Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

şərq ilə qərbi birləşdirən ən mühüm ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. 
E.  ə.  69-cu  ildə  romalıların  Ermənistanı  tutmaq  istədikləri  vaxt  Atropatena 
hökmdarı  romalılara  qarşı  ermənilərin  müttəfiqi  kimi  çıxış  etdi  və  Tiqranakert 
döyüşlərində  onların  birləşmiş  olduqları  romalılara  güclü  zərbə  endirirdilər. 
Atropatenalılar romalılara qarşı parfiyalılarla da ittifaq bağladılar. 
Strabonun göstərdiyinə görə, bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə 
malik  idi.  Onun  məlumatına  görə  Atropatena  10.000  süvari  və  40.000  piyada 
orduya  malik  olmuşdur.  E.  ə.  36-cı  ildə  böyük  bir  qüvvə  ilə  Şərqə  hücum  edən 
görkəmli sərkərdə Antoni Ermənistanı işğal etdi. Ermənistan çarı Artavazd 16.000-
lik öz silahlı qüvvəsini məcburiyyət qarşısında Antoninin ixtiyarına verdi.  Antoni 
Atropatenanı  tutmağa  tələsirdi.  Ermənistan  çarı  Artavazd  ona  yaz  başladıqda 
hücum etməyi məsləhət gördü. Lakin Antoni onun məsləhəti ilə razılaşmayıb e. ə. 
36-cı ilin payız fəslində 100.000 ordu ilə tələsik Araz çayını keçərək Atropatenaya 
hücuma  keçdi.  O,  atropatenalıların  qış  iqamətgahı  yerləşən  Verra  şəhərini  tutdu, 
onların  yay  iqamətgahı  olan  Fraaspaya  tərəf  hərəkət  etdi.  Fraaspa  atropatenalılar 
tərəfində mərdliklə müdafiə edilirdi. Atropatena hökmdarı, ləyaqətli sərkərdə olan 
II  Artavazd  şəhərin  müdafiəsinə  rəhbərlik  edirdi.  Antoni  tələsdiyindən  10.000 
nəfərlik  ağır  silahlarla  və  qala  uçuran  alətlərlə        silahlanmış  Tatyanusun 
dəstəsindən ayrılmışdı. Bu vəziyyəti  müşahidə edən parfiyalılar romalılara hücum 
edib Tatyanusun başçılıq  etdiyi ordunu darmadağın edib,    özünü isə öldürdülər. 
Bu  hadisəni  eşidən  Antoni    qəzəblənmiş,  tez  bir  müddətdə  Fraaspanın  tutulması 
əmrini  vermişdi.  Vəziyyətin  ağırlığını  dərk  edən  Ermənistan  çarı  Artavazd  öz  
orduları ilə geri dönərək ölkəsinə qayıtmışdı. 
Fraaspanın 
qəhrəmancasına 
müdafiəsi, 
atropatenalıların 
güclü 
müqaviməti,  işğalçılara  qarşı  partizan  müharibəsinin  aparılması,  parfiyalılar 
tərəfindən  Tatyanusun  öldürülüb,  ordusunun  darmadağın  edilməsi  romalıların 
əzmini qırıb onları geri çəkilməyə məcbur etdi. 
Beləliklə,  Fraaspa  ətrafında  məğlub  olan  Antoninin  Atropatenanı  tutmaq 
cəhdi  puça  çıxdı.  Atropatena  hökmdarı  romalılardan  külli  miqdarda  qənimət  və 
hərbi əsir ələ keçirdi. Antoni Atropatena ərazisini tərk etdikdən sonra əldə edilmiş 
qəniməti bölüşdürmək üstündə   parfiyalı IV Fraat ilə Artavazd arasında ziddiyyət 
yarandı.  E  ə.  I  əsrin  son  illərində  bu  ziddiyyətdən  istifadə  edən  Artavazd 
romalılarla  dostluq  əlaqəsi  yaratmağa  başladı.  Artavazd  Antoni  ilə  qohum  oldu. 
Üzərində  Avqustun təsviri və  ―Böyük hökmdar Artavazda‖ sözləri həkk olunmuş 
gümüş  sikkə  də  bu  dostluq  əlaqələrini  təsdiq  edir.  Yeni  müttəfiqlərə  arxalanan 
Artavazd Atropatenadan  qərbdəki  vilayətlərdə fəal  siyasət yürüdürdü. 
E.  ə.  I  əsrin  sonu  eramızın  I  əsrin  əvvəllərində  Atropatenanı  romalılarla 
dostluq  münasibəti  saxlayan  Artabarzan  idarə  edirdi.  O,  bir  müddət  Ermənistan 
taxtında da möhkəmlənə bilmişdi. 
Eramızın 2 - 11-ci illərində Artabarzanın oğlu V Artavazd Atropatena və 
eyni zamanda Ermənistanın da şahı olmuşdur. Atropatenanın sonuncu atropatenalı 


hökmdarı V Artavazd idi. Onun dövrundə Atropatenada Arşakilər sülaləsinin kiçik 
qolunun  əsasını  qoymuş  III  Artaban  hakimiyyət  başına  keçdi.  III  Artaban 
romalıların  ən qəddar düşməni idi.  III Artabanın anası parfiyalı, atası  isə  Atropat 
nəslindən idi. Beləliklə, III Artabanın hakimiyyətindən 
etibarən 
Atropatın 
nəsli  Atropatena,  Ermənistan  hökmdarı  olmuşdur.  III  Artaban  Parfiya  taxt-tacını 
ələ  keçirdikdən  sonra  Atropatenaya  öz  qardaşı  Pakoru  hökmdar  təyin  etmişdi. 
Arşakilər Kiçik Midiyanı III əsrin əvvəllərinə kimi idarə etmişlər. Atropatenanın I - 
II əsrin siyasi həyatında ən əhəmiyyətli hadisələr alanarın ölkəyə hücumları idi. 
Strabonun  yazdığına  görə  Atropatena  hökmdarı  Parfiya  şahları, 
Ermənistan hökmdarı və Suriya  hakimləri  ilə də qohumluq edirdilər
240
.  
III  əsrin  əvvəllərində  İranda  hakimiyyəti  Sasanilər  ələ  keçirdilər. 
Sasanilərin  dövründə  Atropatena  siyasi  müstəqilliyini  tamamilə  itirib  İran 
şahənşahının  dastakertinə  çevrildi.  Lakin  Sasanilər  dövründə  Atropatenanın 
mədəni və dini mərkəz kimi rolu daha da gücləndi. 
Eramızın  ilk  əsrləri  Atropatenada  feodal  münasibətlərinin  yaranması  və 
möhkəmlənməsi  dövrü  idi.  V  əsrin  son  rübündə  başlanmış  Məzdəkilər  hərəkatı 
Atropatenanın, eləcə də bütün İranın daxili həyatında ən mühüm hadisə oldu. IV - 
VI  əsrlərdə  Atropatena    ərazisi  dəfələrlə    köçərilərin  basqınlarına  məruz  qaldı  və 
müharibə meydanına çevrildi. VII əsrdə Atropatena ərəblər tərəfindən işğal edildi. 
Atropatenada  müstəqil  dövlətin  meydana  gəlməsi  və  onunla  bağlı  olan 
hadisələrin  həmin  ərazinin  tarixi  taleyində  böyük  rolu  olmuşdur.  Təkcə 
Azərbaycanın deyil, hətta Asiyanın xeyli hissəsinin qədim dövr və erkən orta əsrlər 
tarixinə  Atropatenanın  təsiri  şəksizdir.  Məhz  Atropatena  dövründə  ―Azərbaycan‖ 
məfhumunun  formalaşmasının,  habelə  onunla  əlaqədar  olan  digər  hadisələrin 
başlanğıcı qoyulmuşdur. Burada ilk dəfə xalq təşəkkül tapmışdır. 
Atropatenada  dövrün  ən  görkəmli  atəşgədələrindən  niri  olan  Azərgəşəsp 
atəşgədəsinin mövcud olması və Sasani şahlarının Mədaindən buraya piyada gəlib 
müqəddəs odu ziyarət etmələri, sonra tac qoymaları bu diyarın hörmət və nüfuzunu 
bir daha artırmışdı. 
Digər  tərəfdən  müqəddəs  dini  külliyyat  olan  Avestanın  Atropatena 
kahinləri  tərəfindən  toplanıb  külliyyat  halına  salınması  təkcə  Atropatena  deyil, 
bütün  İranda  bu  ərazinin  mənəvi  mərkəz  olmasına  canlı  sübutdur.  Bu  ərazi  hələ 
parfiyalılardan əvvəl və onların dövründə dini və mədəni  mərkəz olmuşdur. 
Sasanilərin  hakimiyyəti  dövrünə  gəldikdə,  bu  dini  mərkəz  Zərdüştiliyin 
ibadətgahına  çevrilmişdir.  Ərəb      işğallarından  sonra  Zərdüştilər    ―gəbr‖  
adlandırılaraq təqib edilmiş, atəşgədələr isə məscidə çevrilmişdir. 
 
 
 
                                                           
240
 Strabon. Göstərilən əsəri, XI, 13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə