Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

məqbərəsində bina edilmiş çinixana dünyanın  ən gözəl  memarlıq nümunələrindən 
biridir. Buraya  çinixana  adı ona  görə  verilmişdir ki,  binanın divarlarında  hər çini 
qabın  özünəməxsus  sənətkarın  istedad  və  zövqünə  uyğun  olaraq  yeri 
hazırlanmışdır.  Azərbaycan  ustaları  tərəfindən  hazırlanıb  burada  toplanan  çini 
qablar  və  onların  divarlardakı  yerləri  dünyanın  bir  sıra  səyyah  və  sənətkarlarını 
heyrətdə qoymuşdur. 
Vaxtilə  Ərdəbil  xalçaçıları  tərəfindən  toxunulmuş  dünyada  ən  böyük 
―Şeyx  Səfi‖  xalçası  hal-hazırda  İngiltərənin  ―Viktoriya  Albert‖  incəsənət 
muzeyində  saxlanılmaqdadır.  Bu  xalça  Azərbaycanın  ən  gözəl  və  qiymətli  sənət 
nümunələrindəndir.  Ərdəbil  şəhərindəki  İmamzadə  Saleh  abidələri,  Yəqubiyyə, 
İbrahimabad,  Daşkəsən,  Təpə,  Almas  və  Asəf  tacir  körpüləri  də  tarixi 
abidələrdəndir. Bu şəhərin orta əsrlərdə yaşamış görkəmli şəxsiyyətlərindən tarixçi 
İbn Bəzzaz Ərdəbilli, şair Arif Ərdəbilini və başqalarını göstərmək olar. 
Bir sıra tarixçiyə görə, Ərdəbil şəhərinin Sasani şahı Firuz tərəfindən bina 
edilməsi  fikri  irəli  sürülür.  Lakin  Moisey  Xorenatsinin  yazdığına  görə,  Ərdəbil 
şəhəri  eramızın  IV  əsrində  Azərbaycanın  paytaxt  şəhəri  olmuşdur.  Digər  erməni 
tarixçisi Levonda görə IV əsrdə hun tayfaları Ərdəbil şəhərini çapıb talamışdır. 
Ümumiyyətlə,  əlimizdə  olan  faktlar  Ərdəbil  şəhərinin  ən  qədim  tarixə 
malik olmasını göstərir. 
 
ATROPATENADA TĠCARƏT VƏ TĠCARƏT YOLLARI 
 
Hər  bir  ölkənin  qədim  dövrlərdəki  iqtisadi-ictimai  inkişafını,  həmin 
ölkədə  tarixən  mövcud olmuş ticarət və  ticarət yollarının nə  səviyyədə  olması ilə 
izah  etmək  mümkündür.  Atropatena  ərazisinin  coğrafi  mövqeyi,  onun  Şərq  ilə 
Qərb, habelə Şimalla cənub ölkələri arasında yerləşməsi, bu ölkənin Şərqin ticarət 
yolları  qovşağında  olması,  digər  ölkələrdə  olduğu  kimi  oranın  da  iqtisadi 
inkişağına  təkan  verən  əsas  amil  olmuşdur.  Şəhər  həyatının  yaranıb  inkişaf 
etməsində  də  ticarət  yollarının  böyük  təsiri  olmuşdur.  Bu  səbəbə  görə  də 
Atropatenanın bir sıra böyük şəhərləri məhz ticarət yolları üzərində yaranıb inkişaf 
etmişdir. Qazaka, Aqanzana, Fraaspa, Tarmakis, Artabed, Urmayid və başqalarını 
misal göstərmək olar. 
Atropatenada olan bu şəhərlər ticarət yolları vasitəsi ilə Orta Asiya, Yaxın 
və  Orta  Şərq,  habelə  Albaniya,  İberiya  və  Ermənistan  şəhərləri  ilə  daimi  əlaqə 
saxlamışlar. 
Çox güman ki, müasir ticarət yolları bir az dəyişikliklə qədimdə mövcud 
olmuş yoların keçdiyi ərazilərdə yaranmışdır. Əlimizdə olan bir sıra faktlar da bu 
fikri  təsdiq  edir.  Ərəb  müəlliflərinin  əksəriyyəti,  xüsusən  səyyah  və 
coğrafiyaşünasları  qədim  Azərbaycanış  şəhərləri,  habelə  həmin  şəhərlər  arasında 
gedən ticarət və ticarət yollarının məsafəsi haqqında dəqiq məlumat vermişlər. 


Böyük Midiyanın paytaxt şəhəri olan Ekbatanda bir neçə ticarət və hərbi 
yol qovuşurdu. Onlardan biri Ekbatan – Suz – Babil, digər yol isə Ekbatan – Rey 
olmuşdur.  Üçüncü  yol  isə  Ekbatanla  Kiçik  Midiyanın  (Atropaten  Midiyasının) 
paytaxtı  Qazaka  şəhərini  birləşdirirdi.  Qazakadan  bir  yol  Əfrahruda  (Fraataya), 
digəri isə Tabarmeysə, oradan da Urmayidə uzanaraq Atropatenanın qərbində olan 
şəhərləri  birləşdiridi.  Fraatadan  Tarmakis  vasitəsi  ilə  şimal  istiqamətinə  uzanıb 
gedən yol Atropatenanı Albaniya, İberiya, Ermənistan və Şimali Qafqazın şəhərləri 
ilə  birləşdirirdi.  Qazakadan  Ekbatana,  Suza  və  Babilə  gedən  yol  Atropatena 
ölkəsini  İranın  cənub  əyalətləri  və  Mesopotamiyanın  ticarət  mərkəzləri  ilə 
qovuşdurudu.  Suz  vasitəsi  ilə  Persepolisə  (Təxt-e  Cəmşidə),  Partagenə,  Kirmana 
İran körfəzi  sahilində  olan Dilman və  Hormoza gedən  yol  vasitəsi ilə  Atropatena 
İranın  cənub  əyalətləri  ilə  əlaqə  saxlayırdı.  Bu  yolun  bir  şaxəsi  İsfahana  gedirdi. 
Qazakadan  digər  bir  yol  Ekbatandan  keçərək  Reyə,  oradan  Damğana  və 
parfiyalıların  ilk  paytaxt  şəhəri  olan  Səd  darvazaya  (Nisa)  gedirdi.  Atropatena 
şəhərləri bu yol vasitəsi ilə dövrün ən mühüm ticarət yolu olub, şərq ilə qərbi (Çin 
ilə Romanı) qovuşduran məşhur ―İpək yolu‖ cəlb edilmişdi. ―İpək yolu‖ vasitəsi ilə 
Çin, hind və Orta Asiyanın əksər şəhərləri İran, Bizans, habelə Roma şəhərləri ilə 
ticarət  edirdilər.  Məşhur  ―İpək  yolu‖nun  çaparxanaları  da  olmuşdur.  Hadi 
Hidayətinin göstərdiyinə görə ən böyük hərbi yol Babildən başlayıb Diyalə çayına 
keçdikdən  sonra  Zaqros  dağlarını  aşıb  məhsuldar  Kərxə  dərəsinə,  oradan 
Kombadenə  (Bisütun  qayasında  olan  yazılar  buradadır),  oradan  da  Midiyanın 
paytaxtı olan Ekbatana uzanırdı. Ekbatandan bir yol Xuzistana, onun bir şaxəsi isə 
Rey vasitəsi ilə Xəzər dənizi sahilinə, oradan da Atropatenanın paytaxtı Qazakaya 
gedirdi.  Bu  yol  dövrünə  görə  ən  böyük  iqtisadi-hərbi  əhəmiyyətə  malik 
olmuşdur
194

Şimala  doğru  uzanan  yol  Ekbatana  şəhərindən  keçərək  Atropatenaya 
gedirdi.  Digər  bir  yol  Ninevadan  Beyruta,  oradan  isə  Sur  limanına  uzanırdı.  Bu 
yolun  bir  qolu  Nineva  vasitəsi  ilə  Atropatena  şəhərlərini  qovuşdururdu
195

Zuaspadan Rey və Xəzər dənizi rayonlarını birləşdirirdi. 
Qazakadan  Ekbatana,  Ninevaya,  Babilə,  Reyə,  Xəzər  dənizi  sahilinə  və 
Zuaspaya  gedən  yolun  mühüm  iqtisadi  əhəmiyyəti  olmuşdur.  Bundan  başqa 
Trabzona, Kolxidiyaya uzanıb gedən yolun da böyük strateji və iqtisadi əhəmiyyəti 
var idi
196
. Bu dövrün nəqliyyat vasitələri at, qatır, uzunqulaq, öküz, dəvə və qoşqu 
alətləri,  təxte-rəvan  və  müxtəlif  arabalar  olmuşdur
197
.  O  dövrdə  at,  qatır, 
uzunqulaq, dəvə, öküz  və s. ticarət  mallarını bir şəhərdən digərinə daşınılmasında 
mühüm rol oynamışdır. 
                                                           
194
 Hadi Hidayəti. Kuruş Kəbir, Tehran, 1335, s. 27 – 28. 
195
 Yenə orada, s. 49. 
196
 Rəhimzadə. Göstərilən əsəri, s. 49. 
197
 Yenə orada, s. 50. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə