hakimiyyətdən qovmuşdu. I Artavazd isə bu hadisədən sonra Antoniyə
müraciət
etmiş, həm də onunla qohumluq əlaqəsi yaratmışdır. Antonidən sonra Kiçik
Asiyaya gələn Avqust I Artavazdın xidmətlərini bəyənmiş, onu Atropatenadan
başqa, həm də Ermənistan hökmdarı təyin etmişdir. I Artavazd vəfat etdikdən
sonra Avqust Atropatena hökmdarlığını onun oğlu Aryabarzana tapşırır. Eramızın
20 - 30-cu illərində II Artabarzan romalıların səyi ilə şahlığa çatmasına
baxmayaraq, o, parfiyalılardan asılı vəziyyətə düşmüş və onlara xərac verməyə
məcbur olmuşdu. II Aryabarzanın oğlu II Artavazd Atropatena ilə yanaşı
Ermənistana da şahlıq etmişdir.
II Artavazdan sonra Atropatenanın daxili və xarici siyasətində mühüm
dəyişikliklər baş vermişdir. Belə ki, eramızın I əsrinin birinci yarısından etibarən
Atropatenada Arşakilərin kiçik qolu hakimiyyət başına gəlmiş və bu sülalə
Sasanilərin dövründə də hakimiyyət başında olmuşdur. Bu hadisədən sonra
Atropaten Midiyasında olan siyasi cərəyanlar büsbütün romalıların əleyhinə
olmuşdur. Arşakilər hakimiyyətini ələ keçirən II Artaban öz qardaşı Vanonu
Atropaten Midiyasının hökmdarı təyin edir. Eramızın 10 - 40-cı illərində
hakimiyyət sürmüş Atropaten Midiyasının şahı III Artaban (Ərdəvan) ana
tərəfindən Parfiyanın şimal-şərq zonasında yaşayan zadəgan köçəri tayfasına
mənsub olmuş, atası isə Atropatena şahı idi. III Artaban Atropaten Midiyasında
Arşakilər sülaləsinin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni
olmuşdur. Beləliklə, Atropatın nəsli Artavazdan sonra Atropaten Midiyası ilə
yanaşı bütün İrana və ona tabe olan əyalətlərdə də hökmranlıq etmişlər.
Antik müəlliflərin Midiya və Atropaten Midiyasının sonrakı dövrləri
haqqında olan məlumatlarında ancaq alanların həmin əraziyə iki hücumuna təsadüf
edilir. Alanlar eramızın 72 - 74-cü illəri arasında Xəzər dənizi sahilində olan
əyalətlərə, o cümlədən Atropatenaya basqın etdilər. Alanlar bu zaman geniş ərazi
olan Azov dənizi ilə Xəzər dənizi arasında olan ərazidə yaşayırdılar. Arşakilərin
nəslindən olan Atropaten Midiyasının hökmdarı Pakor da alanların hücumlarının
qarşısını ala bilməmişdi. Parfiya çarı Valagez (Balaş) əlacsız qalaraq bu böyük
təhlükənin qarşısını almaq üçün parfiyalılara düşmən olan Roma imperatoru
Vespasiana müraciət edib kömək istədi. Romalılar parfiyalıların müraciətinə mənfi
cavab verib, alanlar əleyhinə vuruşmada onlara kömək etmədilər. Valagezin
müraciətinin romalılar tərəfindon rədd edilməsinə baxmayaraq romalılarla
parfiyalılar bir müddət sülh şəraitində yaşadılar. İki böyük dövlət arasında olan
sülh uzun müddət davam etmədi. Romalılar parfiyalıların Ermənistan və Fərat çayı
hövzəsində olan tam hökmranlığı ilə razılaşmayıb Arşakilər üzərinə hücum
etmişdilər.
Bu müharibələrdə Arşakilər Atropaten Midiyasının strateji mövqeyindən
istifadə edirdilər.
Arşakilərin kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq III Artaban
və sonra gələn hökmdarlar Atropaten Midiyasının hərbi nöqteyi-nəzərindən