVZU 1: İNFORMATİKA FƏNNİNİN PREDMETİ. ƏSAS ANLAYIŞLAR.
İNFORMASİYA ÖLÇÜ VAHİDLƏRİ. HESABLAMA TEXNİKASININ İNKİŞAF
MƏRHƏLƏLƏRİ. EHM-LƏRİN TƏSNİFATI
İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu
proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
İnformatikanın üç əsas tərkib hissəsi vardır:
1.
Texniki təminat – EHM-lar və qurğular (Hard Ware);
İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən EHM-ları, digər
qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.
2.
Proqram təminatı- (Soft Ware);
İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı ilə əlaqədar
proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.
3.
Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware).
“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə
edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən”mənasını verir.
Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin
yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi,
mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş
prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin
olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə
edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən
elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
İnformasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında
məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksaəriyyətində
“informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edilmiş
məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses
haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya
proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və
ya proses haqqında heç bir təsəvvür yaratmayan məlumat səs-küy adlandırılır. İnformasiya proses
daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər.