görə burada olan dəvə yunu Milet yunundan geri qalmırdı. Kaspi dənizi sahilində
olan digər xalq və tayfalar da bu dənizin təbii sərvətlərindən istifadə edirdilər.
Kaspi dənizinin Makedoniyalı İskəndər dövründə hazırkı səviyyəsindən 150 ayaq
yuxarı olduğunu qeyd edirlər. Atropatenanın Ermənistana yaxın olan hissəsi dağlıq
və soyuqdur. Münbit torpağı, geniş düzənlikləri buğda, arpa tarlaları
ilə örtülü, bəzi
hallarda isə bir dəfə əkilib, iki dəfə məhsul verən Atropatena ərazisi olduqca
bərəkətli idi. Xüsusilə Kaspi dənizinin dərinliklərindən qalxan rütubətli və
yağmurlu buludlar bu ərazinin iqlim şəraitinə güclü təsir göstərən amillərdəndir.
Digər tərəfdən zirvələri daima qarla örtülmüş Savalan, Səhənd, Ağrı və digər
dağlardan başlanğıc alan bol sulu çaylar da öz növbəsində Atropatena ərazisinin
istər məhsuldarlığına, istərsə də onun iqlim şəraitinə müsbət təsir edirdi.
Antik və ərəb tarixçilərinin verdikləri məlumata əsasən demək olar ki,
Albaniya (ARRAN) əsasən müasir Şimali Azərbaycanın ərazisini təşkil edirdi.
Antik tarixçilər bu ərazini Albaniya, ərəb müəllifləri isə Aran adlandırmışlar.
Əvvəllər (Arran), sonralar Aran ərazisini şimal-şərqdən Dərbəndə, qərbdən isə
Tiflisə, cənub və cənub-qərbdən Kür çayına qovuşan bir vilayət kimi tanıyırdılar.
Sonrakı dövrlərdə Aranı Şirvan ilə Cənubi Azərbaycan, yəni Kür ilə Araz çayları
arasında yerləşən bir əyalət kimi qeyd edirdilər. Bu ölkənin paytaxtı ərəblərdən
əvvəl Qəbələ, sonralar isə Bərdə olmuşdur.
Məsud Keyhan Midiyanın sərhədləri haqqında deyir: Midiya ―Avesta‖da
Raqa (yaxud Rey) şimaldan Xəzər dənizi, qərbdən Ermənistan, cənubdan Suz,
şərqdən isə Ariya (Harayu) ilə sərhəd olmaqla, onun mərkəzi Ekbatan və yaxud
Hənkmətan (müasir Həmədan) şahın yay düşərgəsi idi. Atropatena və yaxud
Azərbaycan çəmənliklərində çox gözəl at ilxıları bəslənir ki, hər il qatır və
qoyundan başqa onlardan külli miqdarda xərac əvəzinə İran şahlarının xəzinəsinə
təqdim edilirdi
13
.
İranın tarixçiləri, o cümlədən Ə. Kəsrəvi, Cəmaləddin Fəqih, C. Məşkur,
R. İnayət və başqaları Azərbaycanın (Atropatenanın) hətta tarixi sərhədlərini belə
düzgün göstərmirlər. Onlar mənsub olduqları sinfin ideologiyasına qulluq etmək
xatirinə tarixi həqiqətlərə göz yumaraq onu saxtalaşdırırlar. Onlar ancaq Araz
çayından cənubda yerləşən ərazini Azərbaycan (Atropatena) adlandırırlar. Halbuki
qədim yunan və Roma tarixçilərinin verdikləri məlumata görə Atropatenanın şimal
sərhəddi eramızdan əvvəl II əsrdən etibarən Kür çayı sahillərinə kimi uzanmışdır.
VII əsrin erməni mənbələri həmin faktı təsdiq edir. Belə ki, onlar Kaspiananı
(Paytakaran) inzibati nöqteyi-nəzərdən Atropatena ərazisinin tərkibinə daxil edir.
Pəhləvi dilli mənbələrdən biri olan ―Rəftarname-ye Ənu-şirəvan be
xameye xude u‖ adlı əsərdə I Xosrov (Ənuşirəvan 531 - 578) deyir: ―Ölkənin
şimalında olan əyalətləri və onların sakinlərini yaxından görüb tanış olmaq və
şimaldan gözlənilən hücumların qarşısını almaq məqsədilə tikilmiş istehkamları
13
Məsud Keyhan. Göstərilən əsəri, s. 13.