Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə11/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   7   8   9   10   11   12   13   14   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Ekosistemin “trofik” strukturu.
“Trofika” – yunanca qida deməkdir. Hər bir ekosistem
özündə bir neçə trofik səviyyə və yaxud bölmə cəmləşdirir. Birinci səviyyə bitkilər tərəfindən
yaradılan səviyyədir. Bu səviyyə avtotrof və yaxud “pro- dusent” adlandırılır. İkinci səviyyə
heyvanlar tərəfindən yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya “konsumentlər”
adlandırılır. Axırıncı səviyyəyə ölmüş maddələrlə qidalanan mikroorqanizmlər və göbələklər
daxildir.
Hidravliki faktorlar
(hidrotop)
Biogeosenoz
(ekosistem)
Torpaq faktoru
(edafotop)
İqlim faktoru
(klimatop)
Bitki 
aləmi(fitosenoz
)
Heyvanat 
aləmi(zoosenoz
)
Mikroorqanizmlər
(mikrobosenoz)
EKOTOP (BİOTOP)
BİOSENOZ


Trofik səviyyələr arasında olan qarşılıqlı əlaqə trofik zəncir və ya qida zənciri adlandırılır.
Bu əlaqənin əsas xüsusiyyəti maddələrin dövrü sisteminin yaradılmasından və onlarda olan üzvü
birləşmə enerjisinin ayrılmasından ibarətdir.
Ekosistemdə orqanizmlərin əlaqələri.
Həyatda heç bir orqanizm ətraf mühit və digər
orqanizmlərlə əlaqəsiz yaşaya bilməz. Orqanizmlər arasında qarşılıqlı əlaqə onların qida-
lanmaları əsasında yaradılır. Buna görə də bu əlaqələr qida və ya “trofik” əlaqələr adlandırılır.
Eyni məkandan yaşayış üçün istifadə əlaqəsi “trofik” əlaqə adlandırılır. Məsələn, heyvan
və bitkilərin birgə məskunlaşması. Əgər bir orqanizm başqalarının yayılmasında iştirak edirsə,
bu “forik” əlaqə adlandırılır (toxum).
Bir orqanizm tərəfindən digərinin məhsulları istifadə olunarsa, belə əlaqə “fabrik” əlaqəsi
adlandırılır (yuvaların tikil- məsi).
Orqanizmlər arasında qarşılıqlı münasibətlər bir orqanizmin digəri ilə təmasından yaranan
əlaqələrdən ibarətdir. Riyazi işarələrlə bu əlaqələr “+”, “-“ və “0” kimi qeyd olunur.
Əgər qarşılıqlı münasibətlər hər iki tərəf üçün əlverişlidirsə (+,+), belə münasibətlər
“simbioz” və ya “mutualizm” adlandırılır.
Əgər qarşılıqlı münasibətlər bir tərəf üçün əhəmiyyətli (+), digər tərəf üçün ziyanlıdırsa (-),
onda bu münasibət “parazitizm” (+, -) adlandırılır.
Hər iki tərəf üçün sərfəli olmayan qarşılıqlı münasibət (-,-) “rəqabət” adlandırılır.
Əgər qarşılıqlı münasibət biri üçün əlverişli, digəri üçün fərq etməzsə (+,0), belə
münasibətlər “kommensalizm” adlandırılır.
Bir tərəf üçün sərfəsiz, digər tərəf üçün fərqi olmayan (-,0) münasibət “amensalizm”
adlandırılır. Hər iki tərəf üçün fərqi olmayan (0 - 0) münasibətlər “neytralizm” adlandırılır.
“Enerji” termini altında fizikada görülən iş başa düşülür. Fizikanın enerjiyə aid bütün
qanunları, eyni zamanda, bioloji sistemlərə aid edilir.
Bütün canlı orqanizmlər doğulduğu gündən enerji ayrılması və enerji daşıması prosesi ilə
ömürlərini başa vururlar. Bu baxımdan, ekologiyanın əsas məsələlərindən biri işıq ilə ekosistem
arasında olan əlaqəni öyrənməkdən ibarətdir.
Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axınının təxminən yarısı fotosintezin
əsasını təşkil edən enerjidir. Bu dalğaların uzunluğu 380-750 nm təşkil edir. Bu enerji
fotosintetik aktiv radiasiya
adlanır. Günəş radiasiyasının 40%-ə yaxınını məhz bu radiasiya təşkil
edir. Qalan spektir ultrabənövşəyi və infraqırmızı radiasiyalara aid edilir ki, bunlar da istilik
effekti ilə əlaqədardır.
Adətən, bitkilər fotosintez üçün günəş radiasiyasının 1%-ə qədərindən istifadə edirlər.
Bəzi ekosistemlərdə bu rəqəm 3-5%-ə qədər çatır (tropik meşələr, qarğıdalı tarlaları).
Bitkilər digər orqanizmlərin enerji ilə təminatçısı hesab edilir. Enerji bir trofiki səviyyədən
digərinə qida vasitəsilə keçir. Konsumentlər tərəfindən qəbul edilən qida şəkilindəki enerji onun
həyatı üçün sərf olunur. Qəbul olunan enerjinin bir hissəsi orqanizmlər tərəfindən ifraz olur,
digər hissəsi isə orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.
Qida və enerji balansı heyvanat aləmi üçün belə ifadə olunur.
E
q
 = E
N
 + E
in
 +E
xo
burada 
E

– qida ilə alınan enerji;
E

nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf olunan enerji;
E
in 
– inkişafa (orqanizm tərəfindən saxlanılan) sərf olunan enerji;
E
xo 
– xaric olan maddələrə sərf olunan enerji.
Orqanizm tərəfindən sərf olunan enerji müxtəlif periodlarda müxtəlif olur. O, bəzən
orqanizmdə toplanır, bəzən isə tam sərf olunur. Enerjinin bir trofiki səviyyədən digərinə keçidi
qəbul edilən qida enerjisinin 10%-ni təşkil edir. Bu ekologiyada “on faiz qaydası” adlandırılır.
Ekosistcm və biosfer bütünlükdə termodinamikanın qanunlarına tabe olaraq tənzim
olunurlar. Canlı aləmin, bu baxımdan, cansız aləmdən fərqi ondan ibarətdir ki, canlı orqanizmlər
“özünübərpa” xassəsinə malikdirlər.


Ekosistemdə enerji çevrilməsini yaxşı anlamaq üçün termodinamikanın birinci və ikinci
qanunlarına nəzər salaq.
Termodinamikanın birinci qanunu və yaxud enerjinin saxlanılması qanunu:
Enerji bir
formadan digərinə keçə bilər, o, nə yox olur nə də yenidən yaranır.
Termodinamikanın ikinci
qanununda deyilir:
Öz-özünə çevrilmədə kinetik enerjinin potensial enerjiyə çevrilməsi 100%-
dən aşağı olur.
Başqa sözlə desək, enerjinin öz-özünə çevrilməsi prosesi mərkəzləşdirilmiş
şəkildə yox, səpələnmiş şəkildə olur.
Termodinamikanın ikinci qanunu “entropiya” ilə əlaqədardır. “Entropiya” latınca “entrofa”
çevrilmə, dönmə deməkdir. Entropiya dedikdə, əlaqəli enerjinin yayılaraq istifadə üçün
əlçatmazlığının ölçüsü kimi başa düşülür.
Ekosistem enerji çevrilməsini tənzimləmə qabiliyyətinə malikdir. O, həmişə bu prosesdə
entropiyanın minimal həddə saxlanılmasına çalışır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə