Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

II   FƏSĠL 
 
ATROPATENANIN TƏSƏRRÜFAT HƏYATI 
 
Yer kürəsinin  gözəl təbii-coğrafi sahələrindən biri də  Azərbaycandır. Bu 
ölkə  tarix  boyunca  öz  sərvətinin  bolluğu  və  füsunkar  təbiətinə  görə  başqa 
ölkələrdən  fərqlənmişdir.  Azərbaycan  məhsuldar  əkin  sahələrinə,  ucsuz-bucaqsız 
münbit çöllərə, yüksək zirvələri daima qarla örtülmüş dağlara, göz yaşı kimi duru, 
soyuq güvara suyu olan çeşmələrə, coşğun çaylara, habelə müxtəlif bitki növlərinə 
malikdir.  Azərbaycan  həm  də  bir  sıra  mədəni  bitkilərin  ilk  məskəni  olmuşdur. 
Bizim bu müddəamızı, ilk mənbələrlə birlikdə arxeoloji tapıntılar da təsdiq edir. 
Azərbaycanlılar  qədim  dövrlərdən  etibarən    əkinçiliklə  məşğul  olan  bir 
xalq olmuşdur. 
Azərbaycanda  zərdüşt  dininin  geniş  surətdə  yayılması  və  onun 
ehkamlarında əkinçilik və maldarlığın mədh edilməsi də həmin ərazidə əkinçiliyin 
və  maldarlığın  inkişaf  səviyyəsinə  təsir  göstərən  amillərdən  biri  olmuşdur.  Bu 
səbəbə  görə  də  təsadüfi  deyildir  ki,  vaxtilə  Zərdüştün  özü  əkinçilər  peyğəmbəri 
adlandırılmışdır. 
Avestanın  hissələrindən  biri  olan  ―Vəndidat‖da  göstərildiyinə  görə 
Zərdüşt Ahuraməzdaya müraciətlə belə bir sual verir: ―Ey maddi dünyanın xəllağı 
(yaradıcısı)  və  ey  yeganə  olan  pak  allah.  Torpağı  şövqə  gətirib  münbitləşdirən 
dördüncü  şəxs  kimdir?‖  Çox  güman  ki,  Zərdüştün  dördüncü  şəxsi  göstərməkdə 
məqsədi  IV  təbəqə,  yaxud  sinif  olan  əkinçini  xatırlatmaqdan  ibarət  imiş.  Bu 
müraciətə  Ahuraməzda  belə  cavab  vermişdir:  ―Ən  çox  buğda-arpa,  göy-göyərti 
istehsal  edib  ağac  əkən,  yanmaqda  olan  əkin  sahələrini  becərən,  bataqlıqları 
qurudub əkinçilik üçün yararlı hala salan IV şəxs sayıla bilər‖ (Vəndidad, fəqərə 1) 
Zərdüşt  göstərmişdir  ki,  torpağın  uzun  müddət  istifadə  edilməyib  dincə 
qoyulması, istedadlı əkinçini gözləməsi ona oxşayır ki, gözəl bir qız uzun müddət 
ərsiz  qalıb,  özü  kimi  gözəl  həyat  yoldaşı  tapmaq  xəyalında  olmuşa  bənzəyir. 
Zərdüşt  sonra  soruşur:  ―Ey  Ahuraməzda,  ən  gözəl  torpaq  hara  sayıla  bilər?‖ 
Ahuraməzda cavab verir: ―Ən məhsuldar torpaq...; (Vəndidad, fəqərə 4) 
―Vəndidad‖da sonra göstərilir: ―O şəxs ki, torpağın özünün sağ  əlilə, sol 
əlilə  əkə  (şumlaya),  bu  şəxsi  o  aşiqə  oxşatmaq  olar  ki,  aşiq  öz  məşuqəsi  ilə 
görüşdükdən sonra oğlu olsun; torpaq da bu məşuqəyə oxşayır‖ (Vəndidad, fəqərə 
2, 25, 20). 
Zərdüştün  torpağın  sağ  əli  ilə,  sol  əli  ilə  becərilməsini  (şumlanması)  və 
əksinə  göstərməsində  əsas  məqsədi  şübhəsiz,  əkinçinin  cüt  sürməsindən  ibarət 
olmuşdur. Ona  görə  ki,  əkinçi cüt sürüb torpağı şumlayan zaman  ―xışın‖  tutağını 
əvvəl  sağ  əlilə, qoşqu heyvanlarını vurmaq üçün çubuğu (cüt çubuğu adlanır) isə 
sol əlilə tutur. Sağ əlin vasitəsi ilə cüt sürən öz ağırlığını xışın üzərinə salır, bundan 
məqsəd  xışın  torpağı  üzdən  deyil,  əksinə,  dərindən  şumlanılmasından  ibarətdir. 


Lakin  bu  əməliyyat  zəhmətli  olduğuna  görə  tez-tez  dəyişir  və  cüt  sürən 
dincəlməkdən ötrü tutacağı bəzi hallarda sol əlilə də tutur. Bu hərəkət işin sonuna 
qədər  davam  edir.  Həmin  faktın  ikinci  bir  nəticəsi  ondan  ibarətdir  ki,  Zərdüştün 
dövründə torpağı xışla, daha doğrusu, cüt vasitəsilə şumlayırmışlar. 
Azərbaycan  Respublikası  EA-nın  müxbir  üzvü,  prof.  T.  Bünyadovun 
göstərdiyinə  görə  Azərbaycan  və  eləcə  də  ona  qonşu  olan  ölkələrin  ərazisində 
dəmir və ilk orta əsrlər dövründə cüt əkinçilik forması geniş şəkildə inkişaf edir. 
T. Bünyadov B. B. Piotrovskiyə istinad edərək yazır: ―Ən qədim əkinçilik 
alətlərindən olan  ―cüt‖ çoxdan  məlumdur. Müəyyən  hissələri  metaldan düzəldilən 
cüt hələ eramızdan əvvəl III minillikdən qədim şərqdə işlədilmişdir‖. 
Azərbaycan  ərazisində  yaşayan  tayfalar  hələ  qədim  dövrdən  etibarən 
əkinçiliklə məşğul olur, su kanalları çəkir və bataqlıqları qurudurdular. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  ərazisində  əkinçilik  və  maldarlığın 
inkişafında Zərdüşt dininin rolunu əsas, həlledici amil kimi qəbul etmək olmaz. F. 
Engels ―Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi‖ adlı əsərində göstərdiyi 
kimi,  ―Materialist  anlayışa  görə,  tarixdə  müəyyənedici  amil  nəticə  etibarı  ilə 
həyatın özünün istehsalı və təkrar istehsalıdır. Lakin bu, özü də yenə iki cür olur. 
Bir  tərəfdən  -  yaşayış  vasitələri,  yemək  şeyləri,  paltar,  mənzil  istehsalı,  digər 
tərəfdən  -  insanın  özünün  istehsalı  nəslin  davam  etdirilməsi...‖
19
 Azərbaycanın 
münbit  əkin  sahələrinə  malik  olmasını,  zəhmətkeş  xalqın  tarix  boyunca  əkinçilik 
və  maldarlığa  meyl  göstərməsini  həmin  ərazidə  təsərrüfatın  inkişafına  təsir 
göstərən  həlledici  amil  kimi  qeyd  etmək  olar.  Atropatena  tarixinin  məşğul 
olduğumuz bu dövrünün xüsusiyyəti ondan ibarətdir ki, bu ərazinin iqtisadi-ictimai 
həyatında mühüm irəliləmələr baş vermişdir. 
Beş  əsrə  yaxın  hökmranlıq  edib  öz  vaxtlarını  daima  müharibələrdə 
keçirmiş  olan  parfiyalıların  hakimiyyəti  224-cü  ildə  devrilib,  onların  yerini  yeni 
dövlət  quruluşuna  malik  olan  Sasanilər  tuturlar.  Sasanilər  Parfiya  dövründə 
mövcud  olan  ―tayfalar  hökmranlığına  son  qoyub,  əvəzində  isə  mərzbanlıqlar 
yaratdılar. 
Digər  tərəfdən  Atropatenanın  daxili  inkişaf  qanunları  əsasında  köhnə 
istehsal  münasibətləri  məhsuldar  qüvvələrin  yeni  inkişaf  səviyyəsinə  artıq  uyğun 
gəlməyib,  yeni  istehsal  münasibətlərinin  meydana  gəlməsi  zəruriyyətini  qarşıya 
qoymuşdur.  Beləliklə,  Atropatena    və  Albaniyada    yeni    istehsal  üsulu  olan 
feodalizm  istehsal  münasibətləri  yaranmağa  başlayır.  K.  Marksa  görə,  hər  bir 
iqtisadi  forma  özündən  əvvəlkinə  nisbətən  proqressiv  rol  oynayır  və  insan  
cəmiyyətinin irəliləməsi üçün bir addım atmış olur‖
20

Maddi nemətlər istehsalının səviyyəsindən asılı olaraq ictimai qaydalarda 
ona  uyğun  surətdə  inkişaf  edir.  Əmək  nə  qədər  çox  inkişaf  edərsə,  əmək 
məhsuldarlığının miqdarı - daha doğrusu, cəmiyyətin sərvəti də bir o qədər artıq və 
                                                           
19
 K. Marks, F. Engels. Seçilmiş əsərləri, II cild, Bakı, 1953, s. 168 
20
 K. Marks. Kapital, I cild, Bakı, 1955, s. 517 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə