|
Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyətiNümayəndəliklər arası yazışmaların təsnifatı və onlardan istifadə qaydası
|
səhifə | 53/72 | tarix | 11.01.2022 | ölçüsü | 81,96 Kb. | | #82807 |
| MUASIR DIPLOMATIYA CAVAB 2021Nümayəndəliklər arası yazışmaların təsnifatı və onlardan istifadə qaydası
Yarımrəsmi xarakterli şəxsi məktublar, yaddaş kağızları, memorandumlar və onlardan istifadə qaydası
Diplomatik notaların növləri və onların əsas xüsusiyyətləri
Diplomatik nitq və nitq mədəniyyətinin əhəmiyyəti
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir.Dilçilik meyarına görə,
Nitq-dil işarələrinin informasiyanın tələbinə müvafiq olaraq,onun qanunauyğunluqlarının düzülüşüdür.Niq mədəniyyəti-insanın müxtəlif məqamlarda ünsiyyət məqsədi ilə dildən məqsədyönlü istifadə olunmasına təminat verən biliklərin və vərdişlərin toplusudur.Nitq mədəniyyəti təfəkkür tərzidir,insanlar arasında ünsiyyət mədəniyyətidir.Odurki nitqə yalnız sosial sifariş kimi deyil,həm də fəaliyyət forması kimi baxılmalıdır.Gündəlik diplomatik fəaliyyətdə istifadə olunan sənədlərin hazırlanması,görüşlər və səfərlər zamanı danışıqlar aparılması həm yazılı,həm də şifahi nitqdən istifadə olunması deməkdir.Nitq mədəniyyətinin öyrənilməsi xarici siyasət və diplomatiya sahəsində uğurla təminat verə bilər.Dil ünsiyyət vasitəsi olmaqla,həm də fikri təcəssüm etdirmə alətidir.Bu dilin ekspessiv vəzifəsi adlanır.
Dostları ilə paylaş: |
|
|