Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

146 
 
Milli  Parkda  təbii  zənginliyi  qorumaq  üçün  Ekologiya  və  Təbii  sərvətlər 
Nazirliyi  tərəfindən  proqram  işlənib  hazırlanmışdır.  Bu  proqramda  Milli  Prakın 
ekosistemi qorumaqla yanaşı onun yaxınlığında Avropa modelinə uyğun istirahət 
komplekslərinin  yaradılması  planlaşdırılır.  Burada  əhalinin  istirahəti  üçün  yeni 
turist  bazalarının,  istirahət  mərkəzinin  yaradılması  ilə  yanaşı,  ekoloji  turların 
təşkili  üçün  cığırların  müəyyənləşdirilməsi,  Milli  Parkın  xəritə-sxeminin 
çəkilməsi və s. nəzərdə tutulub. 
2.
Ölkədə  təbiət  abidələrinin  yayılması,  ərazinin  coğrafi    şəraitindən    asılı 
olaraq  dəyişir.  Ən  çox  təbiət  abidələri  dağlıq  və  dağətəyi      bölgələrdə      yayılıb   
ki,  onların  da  əksəriyyəti  əsas  və    əlavə    turist    marşrutlarında  istifadə    olunur. 
Təbiət abidələrinin turizm baxımından istifadəyə görə 3 qrupa bölünür: 
1.  Turizm  və  istirahətin    təşkili    üçün    əlverişli      olan      ekzotik      landşaft 
abidələri; 
2. Müəyyən  turist   marşrutlarında  istifadə  olunan  təbiət     abidələri; 
3. Turizm     fəaliyyəti  ilə     birbaşa     bağlı    olan     təbiət   abidələri. 
Ölkəmizdə    təbiət   abidələri   geoloji,    geomorfoloji,   hidroloji,  flora   və 
faunastik  növlərə  bölünür.  Azərbaycanda    geoloji,      geomorfoloji        abidələr 
Abşeron, Quba, Qazax, Tovuz, Qobustan, Sədərək rayonlarında yayılıb. 
             1.  Abşeronda  geoloji  abidələrə  palçıq  vulkanları,  Binəqədidəki    Bitium 
gölü, dəniz sahillərində  olan  qayalıqlar,  Məhəmmədli  və  Digah    kəndlərində   
qazın    alovlandığı  ərazilər  aid  edilir.  Abşeronda    qeyd    olunan      təbiət 
abidələrindən  yerli turist marşrutlarında istifadə olunur.   
Naxçıvandakı      geomorfoloji      abidələrə    Nəhəcər,      Əlincə,      İlanlıdağ, 
həmçinin    Ordubad   rayonunda    kvars   çöküntülərindən   ibarət ,   müxtəlif 
rənglərdə dağ yamaclarını   qeyd    etmək   olar.    Geomorfoloji   abidələrdən  
Naxçıvandakı   Sarıdağ,  Dəlidağ,  Dəhnədağ   qədim    çöküntü    süxurlarının 
yayılması   ekzotik  landşaft   xüsusiyyətlərinə  görə  seçilir.   Həmçinin Qazax, 
Tovuz  rayonunda,  Göyəzən,  Avey  dağı  ekzotik  təbiət  abidələrindəndir.  Xınalıq 
kəndi və Qızılqaya yaylasında  20 – dən çox geoloji abidələr vardır.    


147 
 
Hidroloji  və  faunastik  abidələr.  Belə  landşaft      nümunələri      daha      çox 
Böyük    Qafqazda,    Naxçıvan     və    Gəncə  -  Qazaxda    yayılıb.   Hidroloji 
abidələrdən Böyük Qafqazın  şimal – şərq   və   cənubunda   olan   dərin   çay 
dərələrini  və  şəlalələri  qeyd  etmək  olar  ki,  bunlardan  daha  çoxu  Şəki,    Qəbələ, 
Zaqatala,  Quba  və  Şamaxı   rayonlarında   yayılıb.   Ölkədə    mövcud   olan 
şə
lalələrin böyük hissəsi  Böyük Qafqazın çaylarının payına  düşür ki, bunların da 
çoxu  əsas  turist  marşrutlarına  salınır.  Afurca,  Mucuq,  Həmzəli,  İlisu,  Katex, 
Sarıgüney və s. hidroloji abidələrin turizm əhəmiyyəti vardır.   
Ölkədə  fauna abidələri  əsasən dağlıq   ərazilərdə  Böyük   Qafqaz,      Kiçik  
Qafqazın  meşələrində  yayılıb.  Flora   abidələri  ən  çox   Lənkəran bölgəsində 
yayılıb.    Burada  endemik  və    relikt  bitkilər    ölkədə    yayılan    eyni  əhəmiyyətli   
abidələrin    2/3  –  dən    çoxunu      təşkil      edir.      Bununla      yanaşı        Sultanbud   
meşələri, Göygöldə yayılan  qarmaqvari  şam,   şabalıdyarpaq     palıd meşələri də 
flora abidələrindən sayılır. 
Ölkədə    nadir    landşaft  abidələrinin  daha  çox    cəmləndiyi      ərazilərə 
Abşeron,    Çuxuryurd,    İsmayıllı  rayonlarını,  Kəpəz  dağı,  Quba  rayonundakı 
Qaytarqoca    silsiləsi,  Təngaltı,  Qəçrəş,  Kiş  çayının  dərəsi,  Şəkidəki  Marxal, 
Zaqatalada        Pəri     qalası       deyilən       ərazilər,       Göygöl,       Batabat,       Lerik      
rayonundakı estetik landşaftın daha çox cəmləndiyi dağlıq   əraziləri   qeyd etmək 
olar. Ölkədə olan təbiət abidələri əhəmiyyətinə görə 3 qrupa bölünür: 
1.  Dünya  əhəmiyyətli  abidələr  –  İlandağ,  Göygöl,Göyəzən,Batabat,       
Hirkan meşəlikəri, Abşeronun palçıq vulkanları; 
2.  Ölkə  əhəmiyyətli  abidələr  –  Şəlalələr,  Beşbarmaq  dağı,    Dübrar 
dağlarındakı mənzərələr, nadir mineral bulaqlar, Sultanbud meşəsi və s. 
3. Yerli əhəmiyyətli  abidələr  –  Müxtəlif  meşə  landşaftı,   yaşı  bir     neçə  
100 ilə çatan ağaclar, çay dərələri, yanar bulaqlar, qazın   alovlandığı yerlər və s.    
Təbiət  abidələri  turist  marşrutlarında  istifadə  olunur.  Bunlardan  ən  çox  
Abşeronun      palçıq    vulkanları,      meşəlik      ərazilər,      Naxçıvanın      təbiət    
abidələri əsas və əlavə. 


148 
 
3.
Milli  irs  nümunələrinin  turizmdə   istifadə  xüsusiyyətləri   antropogen 
ehtiyatlarda olduğu  kimi  əsasən  ekskursiya    məqsədli    və    beynəlxalq    turizmin 
inkişaf  etdirilməsi üçün  əsas  vasitələrdən sayılır.  Milli irs nümunələrinin ölkədə 
tirizm ehtiyatı kimi istifadə olunması aşağıdakı qruplara bölünür:                                                                                         
1.  Milli    irs    nümunələrinin      beynəlxalq        turizmdə      istifadə      olunması  
xüsusiyyətləri.  Buraya  beynəlxalq  sərgilərdə,    tranzit    turist    marşrutlarında    və 
ölkənin  müəyyən  bir  ərazisində  turizm  ehtiyatlarının  daha  çox  cəmləşdiyi 
bölgələrdə milli irs nümunələrindən istifadə olunması daxildir. 
2.  Bölgədə    və    ya    yerli      səviyyədə    milli    irs      nümunələrinin        təbliği 
hesabına  xalq    sənətkarlığının,    suvenir    istehsalının    artırılmasına    yönəldilən 
tədbirlərdir.  Bu  məqsədlə  milli  sənətkarlıq  nümunələrinin  daha  çox  cəmləndiyi 
yaşayış    məntəqələrində     əlavə     iqtisadi    stimullar     yaratmaqla      xalq 
sənətkarlığının inkişafına nail olunması mümkündür. 
3.  Milli      irsin      nümunələrinin      ölkənin      turizm      reklamında      istifadə 
olunması  və  bu  məqsədlə    beynəlxalq      səviyyəli    yerləşmə      müəssisələrində 
onların satışının təşkil olunmasından ibarətdir.    
Ölkədə  milli  irs  nümunələrinə  xalq  sənətkarlığının  ayrı  –  ayrı  növləri, 
suvenir  istehsalı,  müxtəlif  kustar  üsulla  hazırlanan  məhsullar,  dekorativ    sənət 
nümunələri,    ənənəvi     toxuculuq   aid   edilir.    Ölkədə   qeyd   olunan    irsi 
nümunələrdən  xalçaçılıq  ənənəvi  sənət  növlərindən  olmaqla  turizmdə  suvenir 
istehsalı üçün əhəmiyyətli yer tutur. Xalçaçılıq sənətinə aid olan  kiçik   həcmli 
xalçalar  beynəlxalq  sərgilərdə  nümayiş  olunur  və  ölkəyə    gələn    turistlərin      ən 
çox aldığı suvenir məhsullarından sayılır. Ölkədə   xalçaçılığın   qədim   adət - 
ə
nənələrini  Quba, Şamaxı, Bakı, Qarabağ, Qazax bölgələrində saxlanılıb.   
Burada  kiçik həcmli xalçalar və ona uyğun gələn  müxtəlif məhsullar     əl əməyi 
ilə  toxunulduğuna    görə  ölkəyə  gələn  turistləri  daha  çox    cəlb  edir.  Son  illər 
ölkənin  əsas  turizm   mərkəzlərindən   sayılan   Quba,    Şamaxı,    İsmayıllı, 
İ
çərişəhərdə, Şəkidə  kiçik   xalça  sexləri   fəaliyyət   göstərir   ki,     onların da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə