Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

gücləndirməyə səy göstərmişlər. Bu hökmdarlar qüvvətli ölkələrlə iqtisadi-ictimai, 
bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar. 
Atropatena  hökmdarları  (e.  ə.  250-ci  ildən  eramızın  224-cü  ilinə  qədər) 
Arşakilər  hakimiyyət  başına  gələndən  onların  sonuna  qədər  öz  müstəqilliyini 
qoruyub  saxlaya  bilmişlər.  Lakin  Atropaten  Midiyasının  şahları  bəzi  hallarda 
parfiyalılara az miqdarda olsa xərac verirdilər. Müharibə zamanı isə öz orduları ilə 
düşmənlə  vuruşmalı  olurdular.  Bunun  müqabilində  parfiyalılar  atropatenalıların 
daxili  işinə  qarışmır  və  Atropaten  Midiyasının  daxili  qayda-qanunlarına 
toxunmurdular. Atropaten Midiyasının şahları öz müstəqilliyini qoruyub saxlamaq 
məqsədi  ilə  parfiyalılar  əleyhinə  romalılarla  qohumluq  əlaqəsi  yaradıb  həm  də 
diplomatik müqavilələr də bağlayırdılar. 
Atropatın qızı Yutapanın Makedoniyalı İskəndərin sərkərdəsi Perdikka, II 
Artavazdın qızını Antoninin oğlu İskəndərlə evlənməsini misal göstərmək olar. 
Strabonun yazdığına görə, atropatenalıların parfiyalılar və ermənilər kimi 
qüvvətli  qonşuları  olmuşdur;  onlar  qonşuları  ilə  daima  iqtisadi-ictimai  və  siyasi 
əlaqə yaradırdılar
313

 
ATROPATENA ġAHLARININ ġƏCƏRƏ CƏDVƏLĠ 
 
1.— Atropat (Azərbad)—E. ə. 328-ci ildən  hakimiyyətə  keçmişdir. 
2.— Artabazan. III Antioxla sülh müqaviləsi bağlamışdır. 
3.—  Mitridad  (Mehradad)—E.  ə.  67-ci  ildə  II  Tiqranın  qızı  ilə 
evlənmişdir. 
4.— Dara   (Daryuş) — E.   ə.   65-ci   ildə. 
5.— I   Aryabarzan — E.   ə.   30-cu   illər. 
6.— I   Artavazd — E.   ə.   20-ci   il. 
7.— II Aryabarzan— E. ə. 20-ci ildən eramızın 2-ci ilinə  qədər. Bu şəxs 
eramızın  1-ci  ilinə  kimi  Ermənistanın  da  şahı  olmuşdur.  Antoninin  Kleopatradan 
olan oğlu İskəndər II Aryabarzanın bacısı ilə evlənmişdir.  
8.— Artavazd. Atropaten Midiyası həm də Ermənistanın şahı olmuşdur.  
Arşakilərin kiçik qolu. 
1.
 
- Vanon.  
2.
 
-    III  Artaban  (10  -  40-cı  illər).  Anası  IV  Fraatın  qızı,  atası  isə 
Atropatena  hökmdarlarından  olmuşdur.  Beləliklə,  Arşakilərin  kiçik  qolu  olan 
Atropatena  şahları  III  Artabandan  başlayaraq  Ermənistanda  olduğu  kimi,  bütün 
İranda parfiyalıların son dövrünə qədər hakimiyyət başında olmuşlar
314

3.— IV Artaban (Küdarz). 
4.— Küdarz Horavda Vanon (Ermənistanın şahı olmuşdur). 
                                                           
313
 Strabon. Göstərilən əsəri, XI, 13, 3. 
314
 H. Pirniya. Göstərilən əsəri, s. 2460. S. Nəfisi. Fəhəngnameyi parsi, Tehran, 1319, s. 105. A. Fazili. 
Göstərilən əsəri, s. 90 – 93. 


5.— II   Pakor. 
6.— II Valagez. 
7.— III Valagez. 
8.— IV Valagez. 
9.— V Artaban. 
10. —V Valagez. 
Eramızın  224-cü  ilində  Artaban  V  Ərdəşir  tərəfindən  məğlub  edildikdə 
Arşakilər sülaləsinə son qoyulmuşdur. 
Atropatena  hökmdarı  II  Artavazdla  IV  Fraat  arasında  olan  narazılıq  onu 
istər-istəməz romalılarla əlaqəyə girməyə sövq etdi. II Artavazd Roma ilə iqtisadi-
ictimai  və  habelə  siyasi  diplomatik  əlaqə  yaratmaqla  eyni  zamanda  öz  qızı 
Yutapanı Antoninin oğlu İskəndərə ərə verdi. 
II  Artavazd  İskəndərə  Ermənistan  şahlığını  tapşırdı.  Artavazdın  bu 
hərəkəti  ermənilərin  xoşuna  gəlməyin  Antoninin  oğlunu  taxtdan  salıb,  dövləti 
Ermənistanın  keçmiş  hökmdarı  Artavazdın  oğlu  Artaşesə  tapşırmışlar.  Bu 
hadisədən sonra Atropatena şahı II Artavazd kürəkənini müdafiə etmək məqsədilə 
Ermənistana  qoşun  çəkmişdi.  Artaşes  isə  müqavimət  göstərə  bilməyib  IV  Fraata 
sığınmışdı. 
Ümumiyyətlə,  Atropatenada  hökmranlıq  edən  Arşakilərin  kiçik  qolu 
dövründə  bu  dövlətin  istər  daxili  və  istərsə  xarici  siyasətində  parfiyalıların  tam 
nüfuzu qabarıq formada özünü göstərdi. Bundan sonra atropatenalıların romalılara 
rəğbət bəsləmələri gözə çarpmır. 
Beləliklə, Arşakilərin kiçik qolu III Artabandan başlayaraq Atropatena ilə 
birlikdə bütün İran əyalətlərində hökmranlıq etmişdir. 
 
SASANĠ DÖVLƏTĠNĠN YARANMASI. AZƏRBAYCAN 
VĠLAYƏTLƏRĠNĠN SASANĠLƏR TƏRƏFĠNDƏN ĠġĞALI 
 
İranın cənub-qərbində yerləşən Fars əyaləti hələ Əhəmənilərin dövründən 
iqtisadi, siyasi və mədəni cəhətdən başqa əyalətlərdən fərqlənirdi. 
Əhəməni imperiyası Makedoniyalı İskəndər  tərəfindən yıxıldıqdan sonra 
Fars  əyaləti  Selevkilərin  dövründə  öz  müstəqilliyini  nisbətən  qoruyub  saxlaya 
bildi.  Bu  əyalət,  formal  olaraq  parfiyalılardan  asılı  olsalar  da  öz  daxili 
muxtariyyətini  əldən  verməmişdir.  Lakin  digər  asılı  əyalətlər  kimi  Fars  əyaləti  də 
parfiyalılara  vergi  ödəyir,  lazım  gəldikdə  isə  hərbi  dəstələrini  onların  ixtiyarına 
verirdilər. Əldə olan mənbələrin, habelə sikkələrdən məlum olur ki, Fars əyalətinin 
başçıları həm də dinin təbliğ edilməsinə rəhbərlik edirdilər. Elə bu səbəbə görə də 
Əhəmənilər  dövründə  Fars  əyalətində  mövcud  olmuş  mağların  ayinləri  qorunub 
saxlanılmışdır.  Fars  əyaləti  başçılarından  yadigar  qalmış  sikkələrin  üzərində 
müqəddəs  odun  qarşısında  əlində  kaman  duran  dövlət  başçısı,  digər  tərəfdə  isə 
odun  üzərində  dalğalanan  Kavənin  bayrağı  təsvir  olunur.  Digər  tərəfdən  Təxt-e 


Cəmşid Makedoniyalı    İskəndər tərəfindən yandırıldıqdan  sonra Fars  əyalətində 
olan  İstəxr  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyur.  Beləliklə,  İstəxr  şəhəri  Fars 
əyalətinin  iqtisadi-ictimai  və  mədəni  mərkəzinə  çevrilir
315
.  Parfiyalılardan  asılı 
olan  əyalətlər  daima  ayrılmağa  və  müstəqil  olmağa  cəhd  göstərirdilər.  Belə 
əyalətlərdən biri də iqtisadi-ictimai cəhətdən inkişaf etmiş Fars əyaləti idi. 
Parfiya  dövlətinin  yıxılması  haqqında  tarixçi  Təbəri  yazır  ki,  Ərdəşir 
Babəkan  (224  -  241)  qalxıb  Əcəm  ölkəsini  asılı  ölkələr  sistemindən  azad  etdi
316

Beləliklə,  224-cü  ildə  parfiyalıların  hakimiyyəti  devrilib  yerində  yeni  bir  dövlət 
olan  Sasanilər  dövləti  təşəkkül  etdi.  Yeni  dövlət  sülaləsi  olan  Sasanilər  tayfalar 
birliyi  və  yaxud  asılı  dövlətlər  sistemini  ləğv  edərək  mərkəzləşmiş  dövlət 
yaratdılar.  F.  Engels  Sasanilərin  yeni  dövlət  sistemindən  ―Sasanilərin  nizama 
salınmış  İran  monarxiyası‖
317
 kimi  bəhs  etmişdir.  Beləliklə,  Sasanilər  nizamlı  bir 
dövlət quruluşu yaratmış oldular. 
Sasanilər  parfiyalıları  məğlub  etdikdən  sonra  öz  hakimiyyətlərini 
möhkəmləndirmək  məqsədilə  yeni  ərazilərin  işğalına  başladılar.  Hələ  I  Ərdəşirin 
dövründə  Sasanilər  Mesopotamiyanı,  Atropatenanı  və  Orta  Asiyanın  bir  hissəsini 
zəbt  etdilər.  Atropatenanın  iqtisadi  inkişaf  nöqteyi-nəzərdən  qonşu  ölkələrdən 
irəlidə  olması,  digər  tərəfdən  həmin  ölkənin  strateji  mövqeyinin  əlverişliliyi  onu 
hələ  qədimdən  məşhur  etmişdi.  Bu  ərazi  gələcəkdə  Sasanilər  üçün  Ermənistan, 
istərsə  də  Roma  imperiyası  ilə  baş  verə  biləcək  müharibələrdə  mühüm  strateji 
mövqeyə  malik idi. III əsrdən etibarən Atropatenada feodal münasibətləri rüşeym 
halında  olsa  da  təzahür  etməyə  başlayır.  Bu  dövr  həm  də  Atropatenada  Zərdüşt 
dininin  (zərdüştiliyin)  formalaşıb  geniş  yayıldığı  dövrdür.  Məhz  bu  baxımdan  da 
istər I Ərdəşir, istərsə də onun oğlu I Şapur (241 - 272) dövründə Zərdüşt dinindən 
öz  hakimiyyətlərini  möhkəmləndirmək  xatirinə  yeni  bir  ideologiya  kimi  istifadə 
edirlər. Sasanilərin ilk dövründə Zərdüşt dini işğal edilmiş ölkələrdə zorla yayılırdı. 
İranda  III  əsrin  birinci  rübündə  yeni  dövlət  sistemi  olan  Sasani 
hakimiyyətinin  təşkili  və  inkişafını,  adicə  sülalə  dəyişikliyi  kimi  izah 
olunmamalıdır. Bəlkə həmin hadisə bilavasitə dövrün iqtisadi və ictimai şəraiti ilə 
əlaqədar və ondan doğan bir fakt kimi şərh edilməlidir. 
III  əsrdən  etibarən  kəndlilər  və  qulların  ağır  şəraitdə  istismar  edilməsi 
hesabına  artan  əmtəə  istehsalı,  habelə  kənd  təsərrüfatı  məhsullarına,  bədii 
sənətkarlıq  şeylərinə  artan  tələbat,  Atropatenadan  İran,  Çin  və  Hindistana  keçib 
gedən ticarət yollarının toplanması, bütün bu faktlar Atronatenanın iqtisadi-ictimai 
və  siyasi  tarixində  yeni  mərhələnin  başlanması  demək  idi.  Bu  göstərdiyimiz 
obyektiv şəraitdə yeni dövlət sisteminin, daha doğrusu, mərkəzləşmiş hakimiyyətin 
təşkil edilməsini və Atropatenanın zəbt edilməsini tələb edirdi. 
                                                           
315
 В. Г. Луконин. Иран в эпоху первых Сасанидов. Лениниград, 1961, с. 5, 6. 
316
 M. Təbəri. Göstərilən əsəri. 
317
 K. Marks və F. Engels. XXI cild, s. 494. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə