Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

dövründə, istərsə də Atropat sülaləsinin fəaliyyəti zamanı bu ərazi iqtisadi-ictimai 
və  mədəni  həyatın  inkişafı  nöqteyi-nəzərdən  qonşu  ölkələrdən  xeyli  öndə  idi.  Bu 
göstərdiyimiz iqtisadi-ictimai inkişafı yazılı mənbələr, habelə Ərdəbil, Maku, Təxt-
e  Süleyman  və  Xəzər  dənizinin  cənub  və  qərb  rayonlarında  aparılmış    arxeoloji  
qazıntıların  nəticələri də təsdiq edir.  
Atropatena  ərazisi  hələ  qədimdən  faydalı  metalların  bolluğu  ilə  şöhrət 
tapmışdı.  Bu  ərazidə  qızıl,  gümüş,  mis  və  dəmir  mədənləri  mövcud  olmuşdur. 
Urmu  gölündən  əldə  edilmiş  duz  qonşu  ölkələrə  də  ixrac  edilirdi.  Atropatena 
ərazisində  zeytundan  hazırlanmış  məhsul,  ipək  və  yun  parçalar,  xüsusən  atçılıq 
olduqca inkişaf etmişdir. 
Atropatenada  müstəqil  dövlətin  yaranması  ölkənin  təsərrüfatının 
canlanmasına,  məhsuldar  qüvvələrin,  həmçinin  ticarət  və  sənətkarlığın  inkişafına 
olduqca  müsbət  təsir  göstərmişdir.  Bir  sıra  mənbələrdə  göstərildiyi  kimi  qədim 
dövrlərdə  bu  ərazidə  məbəd  təsərrüfatı  inkişaf  etmişdi.  Ən  məhsuldar  torpaqlar 
Zərdüşti  kahinlərin  əlində  idi.  Atropatena  ərazisində  quldarlıq  quruluşu  inkişaf 
səviyyəsinə  görə  hələ  Atropatena  dövlətinin  təşkilindən  əvvəl  qonşu  əyalətlərdən 
irəlidə  idi.  Ölkənin  iqtisadi-ictimai  inkişafı  ilə  bilavasitə  əlaqədar  olaraq  orada 
yeni-yeni şəhərlər salınırdı.  
Strabonun  göstərdiyinə  görə,  Atropatena  hakimlərinin  Qazaka  və  Verra 
adlı  iki  paytaxt  şəhəri  olmuşdur
238
.  Qazakada  bu  sülalənin  yay,  Verrada  isə  qış 
iqamətgahı yerləşirdi. Qazaka şəhərində hələ Midiya dövləti dövründən daha əvvəl 
müqəddəs sayılan Şərqin ən mühüm atəşpərəstlik məbədlərindən biri mövcud idi. 
Atropatena  qonşu  Zaqafqaziya  xalqları,  Şimali  Qafqaz,  Volqa  boyu 
xalqları, Qara dəniz sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistan və 
s.  yerlərdə  ticarət  əlaqələri  saxlayırdı.  Atropatena  dövlətinin  möhkəmlənməsi  və 
inkişafı  ellinizm  dövrünə  aiddir.  Bu  dövrdə  ayrı-ayrı  ölkələr  arasında  iqtisadi  və 
ticarət əlaqələri daha da canlanırdı. 
Şərq  ölkələrində  müxtəlif  yunan  təsisatları,  yunan  dili,  elmi,  təhsili, 
ədəbiyyat  və  incəsənəti  geniş  yayılmışdı.  Bunu,  Avromanda  (İran-Kürdüstanı) 
aşkar  edilmiş  yunan  dilindəki  sənədlər  də  sübut  edir.  Bu  sənədlər  yunan  hüquq 
normalarının Atropatenada da işlədildiyini göstərir. Buna baxmayaraq Selevkilərin 
hökmranlıq  etdiyi  Böyük  Midiyaya  nisbətən  Atropatenada  ellinizmin  rolu  və 
əhəmiyyəti xeyli az idi.        
 
Ehtimal ki, e. ə. IV əsrin sonuncu onilliklərində müstəqilliyini saxlamağa 
çalışan  Atropat  və  onun  yaxın  varisləri  keçmiş  İranın  bütün  satraplıqlarını  ələ 
keçirərək  ―mərkəzləşdirmə‖  siyasəti  yürüdən  Selevkilərlə  kəskin  mübarizə 
aparmalı  olmuşdur.  E.  ə.  III  əsrin  ikinci  yarısında  Atropatenanın  sərhədləri  xeyli 
genişləndirilirdi.  Bununla  belə  e.  ə.  III  əsrin  20-ci  illərinin  sonunda  görkəmli 
sərkərdə və dövlət xadimi, Atropatena hökmdarı olan Artabaz Selevki hökmdarı III 
                                                           
238
 Strabon. Göstərilən əsəri, XI, 13. 


Antioxun hakimiyyətini tanımağa məcbur olmuşdu. Lakin bu hadisə uzun sürmədi. 
Artıq e. ə. II əsrin  60-cı  illərində Atropatena yenidən  müstəqil siyasət yürütməyə 
başladı.  E.  ə. II  əsrin təqribən ikinci  yarısında  Atropatenada  parfiyalıların nüfuzu 
gücləndi.  Atropatena  hökmdarları  keçmişdə  olan  diplomatik  siyasətlərini  davam 
etdirərək  parfiyalılarla  qohumluq  əlaqəsi  yaradır,  onların  rəğbətini  qazanır,  bu  və 
ya  digər  ölkə  ilə  parfiyalıların  aparmış  olduqları  müharibələrdə  onlara  iqtisadi  və 
hərbi cəhətdən kömək edirdilər. Bəzi hallarda Atropatena hökmdarları parfiyalılara 
qarşı  mübarizədə  romalılarla  müttəfiq  olurdu.  Atropatena  hökmdarları  öz 
müstəqilliyini  qoruyub  saxlamaq  məqsədi  ilə  qonşu  ölkələrdə  baş  vermiş  bütün 
siyasi  hadisələrdən  bacarıqla  istifadə  edirdilər.  Buna  görə  də  onlar  parfiyalıların 
süqutu  və  Sasanilər  hakimiyyətinin  yarandığına  kimi  öz  müstəqilliyini  qoruyub 
saxlaya bilmişlər.  
Parfiyalıların  az  bir  müddət  ərzində  böyük  bir  qüvvəyə  çevrilməsinin 
obyektiv  səbəbi  vardı.  Parfiyalıların  Şərq  xalqlarının  Selevki  hakimiyyətindən  və 
istismarından qurtarmağa  çalışan xilaskar rolunda  çıxış etmələri,   yunanlar,  sonra 
isə romalılar əleyhinə mübarizə aparmaları onların Atropatenada və eləcə də digər 
qonşu əyalətlərdə müvəffəqiyyətləri üçün əlverişli şərair yaratdı. 
Atropatenanın  qonşu  ölkələrlə  iqtisadi-ictimai  və  siyasi  əlaqəsi  onun 
beynəlxalq nüfuzunun artmasına  kömək etmidi. Lakin bu  əlaqələr qonşu ölkələrlə 
bir  səviyyədə  aparılmayıb,  bəziləri  ilə  dəyişən  xarakter  daşımışdır.  Misal  üçün, 
Atropatena ilə Ermənistan arasında olmuş  əlaqələr  dəyişkən xarakter daşımışdır. 
Ermənistanın  tarixində  Atropatenanın  rolu,  ümumiyyətlə,  böyükdür.  Əsrlərlə    
qonşu  yaşamış  xalqlar  arasında  geniş  mədəni  və  ticarət  əlaqələri  mövcud  idi. 
Yadelli  işğalçılara  qarşı  bir  sıra  müharibələrdə  də  Atropatenanın  Ermənistanla 
birgə hərəkət edib və  müttəfiq olduqları gözə çarpır. Digər tərəfdən  mənşə etibarı 
ilə  atropatenalı  olan  bir  sıra  şahzadələr  müəyyən  vaxtlarda  Ermənistanın  hakimi 
olmuşdur.  Lakin  bir  sıra  hallarda  iqtisadi,  mədəni  və  qohumluq  münasibətləri 
pozulurdu.  Atropatenalıların  Ermənistan  taxt-tacına  yiyələnmək  planları,  hətta 
qonşu ölkə  ərazisini tutmaları faktları ilə  yanaşı,  öz  növbəsində  erməni çarlarının 
da Atropatena torpaqlarına hücumu məlumdur. 
Strabonun  göstərdiyinə  görə,  e.  ə.  I  əsrdə  Ermənistan  çarı  II  Tiqran  öz 
yeznəsi  olan  Mitridatın  (Mehrdadın)  torpaqlarına  hücum  edib,  Sumbaki  adlanan 
yeri tutub öz ölkəsinə  qatmışdı.  Lakin bu hadisə  uzun  müddət davam etməyib, II 
Tiqran tərəfindən işğal edilmiş ərazini yenidən Atropatenaya birləşdirmişdir
239

Bundan  başqa  e.  ə.  I  əsrin  axırlarında  Atropatena  hakimləri    Ermənistan  
taxtında  möhkəmlənmək üçün  səy  göstərirdilər. 
Selevkilərin  parfiyalılar  tərəfindən  Şərq  ölkələrindən  qovulmasından 
sonra  yeni  və  güclü  olan  romalılar  parfiyalıların  ən  qorxulu  rəqibi  kimi  səhnəyə 
çıxdılar.  Romalılar  Ermənistanı  və  ona  qonşu  olan  digər  ölkələri,  eyni  zamanda 
                                                           
239
 Strabon. Göstərilən əsəri, XI, 13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə