Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

Atropatenalılar  bəzən  də  romalılarla  qohumluq  əlaqəsi  yaradıb  Parfiya 
şahlarına  qarşı  ittifaq  bağlayırdılar.  Hər  halda  atropatenalıların  başqa  ölkələrə 
nisbətən  parfiyalılarla  iqtisadi  və  ictimai  əlaqələri  daha  möhkəm  və  səmimi 
olmuşdur. 
Məlumdur  ki,  Selevkilərdən  sonra  İran  yaylasında  ən  qudrətli  dövlət 
Parfiya  dövləti  olmuşdur.  Parfiyalıların  əsas      peşəsi  maldarlıq  və  qoyunçuluq 
olmuşdur. 
Lakin  onların  yaşadıqları  susuz,  otlaqsız  və  böyük  qumsallıqlara  malik 
olan  geniş  ərazi  maldarlıq,  habelə  qoyunçuluq  təsərrüfatının  inkişaf  etdirilməsi 
üçün  olduqca  əlverişsiz  idi.  Parfiyalılar  yarımköçəri  həyat  sürür,  vaxtlarını 
müharibələrdə,  yeni  otlaqlar  axtarmaqda,  qonşu  tayfaların  hesabına  varlanıb 
yaşamaqda keçirirdilər. Təqribən 500 ilə yaxın geniş bir ərazidə hökmranlıq etmiş 
parfiyalılar Yaxın və Orta Şərq xalqları ilə daima iqtisadi-ictimai və siyasi əlaqədə 
olduqları  kimi,  uzun  müddət  atropatenalılarla  da  iqtisadi-ictimai,  habelə  siyasi  
münasibətdə  olmuşlar.  Belə  bir  qarşılıqlı  əlaqə  çox  hallarda  atropatenalıların  
xeyrinə  olmuşdur. 
 
ATROPATENANIN ROMA ĠġĞALÇILARINA QARġI 
MÜBARĠZƏSĠ 
 
Atropatena  öz  təbii-coğrafi  şəraiti  ilə  şöhrət  qazanmışdı.  Bu  da  yadelli 
işğalçıların  nəzərlərini  cəlb  edirdi.  Atropatenanın  qiymətli  metal  mədənləri  və 
maldarlıq,  xüsusən  atçılığın  inkişafına  bilavasitə  şərait  yaradan  zəngin  otlaqlara, 
əlverişli  və  hərbi  strateji  mövqeyə  malik  olması  böyük  dövlətlər  tərəfindən  onun 
işğal edilməsi amillərindəndir. Bu səbəbə görə də bir müddət Əhəməni imperiyası, 
sonralar  Selevkilər,  parfiyanlar  və  nəhayət,  romalılar  oranı  işğal  etməyə  səy 
göstərmişlər. İlk dəfə Pompey Mitridatı təqib edən zaman Kür çayına qədər gəlib 
alban  tayfaları  ilə  vuruşdu.  Strabonun  qeyd  etdiyinə  görə  romalılarla  vuruşda 
albanlar o zaman böyük qüvvə - 60 min piyada, 22 min süvari çıxarmaq iqtidarına 
malik  idilər.  Onlar  düz  qılınclarla,  nizələrlə,  cidalarla,  yay  və  oxlarla  silahlanmış 
və  zirehli  paltar  geymişlər.  Silahlanma  səviyyəsinə  görə  albanlar  iberlərdən  və 
ermənilərdən geri qalmırdılar
298

Roma  imperiyası  sərkərdə  Antoni  ilə  Avqust  arasında  bölüşdürüldükdə 
Şərqi  Roma  imperiyası  Antoninin  payına  düşmüşdü.  O,  İranı  işğal  etmək 
məqsədilə  100  min  nəfərlik  qoşunla  Ermənistandan  keçib  Atropatenaya  soxuldu. 
Bu vaxt Parfiya dövlətinin daxilində hakimiyyət uğrunda çəkişmə gedirdi. 
Antoni  Ermənistan  ərazisində  öz  qoşununu  gözdən  keçirdi.  100  min 
nəfərlik bu ordu Asiya xalqlarını təşvişə salmışdı. Antoni Ermənistan şahını özünə 
tabe  edib  onun  ordularının  da    atropatenalılara  qarşı  vuruşmalarını  tələb  etdi. 
                                                           
298
 Strabon. Göstərilən əsəri, XI, 4, 5. 


Artavazd  isə  məcburiyyət  qarşısında  öz  ordularını  Antoninin  ixtiyarına  verdi. 
Antoninin  sərkərdələri  ona  məsləhət  gördülər  ki,  bu  böyük  qüvvə  Ermənistan 
ərazisində  qışladıqdan sonra  yazda  Atropatenaya  hərəkət edib oranı işğal  etsin
299

Antoni  isə  ordu  başçılarının  bu  təklifini  rədd  edib  təcili  Araz  çayını  keçib 
Atropatena ərazisinə daxil oldu. Antoninin bu səfərində Statyanusun başçılıq etdiyi 
10  min  nəfərlik  əsgəri  qüvvə  və  qalauçuran  alətlər  də  olmuşdur.    Antoni 
Atropatena  hökmdarlarının  qış  iqaməti  yerləşən  Verranı  hücumla  aldıqdan  sonra 
Fraaspaya  tərəf  hərəkət etməyə  başladı. 
Geridə  qalan  Statyanusun  orduları  parfiyalıların  ağır  zərbələrinə  məruz 
qalıb  darmadağın  edilməklə  özü  də  onlar  tərəfindən  öldürüldü
300
.  Antoni 
Atropatenanın dağlıq hissəsi ilə deyil; düzənliklərdə Fraaspa şəhərinə yaxınlaşırdı. 
Fraaspa coğrafi cəhətdən möhkəm və əlverişli strateji mövqeyə malik olan ərazidə 
yerləşirdi. Son zamanlarda müasir Təxt-e Süleymanda aparılan arxeoloji qazıntılar 
nəticəsində  atropatenalıların  yay  iqaməti  yerləşən  Fraaspa  şəhərinin  yerində 
möhkəm  bir  qalanın  divarları  aşkar  edilmişdir.  Antoni  atropatenalılar  tərəfindən 
məhz bu qala  ətrafında  məğlub edilmişdir. Antoni Fraaspa şəhərini  mühasirə etdi. 
Şəhərin  uca  hasarlarına  yaxınlaşdıqda  mühasirə  alətlərini,  mancanaqları  özü  ilə 
gətirmədiyinə peşman  oldu. 
Şəhərin  divarları  ətrafında  çoxlu  səngər  tikdirdi  ki,  bəlkə  şəhəri 
mühasirədə saxlayıb onu fəth edə bilsin. 
Yeni  hakimiyyətə  keçmiş  Parfiya  şahı  IV  Fraat  böyük  bir  qüvvə  ilə 
Statyanusun  10  min  nəfərlik  ordusunu  darmadağın  etdikdən  sonra  Antonini 
izləyirdi. Şəhərin Antoni tərəfindən alınması uzanırdı. Havalar get-gedə soyumağa 
başlayırdı.  Digər  tərəfdən  Antoninin  100  min  nəfərlik  ordusunun  azuqə  ehtiyatı 
qurtarmaq  üzrə  idi.  Ermənistan  çarına  gəldikdə  o,  şəhərin  alınmasının  uzandığını 
görüb, 16 min nəfərlik ordusu ilə Ermənistana geri qayıtdı. 
Ermənistan  şahı  Artavazd  Antoninin  bu  səfərdə  müvəffəqiyyət  qazana 
bilməyəcəyini  əvvəlcədən  bilirdi.  Ona  görə  də  onun  Atropatena  üzərinə  payız 
fəslində  hücum  etməsi  əleyhinə  idi.  Digər  tərəfdən  Fraaspa  şəhərinin 
atropatenalılar tərəfindən möhkəm müdafiə edildiyini və parfiyalıların düzənlikdə 
göstərəcəyi  hərbi  məharəti  qabaqcadan  dərk  edirdi.  Nəhayət,  Antoni  məğlub 
edildikdə  ölkəsinin  gələcək  müqəddəratı  onu  düşündürməyə  bilməzdi.  Antoni 
azuqənin azaldığını nəzərə alıb süvari dəstələrinin bir hissəsini atlarını otarmaq və 
piyada  hissələrinə  azuqə  əldə  etmək  məqsədi  ilə  Fraaspaya  birgünlük  yol  olan 
otlaqlara  göndərmişdi.  Bu  dəstə  otlaqlara  çatmamış  parfiyalıların  hücumlarına 
məruz qaldı. Parfiyalıların şiddətli ox yağdırmalarını görən Antoni piyada əsgərlərə 
parfiyalılara  hücum  etmək  əmrini  vermişdir.  Bu  zaman  parfiyalılar  adətləri  üzrə 
qəsdən  qaçmışlar
301
.  Bu  hadisəni  görən  Antoni  sevinmişdi.  Lakin  parfiyalılar  geri 
                                                           
299
 Plutarx. Antoni, XXX, VIII. 
300
 Yenə orada. 
301
 Abbaspur Məhəmmədəli şuştəri. Göstərilən əsəri, s. 109. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə