Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə34/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   30   31   32   33   34   35   36   37   ...   163

84

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

Şəxsi heyət,  əməliyyatlar və xidmət,təhçizat və elmi-texniki təlimatlar 

normativ hala gətirilib və bütün maraqlı tərəfl ər üçün açıqdır. İşə götürmək 

və maaşı müəyyən etmək üçün aydın  şəkildə müəyyən edilmiş kriteriyalar 

rəqabət əsasında işə qəbulu təmin edir. Hərbi təhcizatın açıq tender əsasında 

keçirilməsi üçün, hərbi elmi texniki araşdırmalar və digər müqaviləli 

xidmətlər üçün açıq və geniş təlimatlar tərtib edilmiş və bu işlərin icrası üçün 

peşə baxımından münasib kadrlar cəlb olunur. Bütün bu təlimatlar praktikada 

tam həyata keçirilir.

b.Audit etmə

Müdafi ə Nazirliyi sistemində və ya icra strukturunda daxili yoxlamalar 

üçün güclü imkanlar var.Daxili yoxlama prosedurları açıq səkildə müəyyən 

edilir və  kənar auditorların da ciddi nəzarəti altında olur. Həm maliyyə 

uyğunluğu baxımından, həm da fəaliyyət səmərəliliyi baxımından güc-

lü audit imkanları mövcuddur (“pulu sərf etməyə dəyərmi”). Əlavə olaraq, 

müstəqil auditlərin fəaliyyəti üçün,məsələn, parlamentə tabe olan Milli Au-

dit  İdarəsi vasitəsilə güclü imkanlar yaranır. Müstəqil audit və prosedurlar 

üçün tələblər açıqca qanunla təsbit edilir. Maliyyə uyğunluğunu yoxlamaq 

üçün və eləcədə dələduzluq və mənimsəmə hallarını müəyyən etmək üçün

həmçinin, “pulu sərf etməyə dəyərmi”  auditləri üçün güclü müstəqil audit 

imkanları vardır. Müstəqil düşüncə  mərkəzləri (universitetlər,institutlar və 

başqa qeyri-hökumət təşkilatları) da onları maraqlandıran xüsusi sahələrdə, 

məsələn,qüvvələrin modernizasiya proqramları ilə bağlı, “pulu sərf etməyə 

dəyərmi”  auditləri apara bilərlər. Özlərinin diqqətəlayiq bacarıqları və uğur-

lu işləri ilə tanınan qeyri hökumət təşkilatları vardır. Onların hesabatlarının 

siyasətçilərə və cəmiyyətin münasibətinə nəzərəçarpan təsiri olmuşdur.

c. Hesabat

Hökumət xalqa və parlamentə geniş illik hesabatlar verir. İlin ortasın-

da növbəti il üçün hesablanmış büdcə parlamentə təqdim olunur. Daha tez-

tez-- üç aylıq və bir aylıq-- hesabatlar da verilir.Yekun hesabat isə, maliyyə 

ili bitəndən sonra, altı ay ərzində parlamentə  təqdim olunur.Bu hesabatlar, 

əsas hərbi proqramların necə icra edildiyi haqda ətrafl ı və dərin analizlər ilə 

müşaiyət olunur.

42

 

4. Hərbi Büdcələrin Şəffafl ığı



a.Şəffaf qərar qəbul-etmə

42

    Məsələn, Bolqarıstan Baş Naziri ölkə qanununa görə parlamentə “Müdafi ə Sektoru və 



Silahlı Qüvvələr haqda İllik Hesabat”təqdim etməlidir. Qanunla tələb olmasa da,  gözləntilər 

odur ki, hesabat fəaliyyəti analiz edəcək və onu sərf olunmuş hərbi xərclərlə əlaqələndirəcək.




85

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Hərbi büdcələmınin bütün cəhətləri (planlaşdırma, büdcədən istifadə və iç-

ranın qiymətləndirilməsi) siyasi rəhbərlik və xalq üçün şəffaf olur. Büdcələmə 

prosesinin bütün iştirakçıları-- mülki və  hərbi planlaşdırıcılar,müdafi ə  və 

maliyyə nazirləri, hökumət şuraları, qanunverici orqan və onun komitələri, 

dövlət başcısı, audit ofi si,lobbi  qrupları,qeyri-hökumət gəlirli və  gəlirsiz 

təşkilatları, media və cəmiyyətin böyük təbəqəsi –açıq qaydalara uyğun ola-

raq və hərbi büdcələmənin bütün cəhətlərini tam başa düşərək özlərinin nüfu-

zu ilə bu prosesə təsir edir və qanun aliliyi prinsipiniə riayət edirlər.

b. Məlumatlar əldə etmək imkanları

Hərbi büdcələrin və uyğun məlumatların dərc edilməsi-- əsas təhlükəsizlik 

və müdafi ə siyasəti ilə bağlı sənədlər, hərbi proqramlar,icra və audit hesabatla-

rı --ictimaiyyət üçün açıqdır.Hərbi büdcələr və uyğun məlumatları əldə etmək 

qaydaları da ictimaiyyətə açıqdır.Onlar qanunla açıq surətdə müəyyən olunur 

və bu məsələlər ilə bağlı icra strukturlarının ixtiyarında çox kiçik səlahiyyət 

qalır. Hökumət və uyğun idarələr hərbi büdcələri ilə bağlı  məlumatları 

ətrafl ı surətdə dərc etməyə hüquqi cəhətdən məsuldurlar və belə məlumatlar

məlumatlı müşahidəçiyə düzgün analiz etməyə imkan verir.Məlumatlar çap 

formasında və onlayn olur,həm yerli dildə, həm də daha çox işlənən, məsələn, 

ingilis dilində verilir. Daha sonra,rəhbərlik ,məsələn, müdafi ə naziri, kiminsə 

məlumat almaq sorğusuna yazılı sürətdə cavab verməyə qanunla borcludur. 

Əgər hər hansı təşkilat və ya şəxs məlumat üçün müraciət edirsə və veriləcək 

cavabın bir hissəsi məxvidirsə

43

,həmin hissə cavab məktubundan çıxarılır. 



Büdcə haqda ümumi məlumatlar,cari və ya iki il öncəki büdcə ilinin 

gözlənilən nəticələrini asan əldə etmək olur.Cari büdcə ilinin sonunda, beş və 

ya çox il sonra üçün nəzərdə tutulan büdcə təklifl əri ilə bağlı da məlumatlar 

almaq mümkündür.

Ölkə hərbi büdcələmə məlumatlarının açıqlanması ilə bağlı beynəlxalq 

müqavilə və sazişlərin tələblərinə uyğun olaraq--BMT və ATƏT –in sazişləri 

və Stabillik Paktı təşəbbüsləri nəzərdə tutulur-- daimi vaxtlı-vaxtında tam və 

dəqiq məlumatlarla onları təmin edir.



5. Büdcə tərtibi prosesində dürüstlüyün təmin edilməsi

Hərbi budcələmənin formalaşdırilması  və yerinə yetrilməsi prosesləri, 

büdcə məhdudluğunun ciddi və etibarlı prognozları əsasında qurulur və prog-

nozlaşdırılan makroekonomik göstəricilərin kəmiyyətcə qiymətləndirilən va-

43 

  Ümumi qayda kimi yox, amma verilən xüsusi qərar  əsasında xüsusi bir məlumatı 



sistemləşdirmək.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə