131
Fransız tədqiqatçıları olan D.Berto və İ.Berto vyam yeni
instrumentari olaraq biblioqrafik metoddan ―Ailə tarixi‖
metodu kimi
istifadı etməyi təklif edirdi. Ailə tarixinin öyrənilməsi insanın həyat
qüvvəsinin reallaşmasına təsir edən daxili faktorları
anlamağa imkan
verir. ―Ailə tarixi‖ metodu sosiallaşma prosesinin istənilən
komponentinin translyasiyası mexanizmlərini ayırmağa kömək edir.
Təşkilati metodlar – sosial iş sahəsində təşkilat tapşırıqların
həlli
üçün istifadə olunan fəaliyyət, üsul və vasitələrin istifadəsi baxımından
tətbiq edilir və aşağıdakı bölmələrə ayrılır:
Təşkilati
nizam
Təşkilati koordinasiya
Təşkilati
təlimat
Təşkilati-texniki
Onlar son nəticədə sosial xidmətin, sosial müdafiə orqanlarının,
idarəetmənin müxtəlif səviyyələrinin məsuliyyətini, vəzifə səlahiyyətini,
hüquqlarını möhkəmləndirir.
Pedaqoji metodlar – sosiallaşma prosesində insana ayrıca
bir fərd
və sosium üzvü kimi sosial yardım göstərilməsinə istiqamətlənib. Bu
metodlar əsasən üç qrupa bölünür:
1.
Şəxsiyyətin şüurunun formalaşması metodları (anlayışlar,
mühakimə, inam, qiymət);
2.
İdraki və praktik fəaaliyyətin, davranışın təşkilati metodları
(tapşırıq, məşğələ, xüsusi tərbiyəvi şərait yaratmaq);
3.
Fərdin davranış və fəaliyyətinin stimullaşdırılması
metodu
(qiymət, mükafat, tənqid).
Dostları ilə paylaş: