Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

143 
 
olması  kompleks  turizm  fəaliyyətinin  aparılmasını  təmin  etmiş  olur.Bununla 
yanaşı  Milli  Parkda  qanunsuz  ovçuluğun  qarşısının  alınması,  yırtıcı  heyvanların 
(xüsusilə canavar) populyasiyasının nəzarətə götürülməsinə ehtiyac vardır. 
6.  Şahdağ  Milli  Parkı.  Milli  Park  2006-cı  ildə  yaradılmış  və  böyüklüyünə 
görə digər milli parklardan 2-3 dəfə böyükdür.Milli Park Qafqazın şimal-şərq və 
cənub-şərqin,  Quba,  Qusar,  İsmayıllı,  Qəbələ,  Oğuz,  Şamaxı  rayonlarını  əhatə 
edir.Milli  Parkın  ərazisinə  İsmayıllı,  Pirqulu  dövlət  qoruqları  və  qeyd  olunan 
rayonların  meşə fonduna daxil olan sahələr daxil edilmişdir. Milli Parkın sahəsi 
115,8  min  ha  olmaqla,  bunun  da  83%-dən  çoxunu  meşələr  təşkil  edilir.  Milli 
Parkın  ərazisində  endemik  bitkilər,  nəsli  kəsilməkdə  olan  fauna  növləri 
qorunmaqla  yanaşı,  zəngin  tarixi-memarlıq  abidələri  də  qorunur.Milli  Parkın 
ə
razisində  dağlıq  relyefin  üstün  olması,  burada  iqlim  müxtəlifliyinə,  həmçinin 
zəngin  bitki  və  heyvanat  aləminin  yayılmasına  səbəb  olmuşdur.Şahdağ  Milli 
Parkında  ekosistemin  bərpası,  qorunması,  idarə  edilməsi,  torpağın  münbitliyinin 
qorunması,  elmi-tədqiqat  işlərinin  aparılması,  əhalinin  ekoloji  cəhətdən 
maariləndirilməsi, rekreasiya ehtiyatlarından istifadə, ekosistemin inkişafı qarşıya 
məqsəd qoyulmuşdur. 
Ş
ahdağ Milli Parkında meşələr 83% təşkil edir ki, onların da tərkibi iberiya, 
şə
rq  palıdı,  şərq  fıstığı,  Qafqaz  vələsi,  tam  zolaq  yaratsa  da,  qarışıq  halda 
göyrüş,ağcaqayın, qara çöhrə, qoz, cır alma, armud, əzgil, yemişan və s.yayılıb. 
Milli Parkın ərazisində dərman bitkiləri, müxtəlif kol bitkiləri də üstünlük təşkil 
edir. 
Ş
ahdağ  Milli  Parkının  heyvanat  aləmi  də  zəngindir.  Burada  məməlilərdən 
cüyür,  çöl  donuzu,  qonur  ayı,  çaqqal,  dovşan,  dələ,  canavar,  tülkü,  maral, 
yenot,qarapaça,  meşə  pişiyi,  təkə,  vaşaq,  gəlincik,  porsuq  və  s.  Quşlardan 
qırqovul,  qaratoyuq,  alapaxta,  bildirçin,  müxtəlif  qartal  növləri  və  s.  təsadüf 
olunur. 
Ş
ahdağ Milli Parkında arxeoloji və tarixi-mədəni abidələr də zəngindir. Milli 
Parkda  Beşbarmaq  səddi,  Çıraqqala  (V-VI  əsr),  Gilgilçay  istehkamı,  Lahıc, 


144 
 
Basqal, Xınalıq tarixi-mədəniyyət və etnoqrafiq abidələrin və s. qeyd etmək olar 
ki,  bu  da  turizmin  kompleks  inkişafına,  təbiət  və  tarixi-memarlıq  abidələrinin 
ə
laqələndirilməsinə  imkan  verir.  Milli  Parkın  ərazisində  olan  Baş  Qafqaz 
silsiləsinə  aid  daimi  qarlı  zirvələri  –  Bazardüzü(4466  m),  Tufandağ(4206  m), 
Ş
ahdağ(4243  m),  Qızılqaya(3739  m),  Babadağ(3632  m)  dağ-idman  turizminin, 
alpinizmin inkişafı üçün əlverişli şərait yaradır.   
Milli Parkın ərazisi məşhur termal və mineral sularla zəngindir ki, bunlardan 
Xaltan, Xası, Cimi, Qalaaltı və s. qeyd etmək olar. Bununla yanaşı Milli Parkda 
təbiət abidələrindən şəlalələr (Afurca və s.), dağ çölləri, yaşı min ilə çatan palıd 
ağacları, geomorfoloji abidələr yayılıb ki, bunlar da turizmin inkişafına əlverişli 
şə
rait yaradır. 
Ş
ahdağ  Milli  Parkı  turizm  baxımından  son  dövrlərə  qədər  geniş  istifadə 
olunmuşdur.  Milli  Parkın  ərazisində  məşhur  istirahət  və  turizm  mərkəzlərinə 
Afurca, Çinarlar, Qəçrəş, Təngaltı, Qalaaltı, Çuxuryurd, Pirqulu, Basqal, Talıstan, 
Lahıc və s. qeyd etmək olar. Bu baxımdan Milli Parkda turizm infrastrukturu da 
qismən də olsa formalaşmışdır. 
Ş
ahdağ  Milli  Parkında  ekoturizmin  inkişafı  üçün  Qubada  informasiya 
mərkəzinin  yaradılması,  daxili  turist  marşrutlarının  müəyyən  olunması, 
fotoofçuluğun  təşkili,  dağ-idman  turizmi,  alpinizm  tədbirlərinin  keçirilməsi 
mümkündür.  Milli  Parkın  ərazisində  təklif  olunan  turist  marşrutları 
aşağıdakılardır: 
- İsmayıllı – Lahıc – Babadağ – Xaltan – Quba (133 km) 
- İsmayıllı – Basqal – Bədo – Lahıc – Şamaxı (125 km) 
- Bakı – Beşbarmaq – Dəvəçi – Quba – Qəçrəş (176 km)  
Milli Parkın ərazisində olan etnoqrafik və müxtəlif bayramların, festivalların 
keçirilməsi  mümkündür.  Etnoqrafik  tədbirlər  Xınalıq,  Lahıc,  Basqal  kəndlərini 
ə
hatə  edə  bilər.  Milli  Parkın  Bakıya  yaxınlığı  ekoloji  turizm  marşrutlarının 
təşkilinə  imkan  verir.  Belə  ki,  Milli  Parkın  ərazisində  mövud  olan  yerli  turist 
marşrutlarında kütləvi ekskursiyalar təşkil olunması məqsədəuyğundur. 


145 
 
7.  Abşeron  Milli  Parkı.  Milli  Park  2006-cı  ildə  Bakı  şəhəri  Əzizbəyov 
rayonu ərazisində, Abşeron Dövlət Təbiət yasaqlığının bazasında, 783 ha sahədə 
yaradılmışdır.  Milli  Park  Abşeronun  cənub-şərq  qurtaracağı,  Şah  dili  ərazisini 
ə
hatə edir. 
Abşeron  Milli  Parkının  yaradılmasında  əsas  məqsəd  ətraf  mühitin 
mühafizəsi,  nəsli  kəsilməkdə  olan  nadir  fauna  növlərinin  (Xəzər  suitisi,  ceyran, 
gümüşü  qağayı,  yaşılbaş  ördək  və  s.)  qorunub  saxlanılması,  iri  yaşayış 
məntəqəsinə  yaxın  olduğuna  görə  ekoturizmin  inkişaf  etdirilməsi,  ekoloji 
monitorinqin  həyata  keçirilməsi  və  əhalinin  ekoloji  maarifləndirilməsindən 
ibarətdir.  
Milli  Parkda  əsas  bitkilər  yarımsəhra  və  effemerli  kserofitlərdən  ibarətdir. 
Milli Parkın heyvanat aləminə sürünənlər, suda-quruda yaşayanlar, gəmiricilərlə 
yanaşı,  quşlardan  gümüşü  qağayı,  qu  quşu,  yaşılbaş  ördək,  vağ,  qaşqaldağ, 
məməlilərdən ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, porsuq, tülkü, oxlu kirpi, 
suiti məskunlaşmışdır. 
Göygöl  Milli  Parkı.  Milli  Park  2008-ci  ildə  Azərbaycan  respublikası 
prezidentinin sərəncamı ilə yaradılıb. Hazırda Milli Parkın sahəsi qoruqdan fərqli 
olaraq genişləndirilmiş və 10 min ha. qədər artırılmışdır. (əvvəlki sahəsi 6275 ha). 
Milli  Park  Kiçik  Qafqazın  şimal-şərqində  Murovdağın  ətəklərində,  ekzotik 
landşaftla əhatə olunmuş göllər kompleksinin bazasında təşkil olunmuşdur. 
Göygöl  Milli  Parkı  Kəpəz  dağının  şimal  yamacında  meşə  və  subalp 
qurşaqlığında  dəniz  səviyyəsindən  1100-3065  m  yüksəklikdə  yerləşir.  Milli 
Parkın ərazisində fıstıq, vələs, şərq palıdı meşəliyi yayılmışdır. Ərazisinin 83%-ni 
meşələr tutur. 
Milli  Parkın  yerləşdiyi  coğrafi  şərait  ğlkədə  bu  qəbildən  olan  mühafizə 
ə
razilərinin  içərisində  həm  mikroiqlim    baxımından,  həm  də  oksigenlə  zəngin 
ekzotik landşaft baxımından digərlərindən üstündür. Hazırda Milli Parkda heç bir 
təsərrüfat fəaliyyətinə icazə verilmir.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə