Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

Bu zaman Midiya ilə əlaqədar olan digər bir tarixi hadisə nəzəri cəlb edir. 
O da II Tiqranın hakimiyyəti dövründə Ermənistanın güclənməsindən ibarətdir (e. 
ə. 93). Tiqran Parfiyanın müvəqqəti zəifləməsindən istifadə edib Midiya ərazisinə 
hücum etməklə bərabər, həm də Atropatenanı özünə tabe edir. Lakin bu vəziyyət 
uzun müddət davam etmir. 
Strabonun  yazdığına  görə  atropatenalıların  parfiyalılar  kimi  qüdrətli 
qonşuları  olmuşdur.  Bu  qonşular  tez-tez  onun  vilayətlərini  kəsib  götürdüklərinə 
baxmayaraq, atropatenalılar müqavimət  göstərmiş  və  çox  vaxt düşmən tərəfindən 
işğal edilmiş  ərazini  geri  qaytarmışlar
263

İstər Midiya, istərsə  də  Atropatena  e.  ə. I  əsrin hadisələrində  mühüm rol 
oynamışdır
264
.  Eramızdan  əvvəl  I  əsrin  birinci  yarısından  etibarən  Atropatena 
romalıların  nəzər-diqqətini  cəlb  edir.  Onlar  Ermənistanda  olduğu  kimi  bu  ərazini 
də özlərinə tabe etməyə cəhd göstərirlər. Romalılar parfiyalılarla aparacaqları yeni 
müharibədə müvəffəqiyyət əldə etmək üçün bu ərazinin strateji əhəmiyyətə malik 
olmasını dərk etmişdilər. Parfiyalılarla romalıların siyasi və diplomatik əlaqələrinin 
kəskinləşdiyi bir dövrdə Antoni (e.  ə. 40-cı ildə) özünü Sezarın varisi  hesab edib, 
onun  tərəfindən  həyata  keçirilməyən  bütün  planların  öhdəsindən  gələ  biləcəyini 
bildirib  fəaliyyətə  başladı.  Antoni  e.  ə.  39-cu  ildə  Kiçik  Asiyaya  gəldi. 
Əhəmiyyətsiz  bir  iş  üstündə  baş  komandanı  vəzifəsindən  kənar  edib,  özü  baş 
komandan keçdi. O, Parfiya əleyhinə müharibə aparmaq üçün böyük və geniş plan 
tərtib  etmişdi.  Antik  müəlliflərin  verdiyi  məlumata  görə  Antoninin  başçılıq  etdiyi 
ordu sayca olduqca çox idi.  Atlı dəstələr  ən ağır silahlarla təchiz  olunmuş xüsusi 
hissələrdən başqa onun ordusu 13-dən 18 legiona qədər idi
265
 Parfiya çarı IV Fraat 
Antoninin hücumunu Fərat çayı sahilində gözləyirdi. Ona görə də bütün qüvvəsini 
Mesopotamiya  ərazisində  yerləşdirmişdi.  IV  Fraatın  bu  hərbi  sirrindən  xəbərdar 
olan Ermənistan çarı II Artavazd öz müttəfiqi Antonini xəbərdar edib, ona düzgün 
istiqamət  verdi:  parfiyalılar  üzərinə  şimaldan  -  Atropat  Midiyası  ərazisinə  hücum 
etməyi məsləhət gördü. 
Ermənistan ərazisində Aptoninin 100 min nəfərdən ibarət qoşun dəstələri  
toplanmışdı.  O  dövrdə  Ermənistan  ərazisində toplaşıb böyük qüvvə olan bu ordu 
Asiya   xalqlarını təşvişə salırdı. Ordu başçıları Antoniyə  məsləhət  gördülər ki, bu 
böyük qüvvə Ermənistan ərazisində  qışladıqdan sonra yazda Atropatenaya hərəkət 
edib işğal etsin. Antoni isə ordu başçılarının bu təklifi ilə  razılaşmayıb təcili Araz 
çayını keçərək Atropaten ərazisinə daxil oldu. Bu səfərdə Antoni ilə hərəkət edib, 
qalauçuran    alətləri  10  min  əsgəri  qüvvə  ilə  birlikdə  gətirən  Statian  da  iştirak 
edirdi.  Antoni  Atropat  Midiyasının  paytaxt  şəhəri  olan  Fraaspaya  (Təxt-e 
Süleymana)
266
 təcili çatmaq üçün Statianın  komandası altında  olan   iki   möhkəm  
                                                           
263
 Strabon. Göstərilən əsəri, XI, 13, 3. 
264
 İsidor Xaraksi. Göstərilən əsəri, 6. 
265
 A. S. Raulinson. Göstərilən əsəri. X, 184, I, s. 113. 
266
 Yenə orada. 


zirehli  legionu geridə qoymuşdu  (e. ə. 36-cı ildə). Antoni şəhəri mühasirə etdikdə 
qalauçuran silahlarla təchiz olunmuş legionları gözləməli oldu. Romalıları izləyən 
parfiyalılar  arxada qalmış hərbi legionlar  üzərinə  hücum  edib  onları tamamilə 
məhv edib qiymətli hərbi ləvazimat olan qaladağıdan alətləri ələ keçirdilər. Antoni 
bu  ağır,  gözlənilməz  tələfatı  bərpa  edə  bilməyib  çıxılmaz  vəziyyətə    düşdü. 
Qalauçuran  silahların  əldən  çıxması  Antonini  Fraaspa  şəhərini  işğal  etmək 
imkanından  məhrum  etdi.  Şəhəri  uzun  müddət  mühasirədə  saxlamaq  üçün  də  o, 
böyük  ordusunu  da  iqtisadi  cəhətdən  təmin  etmək  iqtidarına  malik  deyildi.  Digər 
tərəfdən  yerli  əhali  (atropatenalılar)  düşmənin  süvarilərdən  ibarət  kiçik  hərbi 
dəstələrini də məhv edirdi. Lakin onlar böyük dəstələrə qarşı cürət edib hücum edə 
bilmirdilər
267

Çarəsiz qalan Antoni Fraaspa şəhərinin ətrafında çoxlu səngər qurulması 
əmrini verdi ki, bəlkə bu yolla şəhəri fəth edə bilsin. Lakin onun bu tədbiri də baş 
tutmadı. Digər tərəfdən Antoni aclığa məruz qalan süvari dəstələrinin bir hissəsini 
atlarını otarmaq üçün bu şəhərdən birgünlük yol olan otlağa göndərdi. Bu dəstə isə 
otlaqlara  çatmamış,  parfiyalıların  hücumuna  məruz  qaldı.  Antoni  özü  də  bu 
süvarilərin  içərisində  idi.  Parfiyalıların  şiddətli  ox  yağdırmalarını  görən  Antoni 
piyada  əsgərlərə  parfiyalılara  hücum  etmək  əmrini  verdi.  Bu  zaman  parfiyalılar 
qəsdən  qaçdılar.  Bu  hadisəni  parfiyalıların  məğlubiyyəti  kimi  qəbul  edən 
Antoninin sevinci uzun çəkmədi. Parfiyalılar geri qayıdaraq onun dəstələri üzərinə 
yenidən  hücum  edib  şəhər  ətrafında  tikdikləri  səngərlərə  yaxınlaşmalarına  mane 
olmuşlar.  Digər  tərəfdən  atropatenalılar  romalılar  tərəfindən  mühasirə  edilmiş 
şəhərdən çıxaraq onlarla qarşılaşdılar. Bu toqquşmada romalılar böyük tələfat verib 
qaçmağa  məcbur  oldular.  Bu  məğlubiyyətdən  qəzəblənən  Antoni  şəhərin 
mühasirəsindən  əl  çəkdi.  Beləliklə,  Atropat  Midiyasının  eramızdan  əvvəl  baş 
vermiş I əsrin hadisələrində görkəmli rolu olmuşdur. 
Məlum  olduğu  kimi  Antoninin  hücumu  zamanı  Atropat  Midiyası 
romalıların  müharibə  meydanı  olmuşdur.  Oranın  paytaxtı  olan  Fraaspanın 
qəhrəmanlıqla  müdafiə  edilməsi  Antoninin  Parfiya  ilə  apardığı  müharibə  planının 
alt-üst edilməsinə səbəb olmuşdur. 
Antoni  Atropatenadan  geri  çəkilərkən,  özünə  yaxın  adamlarının 
məsləhətinə görə düzənliklə deyil, təpəlik və dağlıq rayon yolunu seçmişdi. Bir sıra 
müəlliflərin  məlumatına  görə  Antoniyə  geri  çəkilərkən  bir  nəfər  Mardlı  əsir 
bələdçilik  edirdi
268
.  Roma  ordusunun  olduqca  ehtiyatlı  geri  çəkilməsinə 
baxmayaraq,  onlar  xəstəliyə,  aclığa,  sərt  iqlim  şəraitinə,  habelə  Atropatena  və 
parfiyalıların təqib hücumlarına məruz qalıb tələfata uğrayırdılar. 
Atropatenalıların  düşmənə  qəhrəmancasına  müqaviməti  Antoninin 
hiyləgər planlarını puça çıxartdı. Romalılar bu müharibədə həddən artıq itki verdi. 
Plutarxın yazdığına görə romalılardan bu vuruşmada 20 min piyada, 4 min süvari 
                                                           
267
 Plutarx. Antoni, 39. 
268
 Həsən Pirniya. İran-e bastan ya tarix-e müfəssəl-e İran-e qədim. Tehran, 1331, s. 2455. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə