ki, arpa, buğda və başqa dənli bitkilər yığılan zaman (biçildikdə) məhsulun
müəyyən hissəsi istər istəməz tarlaya tökülür. Payız yağmurluqları tez başlandığına
görə həmin bitkilər yenidən göyərir. Bu isə xalq arasında ―xora‖ adlanır. Əkinçi
həmin tarlanı yazda şumlayıb yaz bitkiləri üçün (paxlalı bitkilər və habelə bostan
əkini nəzərdə tutulur) istifadə etmədikdə ―xora‖ ikinci dəfə məhsul verir. Strabon
Atropatena və Albaniya ərazisində müşahidə edilmiş bu faktı öz coğrafi əsərində
də göstərmişdir
35
T. Bəhraminin yazdığına görə ―Araz sahili, Muğan və Astara zonasında
illik yağmurluğun miqdarı təqribən 1,5 kubmetrə bərabərdir‖
36
. Muğan səhrasında
isə ardıcıl olaraq üç ay yağıntının olmaması, daima göy-göyərti və rəngarəng
güllərlə örtülmüş bu səhranı quru vadiyə çevirir
37
. Bu səbəbə görə də Muğanda
Araz sahili çıxıldıqda meşə və ağaclara rast gəlmək olmur. Muğan səhrasında
Azərbaycanın qərbinə (Makuya) tərəf getdikcə rütubət tədricən azalmaqla payız
yağıntılar da gec başlayır. Bu səbəbə görə də istər Qaradağ, istərsə də Maku
zonalarında pambıq qozalarının açılmasına təbiət özü şərait yaradır.
T. Bəhrami yazır ki, Qızılüzən zonası dəniz səviyyəsindən 500 - 2500
metr hündürlükdə yerləşdiyi üçün onun iqlimi istər az və istərsə də Xəzər dənizi
sahilində olan sahələrdən nisbətən az rütubətə malikdir. Lakin həmin ərazidə olan
yüksək dağlara qışda həddən ziyadə qarın, yazda isə çoxlu yağışın yağmasına görə
bu ərazi də su ehtiyatı ilə təmin edilmiş olur
38
.
Müəllif Qızılüzən vadisini iqlim şəraiti və məhsuldarlığına görə də iki
hissəyə bölür: hündürlüyü min metrdən aşağı olub və pambıq əkini üçün əlverişli
şəraitə malik olan alçaq dərələr (hal-hazırda da bu sahədə pambıq əkini geniş
yayılmışdır) və Qızılüzənin hündür olub, soyuq və sərt iqlim şəraitinə malik olan
vadiləri. Burada pambıq əkilməsi əlverişli deyildir. Lakin taxıl, yonca və başqa
yem bitkiləri, belə baramaçılıq və tut ağaclarının əkilməsi üçün olduqca
yararlıdır
39
.
Təbriz və Sofiyan zonası hündür olduğuna görə sağlam iqlim şəraitinə
malikdir. Burada müxtəlif meyvə, xüsusilə müxtəlif üzüm növləri yetişdirilir.
Təbrizin iqlim şəraiti baramaçılığa çox əlverişli olduğu üçün barama toxumunun
Təbriz və onun ətraf rayonlarında becərilməsi daha münasibdir.
35
Strabon. Göstərilən əsəri, XI, 13
36
T. Bəhrami. Göstərilən əsəri, s. 162.
37
Muğan haqqında Tağı Bəhraminin verdiyi məlumat təqribən 50-60 il əvvələ, daha dəqiq demiş olsaq,
Riza şahın hakimiyyəti dövrünə aiddir.
Son illər, xüsusən İranda İslam Cümhurisi yarandıqdan sonra Muğan səhrası öz simasını tamamilə
dəyişmişdir. Bu məhsuldar bərəkətli torpaqda yeni-yeni şəhərlər və kəndlər bina edilmiş, ucsuz-
bucaqsız meyvə bağları salınmış, habelə əkin sahələri abadlaşdırılmışdır. Araz çayından yeni su
kanalları çəkilməyə başlamışdır. Beləliklə, Çuğan səhrası keçmiş əzəmətini qaytarmaqdadır.
38
Bax: T. Bəhrami. Göstərilən əsəri, s. 163.
39
Yenə orada.
Dəniz səviyyəsindən 1200-dən 3500 metrə qədər hündürlüyə malik olan
Təbriz, Urmu və onların ətrafına şimal küləklərinin çatmaması bu zonanın təbii
şəraitinə, o cümlədən iqliminin quru olub və yağmurluğun az olmasına təsir edir.
Bu səbəbə gerə də həmin ərazidə payız və qış aylarında yağmurluq olur. Bu
zonanın qışı sərt, baharı isə mülayim keçir. Burada qış tez başlayır.
M. Petrov göstərir ki, Azərbaycanın iqlim şəraiti Lorustandan quru olub
illik yağmurluğu 300 mm-ə bərabərdir. M. Petrovun Azərbaycanın iqlimini quru -
dağ, çöl iqlimi adlandırması həqiqətə daha uyğundur. Oranın qışının sərt və soyuq
olması dağlarda enli yarpaqlı ağacların inkişafına maneçilik törədir. Orada ancaq
kiçik ağaclar və müxtəlif otlar bitir. Dağarası dərələrində iqlimi qışda soyuq olur.
Bu səbəbə görə də burada subtropik bitkilər əmələ gəlib inkişaf etmir. Xəzər dənizi
sahil rayonlarının illik yağmurluq miqdarı 1500 mm-dən artıqdır. Bunun əsas
səbəbi şimalın soyuq hava dalğalarının Xəzər dənizi üzərindən keçib oranın
rütubətini sahildə olan əraziyə çatdırmasıdır. Xəzərin cənub-qərb rayonlarında
rütubətin miqdarı onun cənub-şərq rayonlarından daha artıqdır. Belə ki, Ənzəlidə
yağmurluğun miqdarı 1543 mm olduğu halda, Gürkanda 691 mm-ə qədər azalır
40
.
Ümumiyyətlə, hər bir ölkənin təsərrüfat həyatı məsələləri tədqiq
edilərkən, həmin ölkənin təbii-coğrafi şəraitinin, torpaq növlərinin, yeraltı və
yerüstü sərvətlərinin ilk növbədə öyrənilməsi daha məqsədəuyğundur. Bu səbəbə
görə də biz ilk növbədə həmin məsələnin araşdırılması ilə əsas mövzunun tədqiq
edilməsinə başlayırıq.
Azərbaycanın təsərrüfat həyatı məsələləri indiyə qədər tarixçilərimiz
tərəfindən nisbətən az tədqiq edilmişdir. Məhz həmin səbəbə görə də bu dövrün
işıqlandırılması ən ağır və çətin bir problem olmaqla bərabər, həm də məsuliyyətli
bir işdir. Bu dövrün əsas təsərrüfat məsələləri az-çox sovet tarixçiləri tərəfindən
tədqiq edilmişdir. Burjua tarixçiləri Atropatenanın təsərrüfat həyatı məsələlərini
kifayətləndirici surətdə tədqiq etməmişlər. Bu dövrün özünəməxsus spesifik
xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlərdən biri Atropatena və ona qonşu olan
ölkələrdə yeni istehsal funksiyası olan feodalizmin meydana çıxması və məhsuldar
qüvvələrin özündən əvvəlki dövrə nisbətən inkişaf edərək xalqın təsərrüfat həyatı
məsələlərinin yüksəldilməsinə bilavasitə şərait yaranmasıdır. Quldarlıq quruluşuna
nisbətən feodal istehsal üsulu cəmiyyətin inkişafında yeni, daha yüksək pillə idi.
Atropatenanın ictimai quruluşunun əsasını kənd icmalarında çalışan kəndlilər
təşkil edirdi. Lakin uzaq keçmişdə olduğu kimi, ibtidai icma həyatının qalıqları
yeni istehsal ukladı, dövlət icmaları ilə yanaşı yaşayırdı.
Torpaqların böyuk əksəriyyəti bəzi əyalətlərdə isə bütövlükdə zadəgan
ailələrə məxsus idi. Belə ki, Karenlər ailəsi Midiyada, Suren ailəsi Soistan və
Nişapurda, Sipahbudlar Dehistan, Mehranlar isə Tehran vadisi və Fars əyalətində
40
M. Petrov. Göstərilən əsəri, s. 55.
Dostları ilə paylaş: |