Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


,62.Diplomatiyada jestlərin və mimikaları əhəmiyyəti



Yüklə 81,96 Kb.
səhifə54/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   50   51   52   53   54   55   56   57   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

61,62.Diplomatiyada jestlərin və mimikaları əhəmiyyəti

Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti mimika adlanır.Mimika nitqin anlaşılmasında, ifadəli olmasında, müəyyən emosionallığın, sözlə ifadəsi mümkün olmayan çalarların verilməsində, fikrin ciddi və ya ironiya ilə deyilməsində çox ciddi rol oynayır.

Jest əl- qol hərəkətlərinə deyilir.Ancaq, jestlər həddini aşmamalıdır, nitqin məzmun və istiqamətinə uyğun gəlməlidir, ölçülüb- biçilməlidir. Yersiz jestlər ironiya və gülüş doğura bilər.

Jestlər bir neçə qrupa bölünür.

Birinci qrup - işarə jestləridir.Amma onları istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. Çünki eyni işarə-jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn amerikanların "O.K." jesti Amerikada - hər şey yaxşıdır mənasını ifadə edirsə, Fransada - sıfır bildirir, Yaponiyada isə - pula işarə edir.Bizim tez-tez istifadə etdiyimiz "Əlvida" jesti Yunanıstanda "Rədd ol buradan" kimi başa düşülür.Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa Qərb və Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər.

İkinci qrup jestlər - illüstrator-jestləridir.Onların köməyi ilə fikrinizi daha geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar zamanı natiqlər istifadə edirlər.

Üçüncü qrup - tənzimçi, nizamlayıcı jestlərdir.Bu qrup jestlər söhbətin əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri - əl verməkdir. Bu jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq istəyini çatdırmaq, həm də danışığın sonunu.

Sonuncu qrup - adaptor (ötürücü) jestlərdir.Adətən bu növ jestlər bizə hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar. Onlar uşaqların qeyri-ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyəcan əlamətlərində ifadə etdikdə daha aydın görünür.

Bədən dilindən istifadə etməyin bir neçə faydası var.1.Başqaları üzərində müsbət bir təsir yaradaraq məqsədimizə çatmaq; 2.Qarşımızdakıları daha yaxşı anlayaraq təsirli bir ünsiyyət qurmaq; 3. Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etmək; 4.Başqalarının əslində nə söyləmək istədiyini anlamaq.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə