Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


İmmunitet və imtiyaz anlayışları, verilməsi əsasları(nəzəri əsaslandırılması)



Yüklə 81,96 Kb.
səhifə34/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   30   31   32   33   34   35   36   37   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

İmmunitet və imtiyaz anlayışları, verilməsi əsasları(nəzəri əsaslandırılması)

Diplomatik immunitet və üstünlük dedikdə xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu başa düşülür. Diplomatik immunitet və imtiyazlarla bağlı olan daha bir mürəkkəb məsələ onların təqdim olunması zəruriliyinin nəzəri cəhətdən əsaslandırılmasıdır. İmmunitet və imtiyazların hüquqi təbiətini açıqlaya biləcək nəzəriyyəyə tələbat bir sıra səbəblərlə izah olunur. Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur. Birincisi Hüqo Hrotsinin ideyaları əsasında yaranmış olan eksterritoriallıq (ərazidənkənarlıq) nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən səfirliyin yerləşdiyi ərazi akkreditiv dövlətin ərazisinin hissəsi hesab olunur və uyğun olaraq bu ərazidə olan səfir və nümayəndəliyin personalı, bir növ, akkreditiv dövlətin ərazisində qalmaqda hesab olunurdu ki, bu baxımdan da onlara yerli dövlətin qayda və qanunları şamil olunmur. İkinci – funksional zərurət nəzəriyyəsi immunitet və imtiyazlar verilməsini diplomatik nümayəndəliyin funksiyalarının effektli həyata keçirilməsini təmin etmək zəruriliyi ilə izah edir. Bu nəzəriyyə 1961-ci il Vyana Konvensiyasının preambulasında da öz əksini tapmış və bu gün də, demək olar ki, hamı tərəfindən qəbul edilir. Bu sahədə beynəlxalq hüququn 3-cü məşhur doktrinası təmsilçilik nəzəriyyəsidir. Bu nəzəriyyə də Hüqo Hrotsinin səfir toxunulmazlığı təlimindən irəli gəlmişdir. Nəzəriyyəyə əsasən səfirlər öz monarxlarını təmsil etdiklərinə görə və monarxlar bir-birləri üzərində hakimiyyətə malik olmadıqlarına görə immunitetdən istifadə edirdilər (par in parem non habet imperium). Hal-hazırda isə səfirlər öz dövlətlərini təmsil edən şəxslər kimi dövlətlərin suveren bərabərlik prinsipinə əsasən immunitetlərdən istifadə edirlər.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə