Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

ATROPATENANIN   QONġULARI 
 
Makedoniyalı  İskəndər  ilə  III  Dara  arasında  baş  vermiş  3  böyük 
vuruşmada e. ə. 334-cü ildə Pranik, e. ə. 333-cü ildə İss (e. ə. 332) və  e. ə. 331-ci 
ildə  Qavqameldə        (Arrian.  I,  IV)  4;  Diodor.  XVII,  69—7;  Plutarx.  51)    İran 
orduları məğlub olmuşlar. Plutarxın yazdığına görə Makedoniyalı İskəndər Daraya 
Qavqameldə  Gavgamel    ―dəvə  evi‖,    ―dəvə  saxlanılan  yerə‖  deyilir.  Gəməl  və 
yaxud cəməl dəvə mənasındadır. Arrianın  yazdığına görə  bu müharibədə iranlılar 
bir  milyon  piyada  və  400  min  nəfər  süvariyə  malik  idi.  Plutarx  hər  birini  bir 
milyon, Diodor isə 800 min piyada, 200 min nəfər süvari göstərir. Bu  rəqəmlərin 
hamısı  şişirdilmişdir.  İran  ordusunun  say    etibarı  ilə  çox  olmasına  baxmayar 
Əhəməni  imperiyasına  Makedoniyalı  İskəndər  son  qoymuş  oldu.  Satraplıqlarda 
Əhəmənilərin ağır vergi və  mükəlləfiyyətlərindən cana  gələn geniş xalq kütlələri 
imperiyanın  qalıqlarına  qarşı    amansız  mübarizəyə  başladılar.  Antik  mənbələrin  
göstərdiyinə görə hələ İskəndərin hücumundan əvvəl III   Artakserkisin dövründə 
Əhəməni  imperiyasının  daxilində  bir  sıra  satraplıqlarda  mərkəzi  hökümətə  qarşı 
çıxışlar  baş  vermişdi.  Buna  Midiya  və  kadusların  satraplıqlarını  misal  göstərmək 
olar.  III  Artakserkisin  cəhdlərinə  baxmayaraq  kaduslar,  amardlar  və  gellər  tabe 
olmamış və dağlıq rayonlarda mübarizəni davam etdirmişlər. III Dara Kodumanın 
dövrünə  gəldikdə  isə  bu  zaman  ölkənin  vəziyyəti  nəinki  sabitləşməmiş,  əksinə, 
satraplıqlarda    narazılıq daha da artmışdı. 
Ardı-arası  kəsilməyən  daxili  və  xarici  müharibələrin  ağırlığı  kəndlilərin 
üzərinə  düşürdü.  Bu  səbəbə  görə  də  bir  sıra  əkin  sahələri  qul  əməyinin  törətdiyi 
ağır şərait nəticəsində bərbad hala düşmüş və istənilən məhsulu əldə etməyi qeyri-
mümgün  etmişdi.  E.ə.  IV  əsrin  sonuncu  rübündə  imperiyanı  bürümüş  siyasi, 
iqtisadi böhran onun süqutuna bilavasitə şərait yaratmışdır. 
Mənbələrdə  Midiya  satrapı  Atropatın  Qranik  və  İss  müharibələrində 
iştirakı  haqqında  məlumata  təsadüf  edilmir.  Atropatın  ancaq  Qavqamel 
döyüşlərində iştirakı haqqında xəbər vardır. Çox güman ki, Atropat hər üç döyüşdə 
iştirak etmişdir. 
Arrianın göstərdiyinə görə, Qavqamel döyüşündə Daranın süvari kəşfiyyat 
dəstəsinə  başçılıq  edən  Atropatın  bölməsində  yarımmüstəqil  kaduslar,  albanlar  və 
sakasenlər də iştirak edirdi (Arrian. Anabazis. III, 4, 8). 
Məlum olduğuna görə kaduslar, albanlar, sakasenlər, karduxlar, amardlar, 
kassitlər və Luristanın dağ sakinləri atropatenlərlə möhkəm əlaqədə olmuşlar. 
Atropat  İskəndərlə  qarşılaşmamışdır.  Midiya  satrapı  Oksidat  özünü 
doğrultmadığına görə İskəndər onun yerinə Atropatı satrap təyin etmişdi. 
Beləliklə,  o,  Kiçik  Midiya,  Atropat  Midiyası  ilə  birlikdə  qonşu 
satraplıqların  da  hökmdarı  olmuşdur.  Atropat  istedadlı  sərkərdə,  böyük  dövlət 
xadimi  və  uzaqgörən  olduğuna  görə  Oksidatdan  fərqlənməklə,  İskəndərin  dərin 
etimadını qazana bilmişdi. 


Belə  bir  tarixi  prosesin  nəticəsində  Midiya  Atropaten  dövləti  yaranmış 
oldu (e. ə. 328). Bu dövlətin ərazisinə indiki Cənubi Azərbaycan, Kürdüstanın bir 
hissəsi və Şimali Azərbaycanın iki tarixi əyaləti (Kaspi və Bosoroped) daxil idi. 
Strabonun  göstərdiyinə  görə  Atropatenanın  (Kiçik  Midiyanın)  sərhədləri 
belə olmuşdur: ―Bu ölkə Ermənistan və Matianadan şərqə, Böyük Midiyadan qərbə 
tərəf,  habelə  hər  iki  ölkədən  şimala  tərəf  yerləşmişdir.  Cənubdan  isə  o,  Hirkan 
dənizinin  çökəkliyinə  yaxın  əyalətlər  və  Matiana  ilə  həmsərhəddir‖  (Strabon.  XI, 
13).  Orta  əsr  ərəb  coğrafiyaşünası  İbn  Havqəlin  yazdığına  görə:  ―Bu  ölkələri 
şərqdən  Cibal  və  Deyləm,  həmçinin  Xəzər  dənizinin  qərb  hissəsi,  qərbdən 
Ermənistan  və  Cəzirənin  (Mesopotamiya  ərazisi)  bir  hissəsi,  şimaldan  allanlar  və 
Qafqaz  dağları,  cənubdan  İraq  hüdudları  və  Cəzirənin  şərq  hissəsi  əhatə  edirdi‖ 
(İbn Havqəl. Surət əl-ərz. Tərcümə Cəfərşüar, Tehran, 1345, s. 18). Bundan başqa, 
İbn Havqəl Ərməniyyə, Arran və Azərbaycanı bir iqlim hesab edir (yenə orada). 
Ərəb  coğrafiyaşünası  İstəxriyə  görə:  ―Azərbaycan  şərqdən  Kuhistan  və 
Xəzər dənizi, qərbdən Ermənistan  və  şimaldan  Alan, Qıbq  dağları, cənubdan  İraq 
və Cəzirə ilə həmsərhəddir‖ (Əbu İbrahim İstəxri. Məsalik vəl-məmalik. Tərcümə 
İ. Əfşar. Tehran, 1340, s. 24 - 25). 
Mənbələrin  dövr  fərqini  nəzərə  almasaq  demək  olar  ki,  hər  üç  məxəzin 
məzmunu təqribən eynidir. 
Atropatenada  müstəqil  dövlətin  yaranması  ilə  əlaqədar  ölkə  daxilində 
hərc-mərcliyə,  ağır  müharibə  xərclərinə  və  insan  itkisinə  son  qoymaqla    bərabər  
nəticə təsərrüfat həyatının canlanması, məhsuldar qüvvələrin, həmçinin sənətkarlıq, 
habelə ticarətin inkişafına olduqca müsbət təsir göstərdi. 
Atropatena dövləti öz qonşuları olan İberiya, Ermənistan, Şimali Qafqaz, 
Volqaboyu,  Qara  dəniz  sahili,  Kiçik  Asiya,  Mesopotamiya,  İran,  Hindistan  və  s. 
xalqlarla mədəni və ticarət əlaqələri saxlayırdı.  
Ellinizm  dövrundə  Atropatena,  xüsusilə  Roma  və  Yunanıstanla  geniş 
iqtisadi əlaqələr yaradır. Bu zaman Şərq ölkələrində olduğu kimi, burada da yunan 
dili,  elm,  təhsil,  ədəbiyyat,  insəsənət  və  digər  təsisatlar  yaranır.  Avromanda  (İran 
Kürdüstanı)  aşkar  edilmiş  yunan  dilindəki  sənədlər,  Təxt-e  Süleyman,  Ərşəq 
(Germi)  və  digər  qazıntılardan  əldə  edilmiş  müxtəlif  tapıntılar  bu  əlaqənin  nə 
səviyyədə  olduduğunu  göstərir.  Tapıntılarda,  yunan  normalarının  Atropatendə 
həyata  keçirilməsi  göstərilir.  Bundan  başqa  şüşə  məmulatı,  bəzək  şeyləri,  silahlar 
və  ellin  dövrünün  sikkələrinin  Atropatena,  habelə  Albaniya  ərazisindən  tapılması 
Roma,  Yunanıstan,  Makedoniya,  Kiçik  Asiya  xalqları  ilə  Atropatena  xalqının 
iqtisadi və mədəni əlaqəsinin yüksək səviyyədə olduğunu təsdiq edir. 
Atropatenanın  qonşu  ölkələrlə  iqtisadi-ictimai  və  siyasi  əlaqələri  onun 
beynəlxalq nüfuzunun artmasına  kömək  etmişdir. 
Ermənistanın  tarixində  Atropatenanın  rolu,  ümumiyyətlə,  böyükdür. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  əsrlər  boyu  qonşuluqda  yaşayan  xalqlar  arasında 
geniş mədəni və ticarət əlaqələri mövcud olmuş, yadelli işğalçılara qarşı iki xalqın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə