Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

birləşmiş  orduları  müttəfiq  kimi  vuruşmuşlar.  Digər  tərəfdən  mənşə  etibarilə 
atropatenalı  olan  bir  neçə  şahzadə  Ermənistanda  hakimlik  etmişlər.  Strabonun 
göstərdiyinə  görə  atropatenalıların  parfiyalılar,  ermənilər  və  suriyalılar  kimi 
qonşuları  olmuşdur.  Atropatena  çarları  yeri  gəldikdə  onlarla  qohumluq  əlaqəsi 
yaradırdılar (Strabon. XI, 13). Lakin bir sıra hallarda atropatenalıların ermənilərlə 
əlaqəsi  zəifləyir,  biri  digərinin  ərazisinə  hücum  edir,  müvəqqəti  olsa  da  torpaq 
sahələrini zəbt edirdilər. Ermənistan uğrunda istər Parfiya və istərsə də Sasanilərin 
dövründə Roma ilə İran arasında qanlı döyüşlər baş verir. Bu ölkə uzun illər hər iki 
istilaçının işğallarına məruz qalır. Ermənistanı işğal edən romalılar Atropatena ilə 
də maraqlanır. Belə ki, e. ə. 36-cı ildə Antoni 100 min nəfərlik ordu ilə Araz çayını 
keçib Atropatenə hücum edir; lakin məğlub edilib, geri çəkilməyə məcbur olur. Bu 
zaman  Ermənistan  çarı  II  Artavazd  idi,  o,  özunun  16  min  suvari  ordusunu 
Antoninin  ixtiyarına  verdi.  Lakin  onlar  atropatenalılarla  üz-üzə  gəlməzdən  əvvəl 
yolun yarısından qayıdıb ölkələrinə gəlmişlər. 
Antoni  məğlub  edilib  geri  çəkildikdə  II  Artavazdı  tutub  Romaya 
göndərmiş  və  onun  yerinə  oğlunu  Ermənistanın  hakimi  təyin  etmişdi. 
Atropatenalılar  romalılara  qarşı  parfiyalılarla  da  ittifaq  bağladılar.  Məlumdur  ki, 
parfiyalılar  Selevkiləri  Şərq  ölkələrindən  qovduqdan  sonra  böyük  bir  qüvvəyə 
çevrilib 500 ilə yaxın hökmranlıq etmişlər. Lakin onlar mərkəzləşmiş dövlət deyil, 
tayfalar  hökmranlığı  formasında  böyük  ərazini  idarə  edirlor.  E.  ə.  36-cı  ildə 
Antoninin hücumu zamanı Parfiya çarı IV Fraat idi; o, bu müharibədə Atropatena 
şahı  II  Artavazdın  müttəfiqi  kimi  çıxış  edirdi.  Romalıların  ağır  silahlarla 
yaraqlanan  və  qala  uçuran  alətlərlə  silahlanmış  10000  nəfərlik  dəstələrinə  IV 
Fraatın  süvari  dəstələri  qəflətən  hucum  edib  onları  darmadağın  etdilər.  Antoni 
məğlub  edilib  geri  çəkildikdə,  IV  Fraat  ilə  II  Artavazd  arasında  əldə  etmiş 
olduqları  qənimətin  bölüşdürülməsində  bərk  narazılıq  yaranmışdı.  Bu  zaman  II 
Artavazd  romalıların  yanına  elçi  göndərib  parfiyalılara  qarşı  onlarla  müttəfiq 
olduğunu  bildirməklə,  qohumluq  əlaqəsi,  yaratmağı  təklif  etdi.  II  Artavazdın  bu 
təklifi  romalılar  tərəfindən  hərarətlə  qarşılanmışdır.  Beləliklə,  atropatenalılar 
parfiyalılara  qarşı  romalılarla  müttəfiq,  həm  də  qohumluq  əlaqəsi  yaratdılar. 
Atropatena  şahları  ölkənin  müstəqilliyini  qoruyub  saxlamaq  məqsədilə  yeri 
gəldikdə bu və ya digər ölkə ilə siyasi və diplomatik əlaqələr yaradırdılar. 
E. ə. I əsrin sonu eramızın I əsrinin əvvəllərində Atropatenanı romalılarla 
dostluq  və  diplomatik  əlaqələri  qoruyub  saxlayan  Aryabarzan  idarə  edirdi.  O,  bir 
müddət  Ermənistanın  da  hökmdarı  olmuşdur.  Eramızın  2  -  11-ci  illərində 
Aryabarzanın  oğlu  V  Artavazd  Atropaten  və  eyni  zamanda  Ermənistanın  da  şahı 
olmuşdur. 
Xarakeli İsidor əsas şahlıq yolunda kənarda  yerləşən Atropaten ərazisinin 
adını  çəkir.  O,    Midiya,  Kombaden,        Yuxarı  Midiya  və  Rakiana  (müasir  Rey) 
Midiyasına toxunmuşdur. 


Lakin  Strabon  inzibati  nöqteyi-nəzərdən  deyil,    etnik  və  mədəniyyət 
baxımından Midiyanı iki hissəyə  bölür. O  cümlədən Böyük Midiya  və  Atropaten 
Midiyası (Kiçik Midiya) (Strabon. XI, 13, 1). 
 
 
ATROPATENA  ERAMIZIN ƏRƏFƏSĠNDƏ 
 
Herodotun  məlumatına  görə  Əhəməni  dövləti  I  Daranın  hakimiyyəti 
dövründə inzibati nöqteyi-nəzərdən 20 satraplığa bölünsə də, lakin bu bölgü sabit 
olmamışdır
241
.  Bu  satraplıqlar  içərisində  istər  iqtisadi  və  istərsə  strateji  cəhətdən 
Midiya  (Kiçik  Midiya-Atropatena)  digərlərindən  fərqlənirdi.  Satraplıqlar  mərkəzi 
hakimiyyət  tərəfindən  təyin  edilmiş  canişinlər  tərəfindən  idarə  edilirdi.  Hərbi 
sərkərdə  də  hakimlərə  tabe  idi.  Satraplar  vergi  toplamalı,  hüquqi-inzibati  işlərə 
nəzarət  etməli  və  hərbi  qoşun  dəstələri  təşkil  edib  hazır  vəziyyətdə  saxlamalı  idi. 
İqtisadi cəhətdən zəngin olan Midiya satrapı mərkəzi hakimiyyətə hər il 45 talant 
vergi verməli idi
242
. Əhəməni dövlətinin son dövründə Kiçik Midiya (Atropatena) 
satraplığına Atropat adlı sərkərdə rəhbərlik edirdi. 
Dara  ilə  İskəndər  arasında  gedən  müharibədən  sonra  Böyük  Midiyadan 
ayrılmış  Atropatena  satraplığı  müstəqil  olmasına  görə  digər  əyalətlərdən 
fərqlənirdi. İsidor Atropatena  ərazisinin əsas şahlıq yolundan kənarda yerləşdiyinə 
görə  onun  adını  çəkmir.  O,  Midiya,  Kombaden,  Yuxarı  Midiya  və  Raqa  (müasir 
Rey)  Midiyasına toxunur
243
. Lakin Strabon inzibati  nöqteyi-nəzərdən deyil, etnik 
və  mədəniyyət  baxımından  Midiyanı  iki  hissəyə  bölur:  Böyük  Midiya  və  Atropat 
Midiyası (Kiçik Midiya)
244

Strabonun  göstərdiyinə  görə  bu  ərazi olduqca  məhsuldar və  təbii-coğrafi 
zənginliyə malik olmuşdur
245

Əhəməni 
dövlətinin 
süqutu 
yaxınlaşdıqca 
satraplar 
mərkəzi 
hakimiyyətdən üz döndərib onlara tabe olmamağa çalışırdılar. Onlar müxtəlif etnik 
tərkibə  malik  olan  xalqların  mərkəzi  hakimiyyət  ətrafında  monolit  birliyini  təşkil 
etmək  iqtidarına  malik  ola  bilmədilər.  Mərkəzi  hakimiyyətin  böhran  keçirdiyi 
zaman  ondan  üz  döndərən  satraplardan  biri  də  Qərbi  Midiya  olmuşdur.  Bu 
satraplığın  hakimi  görkəmli  sərkərdə  olan  Atropat  idi.  O,  Əhəmənilərin  son  şahı 
olan  III  Dara  Kodomanın  dövrundə  Kiçik  Midiyanın  hakimi  idi.  III  Daranın 
hakimiyyət  başına  keçməsi  Filippin  başçılığı  ilə  yunan  əyalətlərinin  Makedoniya 
ətrafında birləşdirilməsi dövrünə təsaduf etmiş və beləliklə, Makedoniya İranın ən 
güclü  rəqibi  olmuşdu.  Diodorun  göstərdiyinə  görə  III  Dara  Filipp  ilə  müharibə 
                                                           
241
 Herodot. III, 89, 98. 
242
 Yenə orada, 92. 
243
 İsidor Xaraksi. 4 – 7. 
244
 Strabon. XI, 13, 1. 
245
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə