Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

140 
 
ə
traf mühitin monitorinqindən, əhalinin ekoloji cəhətdən maarifləndirilməsindən, 
ekoturizmin inkişafını təmin etməkdən ibarətdir. Milli Parkın fauna aləmi zəngin 
olmaqla  200  növdən  çox  köçəri  quşlar,  məməlilərdən  canavar,  çaqqal,  çöl 
donuzu,  tülkü,  qamışlıq  pişiyi  məskunlaşmışdır.  Milli  Parkın  ərazisində  10-dan 
çox ekoloji post, 30-a yaxın müşahidə məntəqəsi mövcuddur. Milli Parkda turizm 
infrastrukturu yaradılmamış, ekoloji turlarda hələ ki istifadə olunmur.  
Ağgöl  Milli  parkı  ekoturizmdə  istifadə  üçün  geniş  potensiala 
malikdir.Burada  turizm  informasiya  mərkəzinin  yaradılması,  kiçik  qayıqlardan 
istifadə  etməklə  ekskursiyaların  təşkili  mümkündür.Bununla  yanaşı  Milli  parkın 
ə
razisində  turistlərin  istifadəsi  üçün  müşahidə  məntəqələrinin  olması,  yerli  və 
ə
sas turist marşrutlarında istifadə olunması məqsədəuyğun olardı. 
3. Akademik H.Ə.Əliyev adına Ordubad Milli Parkı. Milli Park 2003-cü ildə 
Ordubad  yasaqlığının  bazasında  yaradılmışdır.  Milli  parkın  sahəsi  12,1  min  ha 
olub,  Zəngəzur  dağlarının  cənub-qərbində  1000-3906  m  hündürlüyə  qədər  olan 
ə
raziləri  əhatə  edir.  Bitki  örtüyü  dağ-kserofitləri,  dağ  quru  çölləri,  alp,  subalp 
bitkilərindən ibarətdir. 
Ordubad  Milli  Parkının  yaradılmasının  məqsədi  ərazidə  ayrı-ayrı  təbii 
komponentlərin  mühafizəsi,  endemik  fauna  və  floranın qorunub saxlanılması və 
turizm üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.Milli parkın ərazisinin çox 
hissəsi  dağlıq olmaqla  soyuq iqlim  hakimdir.Milli  parkın  ərazisində  217  növ  və 
yarımnöv  quş,  32  növ  və  yarımnöv  məməlilər,  12  növ  sürünənlərə  rast  gəlinir. 
Heyvan növlərinin çox hissəsi Azərbaycanın “Qırmızı Kitabı” na daxil olmuşdur. 
Milli  parkın  ərazisində  ölkəmizdə  nəsli  kəsilməkdə  olan  bəbir,  manul  pişiyi, 
Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon), zolaqlı kaftar və s. yayılmışdır.Milli 
parkın  ərazisindən  axan  Gilançay,  Düylünçay,  Vənəndçay,  Əylisçay, 
Ordubadçay,  Kotamçay,  Kititçaylarda  dağ  şəlalələrinə,  həmçinin  16  növ  balığa 
rast gəlinir.Bunlardan ən məşhur olanı “Qızılxallı” balıq Milli parkın çaylarında 
daha çox yayılıb. 


141 
 
Ordubad  Milli  Parkı  təbii  zənginliyi  ilə  yanaşı,  tarixi-mədəni  abidələr  də 
yayılıb. Burada tunc dövrünə aid daş qoç heykəlləri, eramızdan əvvəl II-I əsrlərdə 
mövcud  olmuş  qədim  insan  məskənlərinin  qalıqları,  qədim  Gilan  şəhərinin 
xarabalıqları,  Gəmiqaya  dağında  çoxlu  qayaüstü  petroqlitləri  və  s.  qeyd  etmək 
olar. 
Ordubad Milli parkının ərazisindən ekoturizmdə istifadə üçün əlverişli təbii 
və tarixi-mədəniyyət abidələri olduğuna görə digər ərazilərdən seçilir.Milli parkın 
ə
razisində  turistlərin  istifadəsi  üçün  cığırlar  müəyyən  olunmuş  və  müşahidə 
məntəqələri yaradılmışdır.Milli parkda turizm infrastrukturunun yaradılması üçün 
informasiya  mərkəzinin  olması,  buraya  gələn  turistlər  üçün  dağlarda  çadırların 
qurulmasında  xüsusi yerlərin  ayrılması  mümkündür.Milli  parkın  ərazisində  dağ-
idman turizminin, həmçinin fotoofçuluğun təşkili əhəmiyyətli olardı.Milli parkın 
ə
razisindən  Naxçıvanda  mövcud  olan  turist  marşrutlarında  və  yerli  ekoturizm 
məqsədli ekskursiyalarda istifadə olunur. 
4.  Hirkan  Milli  Parkı.  Hirkan  dövlət  qoruğunun  bazasında  2004-cü  ildə 
yaradılmışdır.  Milli  parkın  ərazisi  21,4  min  ha  olmaqla  Xəzər  dənizinin 
yaxınlığından  22  m-dən  başlayaraq  980  m-ə  qədər  yüksələrək  Talış  dağlarının 
unikal təbii komplekslərini əhatə edir. Hirkan Milli parkının yaradılmasında əsas 
məqsəd üçüncü dövr relikt və endemik bitkilərinin mühafizəsi “Qırmızı Kitab” a 
daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin 
monitorinqinin həyata keçirilməsi, həmçinin ekoturizm-istirahətin təşkilinə şərait 
yaratmaqdan  ibarətdir.Milli  parkın  93%-ni  meşələr  təşkil  edir.Meşələrin  aşağı 
sərhədində  şabalıdyarpaq  palıd,  dəmirağacı,  vələs,  ipək  aksiyası,  hirkan  ənciri, 
Qafqaz xurması, azat, şümşad, yuxarı qalxdıqca (1000-1500 m) fıstıq meşələri ilə 
ə
vəz  olunur.  Bununla  yanaşı  Milli  parkın  meşələrində  müxtəlif  lianalar,  pirkal, 
yalanqoz, hicəvər və s. rast gəlinir. 
Milli parkda endemik flora növləri ilə yanaşı, özünəməxsus fauna növləri də 
yayılıb.  Burada  Azərbaycanın  “Qırmızı  Kitabın”ına  düşən  bəbir,  xallı  maral, 


142 
 
vaşaq,  çöl  donuzu,  cüyür,  yenot,  qara  leylək,  müxtəlif  qartal  növləri,  toğlu 
götürən və s. qeyd etmək olar.  
Hirkan Milli Parkı öz nadir təbiət abidələri ilə də məşhurdur.Burada 100-dən 
çox təbiət və mədəniyyət abidələri vardır.Ən məşhur təbii meşə abidələrindən biri 
Astara  rayonunun  Züngüləş  kəndi  yaxınlığında  yerləşən  təbii  meşəlikdir.Milli 
parkda olan müxtəlif təbii və süni göllər, kiçik şəlalələr, termal su mənbələri də 
turizm əhəmiyyətli təbiət abidələrindəndir. 
Hirkan Milli parkında turizm infrastrukturu qismən yaradılmışdır.Son illərə 
qədər 
qoruq 
olduğuna 
görə 
bütün 
təsərrüfat 
fəaliyyəti 
qadağan 
olunmuşdur.Hazırda  Milli  parkda  turizm  fəaliyyətinin  aparılması  üçün 
infrastruktur  yaradılmasına  başlanılmışdır.Belə  ki,  Milli  parkın  ərazisində 
ekoturizm  üzrə  informasiya  mərkəzinin  yaradılması,  turist  cığırlarının  müəyyən 
olunması,  Milli  park  haqqında  bukletlərin  buraxılması  planlaşdırılır.Milli  parka 
gedən  yolun  bərpası  və  onun  ətrafında  olan  iaşə  obyektlərinin  tədricən  ləğv 
olunması turistlərin cəlb olunmasında, ekoloji mühitin qorunmasında mühüm rolu 
vardır. 
5. Altıağac Milli Parkı. Milli Park eyni adlı qoruğun bazasında 2004-cü ildə 
yaradılmışdır.Milli  Parkın  sahəsi  keçmiş  eyni  adlı  qoruğun  sahəsindən  iki  dəfə 
çoxaldılaraq  11000  ha-a  çatdırılmışdır.Milli  Parkın  yaradılmasında  əsas  məqsəd 
Böyük  Qafqazın  cənub-şərq  yamaclarının  təbii  landşaftlarının,  flora  və  fauna 
növlərinin qorunub saxlanılması, bərpası, ekoloji monitorinqin həyata keçirilməsi, 
rekreasiya  məqsədilə  istifadədədir.Milli  Parkın  90%-i  meşələrlə  örtülüdür  ki, 
bunun  da  əsas  hissəsi  palıd,  vələs,  şərq  fıstığı,  itiyarpaqlı  ağcaqayın,  iberiya 
palıdın,  həmçinin  dərman  bitkilərindən  ibarətdir.Milli  Parkın  ərazisində  cüyür, 
qonur  ayı,  çöl  donuzu,  vaşaq,  yenot,  dovşan,  tülkü,  dələ,  canavar,  qartal, 
qaratoyuq və s. yayılıb. 
Milli Parkın Bakı şəhərinə yaxınlığı (120 km), burada ekoturizm məqsədilə 
kütləvi  turizmdə  istifadə  etmək  mümkündür.Altıağac  Milli  Parkı  Azərbaycanın 
ş
imal turist marşrutunda yerləşdiyinə görə, həmçinin Şahdağ Milli Parkı ilə qonşu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə