Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

 
85 
v
əyə  minməsindən öncə, həmin qərardan  yuxarı  Məhkəmə 
instan
siyasına şikayət vermək hüququ; 2) yuxarı səlahiyyətli 
M
əhkəmə orqanı (A. Məhkəməsi). 
A. qaydasında yuxarı Məhkəmə (cinayət və ya mülki) 
işdə  olan və  əlavə  təqdim edilən  sübutları  yenidən tədqiq 
ed
ərək,  aşağı  instansiya  Məhkəməsinin  çıxardığı  qərarın 
mahiyy
ətini yoxlayır və bunun əsasında şikayət edilən qərarı 
ya t
əsdiq edir və ya onu ləğv edərək yeni qərar çıxardır. A. 
qaydasında  qəbul  olunan qərardan  kassasiya  şikayəti edilə 
bil
ər. 
ARXAİZM  (yunan  archáios-qədim)  –  siyasi proseslərdə, 
ictimai-siyasi münasib
ətlərdə, xüsusilə  siyasi idarəçilikdə 
sosial-siyasi elml
ərin çağdaş naililiyyətlərini inkar etməklə və 
yaxud onlardan x
əbərsiz olmaqla öz siyasətini köhnəlmiş, 
sıradan çıxmış, bəzi hallarda isə daha qədim siyasi üsul, fənn 
v
ə məktəbdən istifadə etməklə siyasi addımın atılması və ya 
siyasi kursun yürüdülm
əsi. 
ARXİV (latın archivum, yunan archéion-hökumət idarəsi) – 
mühüm 
əhəmiyyətli sənəd və  materialların  qorunub  saxlan-
dığı  dövlət idarəsi (və  yaxud dövlət  orqanının  şöbəsi). 
İctimai-siyasi, sosialiqtisadi və  vətəndaşların  həyatında  baş 
ver
ən digər mühüm əhəmiyyətli hadisələr müvafiq sənədlər 
halında A. fondunu təşkil edir və dövlət tərəfindən qorunur. 
A.-l
ər tarixin öyrənilməsində mühüm rol oynayırlar. A.-lər ilk 
yaxın və qədim dövlətlərin yarandığı vaxtdan mövcuddurlar. 
Dövl
ət A.-indən  savayı  digər  orqanların,  ictimai  birliklərin 
A.-l
əri mövcuddur. 
 
“ASİMMETRİK”  FEDERASİYA  (latın  a-inkar və yunan 
symmetriya-eyni ölçülük, müt
ənasiblik)  –  (federasiyanın) 
subyektl
əri qeyri-bərabər Konstitutsiya-hüquqi statusa, müva-
fiq olaraq, qeyri-b
ərabər səlahiyyət həcminə malik olan fede-
ral quruluş modeli. “A.” F. mürəkkəb tarixi, siyasi, coğrafi və 
s. (b
əzi hallarda etnik faktorlu) hadisələrin inkişafından irəli 


 
86 
g
əlir. Siyasət mürəkkəb proses olduğundan, müxtəlif subyekt-
l
ər  –  müxtəlif (hərəsi özünəməxsus)  yanaşmanı  tələb edir. 
“A.” F.-lar c
ərgəsinə - Rusiya, Braziliya, Hindistan, Kanada 
v
ə s. aid edilir. Rusiya Federasiyası timsalında, hətta federal 
subyektl
ərin statusunu göstərən adlar da fərqlənir, o cümlə-
d
ən: Muxtar Vilayət, Muxtar Mahal, Muxtar Respublika. 
AŞKARLIQ – cəmiyyətin ictimai-siyasi həyatında demokra-
tik  dayaqlarından  biridir;  dövlətin idarəetmə  orqanlarının 
ictimaiyy
ət  üçün  açıq  olmasını  və, hətta ictimaiyyət tərəfin-
d
ən nəzarət olunmasını tərənnüm edir. A. qanunlarla bərkidil-
mişdir.  A.-ın  təmin edilməsində  kütləvi informasiya vasitə-
l
ərindən  (KİV)  xüsusilə  geniş  şəkildə  istifadə  edilir.  Öz 
fikrini ifad
ə  etmək, tənqid etmək, diskussiya aparmaq A.-a 
aid edilibs
ə də, hərbi, kommersiya, təbabət və digər sirrlər A.-
a aid edilmir. 
ATRİBUT  (attribut)-(latın  attribuo-əlavə  еdirəm,  pay  vеri-
r
əm) - mühüm zəruri ayrılmaz hissə, dövlətin mövcudluğunu 
sübut ed
ən amil(lər). Dövlət A.-larına dövlətin rəmzləri (bay-
raq, gerb, himn), bundan savayı dövlət ərazisi, əhalisi (vətən-
daşları),  paytaxtı,  Konstitusiya  və  Qanunvericilik  bazası, 
hakimiyy
ət  orqanları  iyerarxiyası,  dövlətin  silahlı  qüvvələri, 
dövl
ət ştampları və  blankları, dövlətin diplomatik nümayən-
d
əlikləri (xarici dövlət  ərazisində) və  dövlət büdcəsi 
daxildirl
ər. Dövlət A.-larından savayı digər siyasi institutların 
da (misal: beyn
əlxalq təşkilatlar; siyasi partiyalar; kommersi-
ya t
əşkilatları və s.) A.-ları mövcuddur. 
ATTESTASİYA  (latın  attestatio-şəhadətnamə)  –  işçinin 
ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi; bir sıra idarə 
v
ə təşkilatlarda işçiyə dərəcə, ad, rütbə verilməsi üçün keçiri-
l
ən imtahan növü. Elmi dərəcələrin və elmi adların verilməsi 
üçün d
ə A.-lar keçirilir. 
AUDİTOR  (latın  auditor-dinləyən, dinləyici, audio –  eşidi-
r
əm sözündən) – 1. aksioner (səhmdar) cəmiyyətlərin və döv-


 
87 
l
ət qurumlarının maliyyətəsərrüfat fəaliyyətlərinin vəziyyətini 
yoxlayan v
ə  həmin qurumlar üzərində  nəzarət edən dövlət 
orqanından  xüsusi  icazəsi olan (səlahiyyətli)  şəxs. Bəzi hal-
larda, iri, çoxşaxəli sahibkarlıq qurumlarında yuxarı orqanlar 
t
ərəfindən - aşağı orqanların maliyyə təsərrüfat fəaliyyətinin 
v
əziyyətini yoxlamaq üçün təyin edilən  şəxs. Lakin, A.-un 
funksiyasına yalnız nəzarət etmək deyil, həm də məsləhət və 
tövsiy
ə etmək funksiyaları daxildir; 2. (tarix) keçmişdə Hərbi 
M
əhkəmələrdə Prokuror vəzifəsini icra edən şəxs. 
AVTARKİYA  (yunan  autárkeia,  autós-özü və  arkéō-
firavanlıqdayam)  –  bir dövlətin  bütün  başqa  dövlətlərin 
iqtisadi v
ə siyasi təsir və təzyiqlərindən azad olmaqdan ötrü 
öz daxili t
ələbatını ödəyə biləcək, qapalı müstəqil təsərrüfatın 
yaradılmasına  yönəlmiş  iqtisadi  siyasət. Müasir dövrdə, 
beyn
əlxalq iqtisadi münasibətlərin sürətli inkişafı zamanında 
xalis A. sistemli dövl
ət olmasa da, lakin A. özünü bəzi 
dövl
ətlərin bütün növ idxal və ixrac münasibətlərinə əngəllər 
tör
ədilməsində özünü biruzə verir. 
AVTOKRATİYA  (yunan  auto-bir  kratos-hakimiyyət)  – 
dövl
ət hakimiyyətinin tam surətdə,  şəriksiz, heç bir məh-
dudiyy
ətsiz  bir  şəxsin  ixtiyarında  olması,  xalq  və  ya  xalqı 
t
əmsil edən hər hansı bir orqan tərəfindən onun fəaliyyətinə 
n
əzarət  olunmaması  ilə  səciyyələnən idarəetmə  forması.  A. 
bir  qayda  olaraq  tam  (absolyut)  monarxiyalı  (mütləqiyyət) 
idar
əçilik  formalı  dövlətlərdə  və  ya sərt, qeyri-demokratik 
rejimli dövl
ətlərdə mövcud olur. 
AVTOMAT  İDARƏÇİLİK  SİSTEMİ  –  rahat idarəçiliyin 
t
əmin edilməsi naminə, sosial-iqtisadi məlumatların yığılma-
sına,  təkmilləşdirilməsinə,  saxlanılmasına  və  ötürülməsinə 
xidm
ət edən texniki vasitələr (o cümlədən, hesablama texni-
kası) kompleksinin istifadəsi üzərində qurulan, idarəetmə sis-
temi. 
AVTONOMİYA  (yunan  autos-özü, öz; nomos-qanun)  -bax 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə