Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə147/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   143   144   145   146   147   148   149   150   ...   163

385

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

Haşiyə 23.2.  Baxış Bəyanatı

Bert Nanus baxışa tərif verərək onu “təşkilat üçün real, inandırıcı, cəlbedici 

gələcək” adlandırır. Bu cür qisa tərif baxış  bəyanatının aşağıdakı  əsas 

xüsusiyyətlərini vurğulayır:    

• Real: 

Baxış təşkilat üçün məzmunlu olmaqdan ötrü reallığın üzərində 

qurulmalıdır.

•  İnandırıcı: Baxış inandırıcı olmalıdır ki, münasib olsun. Baxış 

kim üçün inandırıcı olmalıdır? Təşkilatın üzvlərinə olması daha 

vacibdir.Təşkilatın üzvləri baxışı inandırıcı hesab etmirlərsə, onun 

mənası olmayacaq və ya faydalı  məqsədə xidmət etməyəcək. 

Baxışın məqsədlərindən biri təşkilat üzvlərinin ən yüksək səviyyəli 

dürüstlüyə çatmasına ruhlandırmaq və o işçilərin işləri üçün istiqamət 

və məqsəd göstərməkdir. İnandırıcı görünməyən baxış bu işlərin heç 

birinə nail ola bilməyəcək. 

• Cəlbedicilik:Əgər baxış  təşkilat üzvlərini ruhlandırıb səfərbər 

edərsə, o zaman  o cəlbedici olur. İnsanlar istəməlidirlər ki,təşkilatın 

gələcəyi üçün nəzərdə tutulan bu cür gələcəyin bir hissəsi olsunlar.

• Gələcək: Baxış bu günə yox, gələcəyə hesablanır. Baxiş sizin indi 

durduğunuz yer deyil,o sizin gələcəkdə durmaq istədiyiniz yerdir. 

Bu cür baxış bəyanatı təşkilat üçün bir çox nəticələri əldə etməyə imkan 

verir:


• Adamları işə həsr edir və onlara enerji verir: Təşkilat üçün baxışın 

olmasının  əsas səbəblərindən biri, baxışın səfərbəredici təsiridir. 

İnsanlar görəndə ki, təşkilat bu baxışın  əldə olunmasına özünü 

həsr edir -və o təkcə baxış  bəyanatı verməklə bitmir-o təşkilatın 

götürdüyü kursu davam etdirməyə entuziazm yaradır və insanların 

bu baxışı əldə etməsi üçün öhdəliklərini artırır.

• Təşkilatın üzvlərinin həyatlarını mənalı edir. Baxış insanlara özlərini 

böyük butövun  bir hissəsi kimi hiss etməyə imkan verir və onların 

işlərinə məna verir. Düzgün baxış təşkilat daxilində hər kəs üçün bir 

məna daşıyacaq, əgər onlar gördükləri işlərin bu baxışa necə kömək 

etdiyini görsələr.



386

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

• O, standartların  ən yüksək səviyyəsini yaradır: Baxış  ən yüksək 

səviyyəli standartlar müəyyən etməklə çox önəmli funksiya daşıyır. 

Faktiki olaraq, yaxşı baxış ən yüksək standartı təmin etmək deməkdir. 

Əgər baxış  ən yaxşı standarta çatmaqla xarakterizə olunmursa, o 

zaman təşkilat daxilində heç kimi bu işə nə səfərbər edə bilər,nə də 

kökləyə bilər. Standartların ən yüksək səviyyəsi də, həmçinin, daimi 

məqsəd kimi qala da bilər və dürüstlüyü təmin etmə proqramlarını 

stimullaşdırar və həmçinin, təşkilatın dəyər ölçüsü kimi xidmət edər.

•   O bu günü gələcəklə birləşdirir. Düzgün baxış təşkilatı bu gündən 

ayırıb onun diqqətini gələcəyə yönəldir. Bu günün problemləri 

ilə yüklənib,hara getdiyimizi görə bilməmiz asandır. Yaxşı baxış 

gələcəyə yönəldər və müsbət istiqamətlə təmin edər.

Mənbə: Bert Nanus, Visionary Leadership: Creating a Compelling Sense of Direction for 

Your Organiza¬tion (San Francisco: Jossey-Bass, 1992); “Strategic Vision,” in Strategic 

Leadership and Decision Making (Washington, DC: National Defense University Press, 

1997)

Kollins və Hoppas baxışa başqa tərif verməyi təklif edirlər.Konseptual 



baxımdan, onlar baxışın iki elementdən ibarət olduğunu görürlər: Aparıcı 

Fəlsəfə  və Hiss Olunan Görüntü. Aparıcı  fəlsəfəyə “köklü səfərbəredici qi

ymətləndirmə,prinsiplər,dəyərlər və doqmalar sistemi” kimi tərif verilir və 

təşkilatın əsas inanclarindan, dəyərlərindən və məqsədindən doğur, və görün-

tü isə təşkilatın missiyasının açıq ifadə olunması ilə təmin olunur

239


Sadəcə baxışın olması təşkilatı bu gündən gələcəyə daşımağa kifayət et-

mir. Bu gündən gələcəyə keçid, çevik və təşkilatın ənənəsinə uyğun strategi-

yanın olmasını tələb edir. Haşiyə 23.3 əsas dəyişim idarəetmə strategiyaları-

nın xülasəsini və bu və ya digər dürüstlük təmin etmək strategiyasını seçməyi 

şərtləndirən amilləri təqdim edir. 

Dürüstlüyü təşviq etmək və korrupsiya risklərini azaltmaq üçün həm 

baxış, həm də strategiya hərbi təşkilatin bütün üzvləri ilə açıq-aydın 

xəbərləşilməlidir. Belə ki, güclü anti-korrupsiya koalisiyalarına müdafi ə ins-

titutlarından kənardakı maraqlı tərəfl ər də cəlb olunduğundan,baxış və strateji 

yanaşma da geniş hərbi və təhlükəsizlik sektoru və həmçinin, cəmiyyətlə də 

xəbərləşilməlidir. 

Dəyişim idarəetməsində  xəbərləşmələrin həyati mühümlüyü,bu məsələ 

239


  James C. Collins and Jerry I. Porras, “Organizational Vision and Visionary Organizations,” 

California Management Review 34:1 (Fall 1991), 30–52.


387

Dəyişikliyin  Baş Verməsinə   Çalışmaq

ilk dəfə formalaşdırılandan və hazırlanandan bəri təkrarən qeyd edilmişdir. 

Xəbərləşmədə aydınlıq, davamlılıq və daimilik tərəqqi əldə etmək üçün ən 

təsirli yollardır. Xəbərləşmə həmçinin, qarşılıqlı olmalıdır, yəni, rəhbərlik və 

dəyişim nümayəndələri bir- birinə qulaq asmalı və bir-biri ilə danışmalıdırlar. 

Fəal dəstək və sponsorluq da xəbərləşmə üçün həyati sayılır

240

.

Müdafi ə Nazirinin xəbərləşmədə aparıcı rol oynaması  şəxsi öhdəliyin 



açıq təzahürü sayılır və özü-özlüyündə, müdafi ə sektorunda dürüstlüyün 

inkişaf etdirilməsində öz baxışlarını,  şəxsi prioritetlərini və nailiyyətlərini 

xəbərləşərək cəmiyyətin və  hərbi təşkilatın bütün üzvlərinə güclü messaj 

göndərir.



Haşiyə 23.3.  Əsas Dəyişim İdarəetmə Strategiyaları

Təşkilati dəyişiklərin idarəetməsi üzrə  təcrübəli praktiklər dörd əsas 

dəyişim idarəetmə strategiyalarını ayırd edirlər və onların əsasında yerləşən 

əsas səbəb isə aşağıdakılardır:

•  Empirik-Rasional:  İnsanlar düşüncəlidirlər və onlar öz maraqlarını 

dərk etdikləri andan başlayaraq onun arxasınca gedəcəklər. Dəyişiklik 

məlumat xəbərləşməsi və həvəsləndirmələr əsasında baş verir.

•  Normativ-Təlim:  İnsanlar sosial varlıqdırlar və  mədəni norma və 

dəyərlərə riayət edirlər. Dəyişim mövcud normaların və  dəyərlərin 

yenidən müəyyən edilməsi və yenidən düşünülməsi əsasında, bu yeni 

norma və dəyərlərə öhdəliklər hazırlamaqla meydana gəlir.

•  Hakimiyyət-Məcburedici:  İnsanlar ümumiyyətlə, üzüyoladırlar 

və onlara nə desələr və  nəyi məcbur etsələr edəcəklər. Dəyişim 

hakimiyyət səlahiyyətlərinin tətbiqi nəticəsində məcburedici tədbirlər 

vasitəsiylə həyata keçirilir.

•  Mühitə Uyğunlaşma:  İnsanlar itkiyə  və dağıntıya qarşıdırlar, lakin 

onlar yeni şəraitə asan uyğunlaşırlar.  Dəyişim yeni təşkilatın 

yaradılması əsasında olur və yavaş-yavaş keçmiş təşkilatdan yenisinə 

keçir. 

240


  Gregory R. Guy and Karen V. Beaman, Effecting Change in Business Enterprises: 

Current Trends in Change Management, Research Repot R-1371-05-RR (NY: The 

Conference Board, 2005). 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə