Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 8.5. İstehsalçıların artıqlığı



Yüklə 1,15 Mb.
səhifə31/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 8.5. İstehsalçıların artıqlığı

Təklif əyrisi hər buraxılış vahidinin son məsrəflərini göstərir. Bu istehsalçıların məhsul vahidini satmağa hazır olduqları minimal qiymətdir. Əgər faktiki qiymət P0-a bərabər olarsa, onda istehsalçıların artıqlığı ştrixlənmiş sahələrin ölçüsünə bərabər olacaqdır.

İstehsalçıların artıqlığının ölçüsünün təyini prosedurası istehlakçılar artıqlığına tamamilə uyğundur. İstehsalçılar birinci məhsul vahidini MC1-lə satmağa hazırdılar, lakin daha yüksək P0 qiymətilə sataraq, A sahəsi qədər artıqlıq əldə edirlər. Lakin əmtəə vahidi MC2 ilə istehsal edilir, P0 qiymətilə satıldıqda B sahəsi ölçüsündə artıqlıq alınır və i.a.

Əgər firma və ya sahə Q0 həcmində məhsul istehsal etsə, ümumi artıqlığın ölçüsü MC əyrisindən yuxarı və verilmiş qiymət xəttindən aşağı yerləşən ştrixlənmiş sahənin ölçüsünə bərabər olacaqdır.

İstehsalçıların artıqlığı qiymətin istehsalın son məsrəflərdən artımının ümumi ölçüsünə bərabərdir.

İstehlakçılar və istehsalçıların artıqlığını təyin etdikdən sonra mükəmməl rəqabətli bazarda müvazinətlik vəziyyətində onların məbləğlərinin maksimal olduğunu göstərək. Bu məqsədlə şəkil 8.4 və 8.5-in nəticələrini birlikdə 8.6. şəkilində verək.



Şəkil 8.6. İstehsalçı və istehlakçıların artıqlığı və səmərəli istehsal


Şəkil 8.6.-dan aydın görünür ki, buraxılışın Q1-dən Q2-dək artması nəticəsində ictimai faydalılıq yüksəkdir (A sahəsi). Deməli, bu halda faydalılığın xalis artımı nəzərə çarpır. Q1 buraxılış həcmində istehlakçının son faydalılığı son məsrəflərdən yüksək olduğu üçün, buraxılışın Q2-dək artması rifahı yüksəldir. Ona görə də buraxılış Q2-dək artırmalıdır.

Lakin Q2-də son faydalılıq son məsrəflərdən yüksək olduğuna görə buraxılışı yenə də genişləndirmək lazımdır. Faktiki olaraq buraxılış Q0 nöqtəsinədək artırılmalıdır, çünki Q2-dən Q0-dək artma məcmu artıqlığı B sahəsinin ölçüsü qədər yüksəldəcəkdir. Əgər buraxılış Q0-dan sonra artarsa, onda məcmu artıqlıq azalacaq, çünki istehlakçılar əlavə buraxılış vahidini son məsrəflərdən aşağı qiymətləndirirlər.

Beləliklə, Q0 nöqtəsində istehlakçı və istehsalçıların artıqlığı maksimallaşır.

İstehlakçılar və istehsalçıların artıqlığını təhlili nə üçün mükəmməl rəqabətli müvazinətliyin səmərəli olmasını əks etdirir. Ondan istənilən kənarlaşma həm istehlakçıların, həm də istehsalçıların vəziyyətini pisləşdirir. Əgər buraxılışın həcmi rəqabətli müvazinətli səviyyədən aşağıdırsa, əmtəə kifayət dərəcədə istehsal edilmir. Deməli, əmtəələrin çox istehsal olunması istehsalçılar və istehlakçılar üçün xalis qazanc təşkil edəcəkdir. Əgər buraxılış həcmi müvazinətli səviyyədən yuxarıdırsa, buraxılışın ixtisarı istehlakçılar və istehsalçıların artıqlığının məbləğini artıraraq, bütövlükdə cəmiyyət üçün xalis qazancı şərtləndirəcəkdir.

Qeyd etmək lazımdır ki, yalnız mükəmməl rəqabət şəraitində mənfəətlərini maksimallaşdıran firmalar və istehlakçılar müvazinətin yaranması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Müvazinət şəraitində son fayda son məsrəflərə bərabər olur, istehlakçılar və istehsalçıların artıqlıqların məbləği maksimallaşır. Lakin inhisar və digər qeyri-mükəmməl rəqabətlərdə istehlakçılar tərəfindən təyin edilən nemətlərin faydalılığı, onların istehsalının son məsrəflərindən yüksək olduğuna görə təklifin ölçüsü məhduddur.

İstehlakçılar və istehsalçıların artıqlığının məbləği yalnız rəqabətli buraxılış həcmində maksimallaşdığına görə, inhisarda buraxılışın məhdudlaşdırılması nəticəsində alınan mənfəətin artımının ölçüsü istehlakçılar artıqlığının azalmasına nisbətən kiçik olur.

8.4 Bütövlükdə iqtisadiyyat miqyasında rəqabət və Paretoya görə səmərəlilik
İndiyədək ayrı-ayrı rəqabətli bazarlarda müvazinətlik məsələləri ilə tanış olduq. Burada isə bütövlükdə mükəmməl rəqabətli iqtisadiyyatda istehlak davranışı, rəqabətli təkliflər və nəhayət bazarları nəzərdən keçirək.

İlk növbədə istehlak davranışı və həmin sferada səmərəliliyi araşdıraq. “İstehlak davranışı və bazar tələbi” fəslində qeyd etdik ki, öz büdcəsini optimal bölüşdürən istehlakçı, istənilən iki nemətin son faydalarının nisbətlərini onların qiymətlərinin nisbətlərinə bərabərləşdirir.





Deməli, (8.2) bərabərliyində son faydalıqların nisbətləri, nemətlərin bir-birini son əvəzetmə normalarının nisbətlərinə bərabərdir.

Son əvəzetmə norması (MRSxy) istehlakçı bir vahid X nemətindən imtina etdikdə neçə əlavə Y nemətini və ya əksinə necə Y nemətindən imtina etməklə bir vahid X nemətini əldə edəcəyini müəyyən etməyə imkan verir.

Məsələn MUx /MUy 5-ə bərabər, MUx =25, MUy isə 5 olduqda, 1 ədəd X nemətindən imtina etdikdə, həmin faydalılığı bərpa etmək üçün 5 əlavə Y nemətini əldə etməlidir. Deməli, bu halda son əvəzetmə norması 5-ə bərabərdir (25/5).

Son faydalıqların nisbətləri qiymətlərin nisbətlərinə bərabər olduğuna görə

Deməli, iqtisadiyyatda hər bir istehlakçı nemətlərin son əvəzetmə normasını onların qiymətlərinin nisbətlərinə bərabərləşdirir. İstehlakçılar qiymətlərin həmin nisbətləri ilə qarşılaşdıqları üçün X nemətinin Y neməti ilə son əvəzetmə norması onların hamısında eyni olacaqdır.

Beləliklə, birinin vəziyyətini pisləşdirmədən digərinin vəziyyətini yaxşılaşdıran X Y nemətlərinin istehlakçılar arasında yenidən bölüşdürülməsi üsulu mövcud deyildir.

Hər hansı nemətin ümumi istehlak həcminin istehlakçılar arasında bölüşdürülməsində birinin vəziyyətinin yaxşılaşdırılması, o birisində itkilərə səbəb olmursa, istehlak sferasında resursların bölüşdürülməsi səmərəlidir. Mükəmməl rəqabətli iqtisadiyyatda bütün istehlakçılar üçün istənilən nemətlər cütlüyünün MRS-ləri bərabərdirsə, onda belə iqtisadiyyatda müvazinətlik istehlaka görə səmərəlidir.

Bu o deməkdir ki, qiymətlər sistemi resursları səmərəli bölüşdürür.

“Mükəmməl rəqabətli sahədə təklif əyriləri” fəslində qeyd etdi ki, hər bir firma son məsrəflərin (MC) qiymətlərə (P) bərabər olduğu halda məhsul buraxılışı həcmini seçir.

Deməli, rəqabət şəraitində bütün firmalar üçün:



MCx = Px MCy = Py (8.4)

Bütün firmalarda X nemətinin istehsalının son məsrəfləri eyni olduğuna görə sahədə istehsal məsrəflərini azaltmaq məqsədilə ümumi istehsal həcminin yenidən bölüşdürülməsi üsulu mövcud deyildir. Əgər bütün firmalarda MC bərabər deyildirsə, onda sahə üzrə məcmu məsrəfləri: MC kiçik olan firmalarda məhsul buraxılışını artırmaq, MC yüksək olanlarda isə buraxılışı azaltmaqla yolu ilə ixtisar etmək olar. Lakin bütün firmalarda son məsrəflər bərabərdirsə, məsrəfləri azaldan yenidən bölüşdürmə üsulu mövcud deyildir və biz istehsal sferasında səmərəliliyə malik oluruq.



Əgər sahə üzrə ümumi məsrəfləri azaltmaq məqsədilə istənilən nemətin ümumi istehsal həcmini firmalar arasında venidən bölüşdürmək mümkün deyilsə, resursların bölüşdürülməsi istehsal sferası üzrə səmərəlidir. Mükəmməl rəqabətli iqtisadiyyatda istənilən nemətin istehsalının son məsrəfləri bütün istehsalçılarda bərabərdirsə, belə iqtisadiyyatda müvazinətlik istehsal üzrə səmərəlidir.

Deməli, X nemətlərdən çox istehsal etmək üçün y nemətinin istehsalından əmək, kapital və digər resurslar çıxarılmalıdır.

İstehsalın son məsrəfləri üzrə digər mülahizə əlavə X nemətin vahidini istehsal etmək üçün neçə Y nemətinin ixtisarının lazım olduğunun təyinidir. Bu isə son transformasiya norması vasitəsilə mümkündür.

Son transformasiya norması (MRTxy)X nemətinin buraxılış həcminin ixtisarı ilə Y nemətinin istehsalının artımı və ya bir vahid X nemətinin buraxılışının artımına Y nemətinin istehsalının lazım olan ixtisarının əks etdirir.

Onda son transformasiya norması:



Deməli, X nemətinin Y nemətinə son transformasiya norması X nemətinin buraxılışının artırılmasının alternativ məsrəflərini əks etdirir.

(8.4) və (8.5) bərabərliklərini birləşdirərək (8.6) alırıq:

Başqa sözlə, rəqabət şəraitində X nemətin Y nemətinə son transformasiya norması onların qiymətlərinin nisbətinə bərabərdir.

Beləliklə, rəqabətli müvazinətlik şəraitində resursların bölüşdürülməsi həm istehsal, həm də istehlak sferasında əlverişlidir, çünki bütün istehlakçılar və istehsalçılar qiymətlərin eyni nisbətləri ilə qarşılaşırlar.

Nəzərdən keçirdiyimiz iki bloku birləşdirərək, mükəmməl rəqabətə aid olan əsaslı nəticələr əldə edirik.



Mükəmməl rəqabət şəraitində istehsal sferasında istənilən X nemətin digər Y nemətinə son transformasiya norması hər bir istehlakda X nemətinin istənilən Y nemətinə son əvəzetmə normasına bərabərdir.

Bu nəticə o deməkdir ki, istehsal olunan nemətlərin uyğunluğunu dəyişmək hesabına istehlakçıların vəziyyətinin yaxşılaşdırılması üsulu mövcud deyildir. Beləliklə, rəqabətli iqtisadiyyatda qiymətlər sistemi resursları səmərəli bölüşdürür.

Bunun düzgünlüyünü sübut etmək məqsədilə X nemətinin Y nemətinə son transformasiya normasının müvafiq son əvəzetmə normasına bərabər olmadığını fərz edək. MTRxy = 3 olduqda bir ədəd X neməti istehsal etmək üçün Y nemətinin istehsalının 3 ədəd ixtisar etmək lazımdır. Tutaq ki, son əvəzetmə normaları 4-ə bərabərdir. Deməli, istehlakçılar əlavə X nemətinin faydalılığını Y nemətindən 4 dəfə yüksək qiymətləndirirlər. Bəs bu halda resursların bölüşdürülməsi necə dəyişməlidir? Əgər cəmiyyət X nemətini bir ədəd çox və Y nemətini 3 ədəd az istehsal edərsə, istehlakçılar üçün yaxşı olacaqdır. Əgər X nemətinin Y nemətinə son transformasiya norması müvafiq olaraq son əvəzetmə normasından yüksəkdirsə, onda istehlakçılar öz vəziyyətlərini y nemətinin istehsalmı artırmaqla yaxşılaşdıra bilərlər.

Beləliklə, mükəmməl rəqabətli iqtisadiyyatın mübadilə sferasında səmərəli olduğunu müəyyən etdik.



Əgər heç olmazsa, bir istehlakçının vəziyyətini yaxşılaşdıraraq, digərinin vəziyyətini pisləşdirmədən istehsal olunan əmtəə və xidmətlərin ümumi həcmini dəyişmək mümkün deyilsə, mübadilə sferasında resursların bölüşdürülməsi səmərəlidir.

Mükəmməl rəqabətli iqtisadiyyatda bütün istehlakçılar üçün son əvəzetmə norması müvafiq son transformasiya normasına bərabər olduğuna görə, belə iqtisadiyyatda müvazinətlik mübadilə üzrə səmərəlidir.

Beləliklə, mükəmməl rəqabətli iqtisadiyyatda müvazinətlik Paretoya görə resursların optimal bölüşdürülməsini nümayiş etdirir.



Mükəmməl rəqabətli iqtisadiyyatda bütün nemətlər səmərəli istehsal olunur (istehsal səmərəliliyi) və istehlakçılar arasında səmərəli bölüşdürülür (istehlak səmərəliliyi). Bundan əlavə, istehlakçıların vəziyyətinin yaxşılaşdırılması üçün istehsal olunan nemətlərin uyğunluğu dəyişdirilə bilməz (mübadilə səmərəliliyi). Deməli, rəqabətli iqtisadiyyatın doğurduğu resursların bölüşdürülməsi Paretoya görə səmərəlidir.

Əsas anlayışlar.

Faydalılıq sərhəddi

Paretoya görə səmərəlilik

İstehlakçılar artıqlığı İstehsalçılar artıqlığı



Son əvəzetmə norması

Son transformasiya norması

İstehlak üzrə səmərəlilik

İstehsal üzrə səmərəlilik

Mübadilə üzrə səmərəlilik

Özünü yoxlama sualları

Nail olunan faydalılıq sərhəddi və Paretoya görə səmərəlilik.

İstehlakçılar və istehsalçılar artıqlığı və onların təyini

Son əvəzetmə, son transformasiya normaları.

İstehlak, istehsal və mübadilə üzrə səmərəlilik.
Mövzu 9. Qeyri - mükəmməl rəqabətli bazarlar


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə