Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə70/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   66   67   68   69   70   71   72   73   ...   163

179

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

əməliyyatlar zamanı özəl hərbi podratçılarla səmərəli qarşılıqlı  əlaqə yara-

dılmasına  əsas problem C3-ü və ya xəbərləşmə, komandanlıq və  nəzarəti 

görürlər. Səlahiyyətlərin dəqiq müəyyən olunmaması və ya düzgün müəyyən 

edilməmiş  əməliyyat prosedurlarının olması, komandanlıq edən zabitləri 

aktiv fərdi təşəbbüslərə arxalanmağa və onların komandanlıq dairəsində 

fəaliyyət göstərən özəl sektor birləşmələri ilə  əməkdaşlıq etməyə  məcbur 

edir. Təhlükəsiz və səmərəli koordinasiya, belə görünür ki, xoş niyyətdən və 

ümumi maraqları müəyyən edib onlara hər iki tərəfdən hörmət etmək bacarı-

ğından asılıdır.

Münaqişə bölgəsində çalışan hərbi, diplomatik, QHT-lər və özəl 

şirkətlərə bu cür birləşmiş yanaşmanın tətbiq edilməsi,tamamilə fərqli növ-

lü təşkilatların bir vahid komandanlıq “çətiri” altında idarə edilməsinin 

mürəkkəbliyi liderlərin gözlərini yummalı deyil. Həmin “çətir” altında olan 

təşkilatların köklü missiyaları və təşkilati dəyərləri arasında ciddi gərginlik 

var. Bu cür gərginlik ancaq NATO hərbi komandanlarının komandanlıq ierar-

xiyasının başında oturduğu birləşmiş komandanlıq tərəfi ndən yoluna qoyula 

bilər. Döyüş bölgəsində son qərarı vermə səlahiyyəti və məsuliyyətini əlində 

cəmləyən və bütün addımları öz tabeliyində saxlayan hərbi rəhbərlik bunu 

yerinə yetirə bilər.



Qanun və ya Xarakter

Adi müharibə,hərbi münaqişə  və üsyançılarla mübarizənin hamısı 

mahiyyət etibarilə,normal qanun aliliyi,cavabdehlik və məsuliyyət,nəzarət və 

qanunlara riayət mexanizmlərinin pozulduğu  şəraiti ifadə edir. Bu cür qarışıq 

şəraitdə, silahdan istifadə o adamlara tapşırılmalıdır ki, onların 

Haşiyə 12.4   Özəl Hərbi və Təhlükəsizlik Şirkətləri uzrə Montro Sənədi

Son illərdə özəl hərbi və  təhlükəsizlik  şirkətlərinə  tələbat artmışdır və 

bununla bərabər beynəlxalq humanitar və insan hüquqları qanunlarına 

uyğun surətdə onların hüquqi öhdəliklərinin aydınlaşdırılması  tələbləri 

artmışdır. 2008-ci ilin Sentyabrın 17-də qəbul edilmiş Montro Sənədi (The 

Montreux Document)

Özəl Hərbi və Təhlükəsizlik Şirkətləri (

ÖHTŞ) ilə bağlı 

müsbət təcrübələri aşağıdakı  fəaliyyət növləri üzrə müəyyən edib təşfi q 

edir:


•  Xidmətlərin müəyyən edilməsi: hansı xidmətlər ÖHTŞ ilə bağlana 

bilər və ya bağlana bilməz, bu zaman müəyyən amillər nəzərə 

alınır,məsələn, hansısa xüsusi bir xidmət ÖHTŞ  əməkdaşlarının 

birbaşa döyüşlərə cəlb olunmasına səbəb ola bilər ya yox.




180

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  ÖHTŞ -lərin seçilməsi və müqavilələr hazırlanması prosedurları

ÖHTŞ  -ın fəaliyyətlərinin uyğun ölkə  və beynəlxalq hüquq 

qaydaları  çərçivəsində    həyata keçirmək qabiliyyətinin 

qiymətləndirilməsi; müvafi q resursların təmin edilməsi və ÖHTŞ 

-ləri seçmək və müqavilə imzalamaq üçün uyğun təcrübədən 

istifadə edilməsi; müqavilə norma və prosedurlarını  və konkret 

müqavilələrlə bağlı ümumi məlumatları ictimaiyyətə açıqlayaraq 

ÖHTŞ  -ın seçilməsində  və müqavilə bağlanmasında  şəffafl ığı  və 

nəzarəti təmin etməli; hadisələrlə,  şikayətlərlə  və sanksiyalarla 

bağlı hesabatların xülasələrini nəşr etməli; parlament strukturları 

vasitəsilə nəzarəti təmin etməli, o cümlədən, illik hesabatlar və ya 

xüsusi müqavilələrlə bağlı bu strukturlara xəbər verməli.

•   ÖHTŞ-ləri seçmək kriteriyaları:  Ən aşağı qiymət seçim üçün 

yeganə kriteriya deyil. ÖHTŞ -nın və onun şəxsi heyətinin 

keçmişdəki davranışını  nəzərə alaraq, ÖHTŞ -nin maliyyə, 

iqtisadi  və idarəetmə bacarıqları, şəxsi heyətə müxtəlif məsələlər 

üzrə,o cümlədən, rüşvətə, korrupsiyaya, və digər cinayətlərə qarşı 

tədbirlər üzrə həm xidmətə göndərilməzdən öncə, həm də xidmət 

dönəmində təlim və hazırlıqlar keçirilməsi; monitorinq,nəzarət və 

daxili cavabdehlik mexanizmlərinin mövcudluğu və s.

•   ÖHTŞ -lə müqavilə şərtləri: Müqavilə bağlanan ÖHTŞ-i tərəfi ndən 

ölkənin qanunlarına, beynəlxalq humanitar və insan hüquqları 

qanunları tələblərinə hörmət edən müqavilə maddələri və fəaliyyət 

tələbləri.

•   Monitorinqə riayət edilməsi və cavabdehliyin təmin edilməsi

ÖHTŞ-in və onların şəxsi heyətinin törətdiyi cinayətlərə görə milli 

qanunvericilikdə beynəlxalq hüququn pozulmasına görə cinayət 

mühakimə hüququnun təmin olunması; ÖHTŞ -nin şəxsi heyətinin 

xaricdə törətdiyi ağır cinayətlərə görə təşkilati cinayət məsuliyyəti 

və cinayət  mühakimə qanununun müəyyən edilməsinə baxılması.

Eyni praktikalar və tələblər müqavilə imzalayan ÖHTŞ-in başqa ÖHTŞ-i 

ilə bağladığı sub-müqaviləyə də şamil olunur. Monro Sənədi dövlətlərə aid 

olsa da, bu cür qabaqçıl təcrübələr digər qurumlara, məsələn, beynəlxalq 

təşkilatlara, QHT-lər və həmçinin,ÖHTŞ-lərlə müqavilə bağlayan şirkətlərə 

və ÖHTŞ -in özlərinə də xeyirli olar.        

xarakterinə  və  təşkilati “peşəkar etika”-sına həm etibar etməliyik, həm də 



181

Hərbi Əməliyyatlar Zamanı  Dürüstlük

uğursuzluqlarına görə  məsuliyyətə  çəlb etməliyik. Bu hərbi sənətin kök-

lü xassəsini təşkil edir. Qanun və qaydanın pozulması  və normal nəzarət 

və cavabdehlik və məsuliyyətin aşınması hər bir fərdin mənəvi xarakterinə 

təhdidlər yaradır. Ordu bu cür sınaqlara tab gətirən xarakter yetişdirmək üçün 

çalışır,bu cür tarazlığın pozulduğu bölgələrdə möhkəm durur və beləliklə qa-

nun və qaydanın bərpası üçün kömək edir.

Özəl və ya “korporativ etika” əksinə olaraq, bu cür unukal problemlərə 

heç yönəlməmişdir. Korporasiyalar, quruluşuna görə, cəmiyyətin və qanunun 

nəzarətinə arxalanaraq daxildəki qeyri-sağlam iddiaları cilovlamağa çalışır-

lar. Bu səbəbdən,biz silahlı özəl podratçıları üsyançıların mühasirəyə aldığı 

ərazilərə mühafi zəçi,qarovulçu və ya hətta həbsxana mühavizəçiləri statu-

sunda nə göndərə bilərik, nə də göndərməliyik. Özəl təhlükəsizlik podratçı-

lar ancaq arxa cəbhədə yerləşdirilə bilər (NATO ölkələrində daxildə istifadə 

edildiyu kimi), yəni o bölgələrdə ki, qanunun,təhlükəsizliyin və məsuliyyətin 

pozulması geniş şəkildə sual altında deyil.



Peşəkar Hərbi Etikanın Korlanması

Üsyançılara qarşı  əməliyyatlarda və ümümiyyətlə nizamsız qüvvələrlə 

döyüşlərdə, yerli əhalinin inamını qazanmaq NATO-nun ən yaxşı silahını 

təşkil edir. Əgər bir tərəfdən ordunun həyata keçirməli olduğu missiyanın 

bütün fəaliyyətlərini özəl təhlükəsizlik podratçıları eyni dərəcədə  həyata 

keçirə bilərsə, o zaman ümumiyyətlə hərbi qüvvələr saxlamağa ehtiyac var-

mı? Əksinə,biz israr edirik ki,peşəkar hərbi etika fərqli bir fenomendır və o 

“öz ölkəsinə və müttəfi qlərə fədakar xidməti” ilə önə çıxır. 

Uyğun olaraq,NATO üzvü olan ölkələrin hökümətləri özəl hərbi 

podratçıların və ya mühavizə podratçılarının istifadəsi zamanı bu etika-

nı azaldan,aşılayan,aşağılıyan və ya ayrı-ayrı üzv ölkələrdə  hərbi-mülki 

münasibətləri sarsıdan qərarlar və ya təcrübələr qəbul etməməlidir.Qeyri-

nizamlı hərbi əməliyyatlar, stabillik və bərpa işləri və ya xüsusilə də, milli 

dövlətçilik qurulması səyləri ilə bağlı əsas hərbi missiyalar zamanı, NATO 

hərbçilərinə xas özünü qurban vermə şücaəti və fədakar ictimai xidməti həm 

ölkə daxilində, həm də xaricdəki missiyalarda xalqın inamını qazanmaq və 

qorumaq üçün yeganə sınaqdan keçirilmiş vasitələr kimi tətbiq olunmalıdır.

Podratçılar və Humanitar Müdaxilə

Yuxarda  göstərilən maddəyə  yeganə mümkün istisna, humanitar 

hərbi müdaxiləyə(HM) çağırışlar zamanı edilə bilər. Bu “müdafi ə” xarak-



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə