qayıdaraq Antoninin dəstələrinə təkrar hücum etmiş, onların Fraaspa ətrafında olan
səngərlərə dolmalarına mane olmuşlar. Belə bir vəziyyəti müşahidə edən
atropatenalılar (şəhərin müdafiəçiləri) Fraaspanın qapılarını açaraq romalılar
üzərinə gözlənilmədən hücum etmişlər. Vuruşmada atropatenalıların cəsarətli
hücumlarını görən romalılar ağır tələfat verdikdən sonra qaçmağa məcbur
olmuşlar. Bu məğlubiyyətdən qəzəblənən Antoni, bütün ordunun toplanması və
onların 12 - 12 sıraya düzülməsi, hər 12 nəfərdən birinin ―püşk atmaqla‖
öldürülməsi əmrini vermişdir. Antoni geri
çəkilən zaman düzənliklə deyil, dağ yolu
vasitəsilə canını qurtarmağa səy göstərmişdir. Lakin dəhşət içərisində özünü itirən
Antoni yolu tanımadığına görə bir nəfər mardlı bələdçilik edib onu Araz çayı
sahilinə çıxarmışdır. Antoni Fraaspa ətrafından Araz çayına qədər olan məsafəni
27 gün ərzində qət edə bilmişdir. Bir sıra tarixçinin yazdığına görə Antoni
Atropatena vuruşmasında 20 min piyada və 4 min süvari itirmişdir
302
.
Plutarxın yazdığına görə Antoni Atropatenada 10 min nəfərlik döyüşçü
itirmişdir
303
. Romalılar Fraaspa şəhərini mühasirə edib ala bilmədilər. Qışın
yaxınlaşmasını görən Antoni qələbə ümidindən əl çəkərək danışıqlar aparmağa və
geri çəkilməyə məcbur oldu. Bu məqsədlə Antoni öz elçilərinə demişdir: ―Mən
Fraatdan parfiyalılar tərəfindən ələ keçirilmiş Roma bayraqları və əsirlərdən
başqa heç bir şey istəmirəm‖. IV Fraat isə Antoninin bu təklifini rədd etmişdir.
Lakin Fraat Roma ordusu geri çəkilən zaman onlara mane olmayacağını
bildirmişdir
304
. Bu vədə baxmayaraq Roma orduları geri çəkilən zaman Atropatena
və Parfiya orduları romalıları təqib etməyə başlamışlar.
Dion Kassinin yazdığına görə, Antoni ilk hücumunu Beynəlnəhreyndən
Krassın gəldiyi yol ilə başlamaq istəyirdi. Lakin o, e. ə. 37-ci ildə Fərat çayının
sahilinə yetişdikdə parfiyalıların hazırlıq işlərini görüb, buradan keçməyin
mümkün olmadığını nəzərə alaraq Ermənistana tərəf hərəkət etmiştir
305
.
Antoni bu vuruşda 20 min piyada, 4 min süvari, o cümlədən 10 min
Statyanusun ordusu və 7 - 8 min nəfər isə acından həlak olanı itirmişdir ki, tələfatın
hamısı birlikdə 42 min nəfərə çatır. Antoni Atropatena ərazisini tərk etdikdən
sonra, Artavazd ilə IV Fraat arasında əldə edilmiş qənimətlərin bölüşdürülməsində
kəskin mübarizə başlayır. Bu vəziyyətdən istifadə edən Atropatena hökmdarı
parfiyalılardan üz döndərib romalılarla müttəfiq olmaq üçün öz elçilərini Antoninin
yanına göndərir. Antoni Atropatena elçilərini hörmətlə qarşılayır və onlarla Parfiya
əleyhinə ittifaq bağlayır. Romalılarla atropatenalılar arasında ittifaqı
möhkəmləndirmək məqsədi ilə dövrün adətinə görə hər iki dövlət qohumluq
əlaqəsi yaradır. Artavazd öz qızı Yutapanı Antoninin oğlu İskəndərə ərə verir.
302
Plutarx. Antoni, XXXIII.
303
Yenə orada.
304
Yenə orada.
305
Dion Kassi. XXXIX, kitab; 25-ci bölmə.