Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

  37 

-

 



Картинки-  Bu  mənbə  seçildikdə  sağ  tərəfdə  yeni  işçi  oblast  və  ya  pəncərə  açılır.  Bu 

pəncərədən əvvəlcə axtarış kolleksiyası seçilir və «Начать» düyməsi basılır. Ekranda şəkillər kolleksiyası 

görünür. Seçilən şəkil avtomatik olaraq sənədə kursor durduğu mövqedən əlavə edilir

-

 



Из  файла-  əmr  verildikdən  sonra  açılmış  yeni  pəncərədən  əlavə  olunacaq  şəklin  yerləşdiyi 

faylın olduğu qovluq seçilir. Lazımi fayl tapılır və həmin fayla daxil olaraq şəkil götürülür, götürülmüş 

şəkil sənədə əlavə edilir;  

-

 



Со  сканера  или  камеры-  Bu  bənd  kompüterə  qoşulmuş  skaner  və  ya  veb  kamera  vasitəsilə 

götürülmüş hər hansı şəkili sənədə əlavə etməyə imkan verir; 

-

 

Создать  рисунок-  Müxtəlif  mənbələrdən  alınmış  şəkil  və  təsvirlərin  birləşdirilməsi,  bəzi 



elementlərin,  xətlər  və  həndəsi  fiqurların  əlavəsi  ilə.  müəyyən  hissələrin  silinməsi  və  görünüşünün 

dəyişdirilməsi və s. əməliyyatlarla yeni təsvirlər yaradılır; 

-

 

Автофигуры-  Kompüterdə  mövcud  olan  (düymə  basıldıqdan  sonra  ekrana  verilən  alətlər 



panelinin elementləri) xətlər, əyrilər, həndəsi və digər fiqurlardan istifadə etməklə təsvirlərin yaradılması 

imkanları verilir; 

-

 

Объект  Word  Art-  əmr  verildikdən  sonra  açılan  yeni  pəncərədən  yazılş  forması 



müəyyənləşdirilir.  Növbəti  pəncərədə  yazının  şrifti,  hərflərin  ölçüsü  və  yazılış  üslubu  təyin  olunur  və 

yazılış sənədə əlavə edilir. 

-

 

Организационная диаграмма- təşkilatı dioqramların qurulması üçün bu bənd seçilir. Seçimdən 



sonra  ekranda  ilkin  maket  və  uyğun  alətlər  paneli  görünür.  Bu  maketə  panelin  ayrı-ayrı  alətləri  ilə 

müxtəlif  səviyyələr  seçildikdən  sonra  yeni  element  əlavə  etmək  (eyni  səviyyəli,  tabe  olan,  köməkçi 

element), hər bir elementi aktivləşdirərək onun daxilindəki yazını dəyişmək, maketin formasını dəyişmək 

(adi,  ikitərəfli,  sağtərəfli,  soltərəfli),  maketin  digər  stilini  təyin  etmək,  mətn  daxilində  yerləşmə 

vəziyyətini müəyyənləşdirmək, görünüş miqyasını vermək mümkündür

-

 



Диаграмма-  sənədə  Excel  cədvəlində  verilənlərlə  birlikdə  uyğun  diaqramı  verir.  Həmin 

verilənləri dəyişməklə və uyğun olanları daxil etməklə yeni diaqram qurmaq və sənədə əlavə etmək olar. 

Qeyd  edək  ki,  redaktorun  adətən  işçi  pəncərənin  aşağısında  yerləşən  «Рисование»  alətlər 

panelinin  alətləri  ilə  yuxarıda  qeyd  olunan  təsvirlər  xüsusiyyətlərinə  uyğun  olaraq  dəyişdirilə  və  başqa 

formaya salına bilərlər. 

«Вставить» menyusunun «Схематическая диаграмма» əmri vasitəsilə sənədə sxematik əlaqə və 

münasibətləri əks etdirən diaqramlar əlavə etmək olar. əmr verildikdən sonra ekranda görünən 6 diaqram 

tipindən  uyğun  gələni  seçilir  və  əmrin  verilməsi  ilə  ekranda  görünən  alətlər  panelindən  istifadə  etmələ 

təşkilatı diaqramlarda olduğuna analaoji əməliyyatları yerinə yetirmək mümkündür. 

Tərtib  edilmiş  sənədə  xüsusi  çərçivələrdə  yerləşdirilmiş  və  hərəkət  imkanına  malik  yazıların 

əlavəsi üçün «Надпись» əmrindən istifadə edilir. 

Sənədə  bütöv  bir  faylın  əlavəsi  üçün  həmin  menyunun  «Файл»  əmri  verilir.  Açılan  pəncərədən 

fayl seçilir və sənədə kursor durduğu mövqedən əlavə olunur. 

Bəzən  yaradılmış  sənəddə  redaktə  işinin  və  ya  digər  düzəlişlərin  edilməsi  ilə  əlaqədar  müəyyən 

mövqeyin  tez  tapılmasını  müəyyənləşdirən  əlamətin  olması  tələbatı  yaranır.  Belə  əlamət  «Закладка» 

(əlfəcin  )  qoyulması  ilə  həyata  keçirilir.  Bu  əlfəcinin  yerinin  müəyyənləşdirilməsi  üçün  «Правка» 

menyusunun «Перейти» əmrindən istifadə edilir. 

Sənədə  Word  redaktorunda  və  ya  digər  redaktorda  yaradılmış  faylın  məzmununun  deyil  adının 

qoyularaq  istənilən  vaxt  onun  xüsusi  əlaqə  ilə  gətirilməsini  təmin  etmək  məqsədilə  «Вставка» 

menyusunun  «Гиперссылка»  əmrindən istifadə edilir. Bu cür  əlavə  edilmiş  hipermüraciətin işləməsinin 

təmini  üçün  klaviaturanın  “Ctrl”  düyməsini  basılı  saxlayaraq  müraciətin  üzərində  MOUS-un  düyməsini 

iki dəfə basmaq tələb olunur. Hipermüraciət sənədin əsas mətnindən rənginə görə fərqlənir. 

 Windows  əməliyyatlar  sisteminin  bütün  proqramları  qarşılıqlı  işləmə  qabliyyətinə  malikdirlər. 

Bundan  istifadə  edərək  Word  mətn  redaktorunda  da  yaradılmış  istənilən  sənədə  digər  proqramların 

obyektlərini əlavə etmək mümkündür. Bu məqsədlə «Вставка» menyusunun «Объект» əmrindən istifadə 

edilir.  Əmr  verildikdən  sonra  açılan  pəncərənin  yuxarı  hissəsindəki  iki  rejimdən  biri  seçilir.  Əgər 

«Создание из файла»  seçilərsə onda obyekt müəyyən olunmuş fayldan seçilərək ya obyelt, ya da xüsusi 

işarə kimi əlavə edilir. Bu əlavədə ilkin faylla əlaqəni də təmin etmək olar. Bu əlaqə hər dəfə ilkin faylda 

olan  dəyişikliklərin  sənəddəki  obyektdə  də  avtomatik  dəyişiklik  edəcəyinə  imkan  verir.  «Создание» 

rejimi seçildikdə xüsusi oblastda  əlavə olunacaq  obyektin  aid  olduğu proqramın seçilməsi  təklif olunur. 

Seçimdən  sonra  ekran  dəyişərək  seçkiyə  uyğun  proqramın  işçi  pəncərəsini  yükləyir.  Obyekt 



  38 

hazırlandıqdan  sonra  düymənin  basılması  ilə  yenə  də  sənədə  qayıdılır  və  obyekt  əlavə  olunur. 

Əlavədən sonra obyektdə hər hansı dəyişikliklər etmək üçün onun üzərində sağ düyməni basaraq kontekst 

menyunun açılması təmin olunur.  

Bu  proqramlardan  ən  çox  istifadə  edilənlərdən  biri  də  riyazi  və  digər  düsturların  və  yazılışların 

aparılması  üçün  istifadə  edilən  Microsoft  Equation-dur.  Onun  seçilməsi  ilə  ekranda  xüsusi  yazılış 

pəncərəsi və alətlər paneli görünür. Bu alətlər panelinin alətləri indekslərin, üstlərin qoyulmasına, yunan 

hərflərini yazılışına, matrislər, müxtəlif cəmlər və hasillər, inteqrallar və s. yazılışı imkanını yaradır. 

 Word  mətn  redaktorunda  yaradılmış  sənədin  formatlaşdırılması  məqsədilə  «Формат» 

menyusunun  əmrlərindən  istifadə  edilir.  Bu  əmrlərin  köməyi  ilə  siyahıların  tərtibi  («Список»  əmri) 

mümkündür. Əmr verildikdən sonra adi markalanmış siyahılar. Nömrələnmiş. Müxtəlif səviyyəli siyahılar 

yaratmaq mümkündür.  

Sənəd  hissəsinin  və  ya  səhifənin  çərçivəyə  alınması  və  mətn  hissəsinin  fonunu  rənglənməsi 

məqsədilə  «Границы и заливки» əmrindən istifadə olunur. Bu əmr verildikdən sonra açılan pəncərənin 

imkanları ilə qoyulacaq çərçivənin forması. Çərçivə xətlərini tipi, qalınlığı, rəngi və s. müəyyənləşdirilir. 

Fon rəngi də həm rəng. həm də naxışlar baxımından müxtəlif cür seçilə bilər. 

«Формат» menyusunun «Колонки» əmri vasitəsilə sənədin yerləşdiyi səhifələr sütunlara bölünə 

bilər. Əmr verildikdən sonra açılan pəncərədəki parametrlərin verilməsindən asılı olaraq sütunların sayı, 

onların eni, aralarındakı məsafə, sütunlaşmanın sənədin aid olduğu hissə müəyyənləşdirilə bilər. 

Bu menyunun «Табуляция» əmri kursorun klaviaturanın Tab düyməsi vasiitəsilə hərəkətini və hər 

hərəkət  sıçrayışının  məsafəsini,  tabulyasiya  məsafəsinin  düzləndirilmə  tərəfini  və  məsafənin 

doldurulacağı işarənimüəyyənləşdirə bilər. 

«Формат» menyusunun  «Буквица»  əmri seçilmiş hərf və  ya hərlərin xüsusi obyekt  kimi  forma 

almasına,  ölçülərini  dəyişdirilməsi  və  əısas  mətndən  məsafənin  müəyyənləşdirilməsinə  imkan  verir. 

Menyunun «Направление текста» əmri vasitəsilə bu cür formaya salınmış hərf və ya hərflərin, eləcə də 

cədvəl xanalarındakı sözlərin yazılış istiqamətlərini müəyyənləşdirir. 

Menyunun «Регистр» əmri seçilmiş mətn hissəsinin cümlədəki kimi, kiçik hərflərlə, baş hərflərlə, 

hər  bir  sözün  baş  hərflə  başalması  ilə,  sözlərin  ilk  hərflərinin  kiçik,  qalanların  baş  hərflərlə  yazılması 

rejimlərinin verilməsini təmin edir. 

«Формат»  menyusunun  «Фон»  əmri  vasitəsilə  sənəd  yerləşən  sənifənin  bütövlükdə  fonunun 

tərtibatı həyata keçirilir. Belə ki əmr verildikdən sonra açılan yeni pəncərədə verilən istənilən rənglə fonu 

rəngləmək olar. Eyni zamanda açılan pəncərədəki «Способы заливки» rejiminin seçilməsi ilə fon yalnız 

bir  rənglə  deyil  şəkillə,  müxtəlif  rənglərin  qarışığı  ilə,  əvvəlcədən  hazırlanmış  xüsusi  tərtibatlı  təsvirlə 

doldurula bilər. Burada verilən «Подложка» rejimi isə səhifə fonuna müxtəlif şəkil və yazıların dioqonal, 

üfiqi və ya digər formalarda solğun rəngdə fon şəkili kimi verilməsinə imkan yaradır. 

Bu  menyunun  digər  əmrləri  ilə  redaktorun  mövcud  standart  mövzulara  («Тема»)  uyğun  format 

tərtibatının  istifadəsinə,  sənəd  olan  pəncərədə  müxtəlif  tərəflərdə  yerləşən  cərcivələrdə  («Рамки»)  eyni 

sənədin müxtəlif variantlarını  görməklə işləmə imkanlarını, mövcud formatlaşma parametrlərinin tətbiqi 

imkanlarını («Автоформат») , yazılış və tərtibat üçün yeni formatlaşma stillərini yaradılmasını («Стили 

и  форматирование»),  tərtib  edilmiş  sənədin  və  ya  sənəd  hissəsinin  formatlaşma  parametrlərinin 

araşdırılmasını  («Показать  форматирование»)  da  həyata  keçirə  bilər.  Eyni  zamanda  menyunun 

«Объект» əmri vasitəsilə seçilmiş sənəd obyektini də əmrin verilməsi ilə ekranda görünən xüsusi alətlər 

panelinin alətlərinin köməyi ilə formatlaşdırmaq olar. 

MS Word mətn redaktorunda sadə düsturların yazılmasını adi hərflər və «Формат» menyusunun 

«Шрифты»  əmrinin  açılan  pəncərəsindəki  «Видоизменеия»  effeklərindən  olan  sətirüstü  və  sətiraltı 

rejimləri  vasitəsilə  yazmaq  olar.  Lakin  ümumiyyətlə,  düsturların  yazılması  üçün  xüsusi  redaktorun 

imkanlarından  istifadə  edilir.  Bu  məqsədlə  «Вставка»  menyusunun  «Объект»  əmrindən  istifadə  edilir. 

Əmr  verildikdən  sonra  açılan  pəncərədən  «Тип  объекта»  oblastından  Microsoft  Equation  redaktoru 

seçilir. Seçmədən sonra adətən ekranda xüsusi sahə, yəni düsturun yerləşəcəyi sahə və əmrin verilməsi ilə 

bərabər  ekrana  xüsusi,  bu  redaktora  aid  alətlər  paneli  verilir.  Panel  alətlərinin  hər  birinin  seçilməsi,  hər 

hansı  yazılışa  uyğun  müxtəlif  variantları  təklif  edir.  Yazılacaq  düstura  uyğun  olaraq  yazılışda  istifadə 

ediləcək yunan hərfləri, müxtəlif şəkilli indekslər və üstlər, münasibət işarələri, məntiqi işarələr, cəmlərin 

və  hasillərin  müxtəlif  variantları,  müəyyən,  qeyri-müəyyən  və  əyrixətli  inteqrallar,  matrislər  və 

ardıcıllıqların  yazılışı,  kəsrlər  və  s.  seçilə  bilər.  Qeyd  edək  ki,  düstur  yazılışı  rejimində  adətən  probel 

işarəsini ekrana vermək olmur. Açılan pəncərənin menyuları redaktorun işini tənzimləməyə imkan verir. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə