Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir



Yüklə 302,66 Kb.
səhifə18/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   14   15   16   17   18   19   20   21   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

6.Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir.Təlim interaktiv bir prosesdir və şagirdlər öyrənmək üçün qarşılıqlı fəaliyyətdə olmağa ehtiyac duyurlar. Birlikdə öyrənən şagirdlər aşağıdakı məsələlərlə bağlı faydalanırlar:

    • Məsələ ilə bağlı fərqli düşünmə yollarının mövcud olduğunu aşkar etmək;

    • Mürəkkəb tapşırıqları yerinə yetirən zaman yoldaşından dəstək almaq;

    • Digərlərini hörmət və diqqətlə dinləyərək, fikirlərini formalaşdırmağı öyrənmək;

    • Fayda verməyi, eləcə də faydalanmağı öyrənmək;

    • Öz fikirlərini sübutlarla təsdiq etməyi və həm də əsaslandırılmış fikirlərlə razılaşmağı öyrədir.

Strategiya ilə oxu da fərdi və qruplarda həyata keçirilir, dərk etmək üçün müzakirə və fikir mübadiləsi aparılır.
Şagirdlər fəal oxucuya çevrilməsi cox əhəmiyyətlidir.Buna aşagıdakı üsullarla nail olmaq mümkündür.
Cütlərlə oxu-şagirdlərin biri ucadan oxuyur,digəri diqqətlə dinləyir və oxunun materialı ümumiləşdirir.Oxu bitəndən sonra cütlər vəzifələrini dəyişirlər.
Mövzu üzrə sohbət-birlikdə oxunmuş matreal üzrə sohbət müzakirə və fikir mübadiləsi edən zaman başqa fikirləri öz fikirləri ilə müqayisə edib ,oxşar və fərqli müəyyən cəhətləri müəyyən edir,bu prosesdə problemlərin dərinliklərini dərk edirlər.
Cütlərlə oxu
1.Oxudan əvvəl-şagirdlərin hər ikisi mövzu üzrə oxudan əvvəl fəaliyyəti yerinə yetirirlər.Oxudan əvvəl mətnin başlığı ,verilmiş şəkil,qrafik və s. üzərində düşünür. Mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq mətindəki birinci və sonuncu cümləni və ya abzası oxuyur,mətni oxuyarkən cavab tapmaq istədiyi sualları tərtib edir.
2.Yoldaşı oxuyan zaman “oxu zamanı fəaliyyətini ”yerinə yetirir;Oxudan əvvəl hazırladığı suallara oxu zamanı cavab tapır,qarşılaşdığı yeni sözlərin mənalarını aydınlaşdırmaq üçün qeyd edir.
3.Oxu fəaliyyəti-yoldaşı tərəfindən təkrarlanan zaman ikinci tərəf də“oxu zamanı fəaliyyətini ”yerinə yetirir.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə