Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

Midiyaya,  Xorasana  və  Baktriyaya  gəlib  məskən  salmağa  başladılar.  Ammian 
Marselli,  İsidor  və  b.  İranda  məskən  salmış  yunanlardan  idilər.  Raulinsonun 
göstərdiyinə  görə,  ancaq  Beynəlnəhreyndə  olan  yunan  şəhərlərinin  sayı  35-ə 
çatırdı
219
.  Bu  şəhərlər  İskəndərin  canişinləri  dövründə  müstəqil  olmuşlar.  Həmin 
dövrdə  bu  şəhərlərdə  sənətkarlıq  və  ticarət  sürətlə  inkişaf  etməyə  başladı.  O 
cümlədən  Böyük  Midiyada,  müasir  İraqi-Əcəmdə  olan  yunan  şəhərləri,  habelə 
Xorasanda  və  Orta  Asiyada  olan  yunanlar  istər  ticarət,  istərsə  sənətkarlıqda 
əvvəllər yeli  sənətkarların və tacirlərin təsiri altında, sonralar isə müstəqil olaraq o 
dövrün iqtisadiyyatında görkəmli rol oynamağa başladılar
220

Suriya,  Beynəlnəhreyn,  Midiya  (Böyük  Midiya,  yaxud  müasir  İraqi-
Əcəm),  Xorasan,  Baktriyada  iki  əsrə  qədər  yunanların  ticarət  karvanları  şərqdən 
qərbə  qədər  uzanan  yollarda  mühüm  yer  tutmuş,  o  dövrdə  iqtisadiyyatın  və 
ticarətin inkişafına güclü təsir göstərmişlər. 
Yunan  tacir    və  sənətkarları  Kiçik  Midiya  ərazisinə  kütləvi  halda 
gəlməsələr  də  çox  güman  ki,  yunan  tacirləri  istədikləri  vaxt  ticarət  məqsədilə 
Atropatenanın  əsas  şəhəri  olan  Verra  və  Qazakaya  gəlmiş  və  öz  növbəsində 
Atropatenanın  tacirləri  və  ticarət  karvanları  da  qonşu  ölkə  və  vilayətlərə  gedə 
bilmişlər.  Beləliklə,  Əhəməni  imperiyası  yıxıldıqdan  sonra  başlanan  yeni  dövrü 
(Ellin  dövrünü)  istər  sənətkarlığın  və  istərsə  ticarətin  və  habelə  iqtisadiyyatın 
çiçəklənməyə  başladığı  bir  dövr  kimi  qeyd  etmək  olar.  Atropatenalılar  Roma 
tacirlərindən müxtəlif parçalar; bəzək şeyləri alır, müqabilində isə xalça, ədviyyat, 
müalicə dərmanlarını ―mən‖
221
 hesabı ilə romalılara və başqa tacirlərə satırdılar
222

Bu  dövrdə  Atropatenadan  Romaya  və  başqa  ölkələrə  xalça,  yun  parça, 
məharətli  zərgərlərin  hazırladıqları  bəzək  şeyləri  göndərilirdi.  Romalılar 
parfiyalılardan daha çox Atropatena tacirlərinə və onların nümayəndələrinə hörmət 
edib, onları öz tərəflərinə cəlb etməyə çalışırlar. Atropatena şahları da romalılarla 
parfiyalılar  arasında  baş  verən  siyasi-hərbi    toqquşmalardan    öz    xeyirlərinə  
istifadə  etməyə çalışırdılar. 
Atropatenada  güldən  çəkilmiş  ətrə  gül  mürəbbəsi  və  zəfəran  qatıldıqdan 
sonra  xuruş  və  yaxud  xurşidmanənd  adlandırılan  bir  məhlul-məlhəm 
hazırlayırdılar. Bəzi hallarda bunu bədənə sürtdükdə bədəni ətirli etməklə, həm də 
bədənin dərisini yumşaq saxlayıb, onu inkişaf  etdirirdi
223

Bundan başqa  ―Ekshebenus‖ adlanıb, zərgərlik üçün faydalı olan məhək 
daşı ilə  (zərgərlər qızılı buna sürtür, parıldadır) onun qızıl olub-olmamasını təyin 
                                                           
219
 Raulinson. Atropatena Həmədanın yerləşməsinə dair məqaqləsi. Coğrafiya cəmiyyətinin  jurnalı, X 
cild, 1841. 
220
 Rəhimzadə Səfəvi. Göstərilən əsəri, s. 58. 
221
 ―Mən‖ sözü hind – İran qrupu və simit dillərində eyni məna daşıyır. ―Mənə‖ Babilcə çəki daşı, 
qədim yunan dilində isə bu söz mana və ya manas kimi göstərdiyimiz mənada işlədilirdi. Qədim İran və 
hind dillərində ―man‖ ölçü vahidi deməkdir. 
222
 Mən 6 kiloqrama bərabərdir. 
223
 Abbas Purməhəmmədi. Göstərilən əsəri, s. 196. 


edirdilər.  ―Ulduz‖  daşından  da  bəzi  xəstəlikləri  sağaltmaq  üçün  istifadə  edilirdi. 
Yuxarıda göstərdiyimiz əmtəələr xaricə də göndərilirdi. 
Atropatenada  sənətkarlara,  tacirlərə  xüsusi  hörmət  bəslənilir  və  böyük 
vəzifəli şəxslər onların işlərinə yaxında köməklik göstərirdilər
224

Rəhimzadə  Səfəvi  özünün  ―İran-e  iqtisadi‖  əsərində  parfiyalıların 
dövründə    İran    dövlətinin  başqa  dövlətlərlə  aparmış  olduğu  ticarətdən  bəhs  
edərkən  Parfiya    dövlətinin  sərhədlərində  gömrükxanaların  olmasını,  ölkənin 
daxilindən  xaricə  göndərilən  mallardan  istər  ticarəti  inkişaf  etdirmək  və  istərsə 
tacirləri təşviq etmək məqsədilə onlardan gömrük haqqı alınmadığını qeyd edir
225

Müəllifə  görə  bu  iş  öz  növbəsində  Parfiya  dövlətinin  müsbət  işi  kimi  qələmə 
verilməlidir.  Rəhimzadə  Səfəvi,  Plutarx  və  Strabona  istinad  edərək,  Parfiya 
dövlətinin  tabeliyində  olan  tacirlər  Roma  imperiyası  ilə  aparmış  olduqları  geniş 
ticarətə  bəhs  edərək  bir  faktı  da  qeyd  etmişdir.  Parfiya  şahı  V  Ərdəvanın  qızının 
elçiliyi  ilə  əlaqədar  olaraq,  Roma  nümayəndəliyi  bu  iş  baş  tutduqdan  sonra  istər 
İrandan  Romaya  qaçaq  yolu    ilə  gələn  əmtəələr,  o  cümlədən    qumaş    mallar, 
ədviyyat  və  istər  Romadan  İrana  gizli  yolla  aparılan  qiymətli  metalların 
aparılmasına mane olmaq və ticarət əlaqələrinin möhkəmlənməsini vəd etmişlər
226

Yuxarıdakı  faktlardan  məlum  olur  ki,  parfiyalılar  bu  dövrdə  nəyin 
bahasına olursa-olsun ticarətin inkişafı üçün səy göstərmişlər. 
1946  -  1949-cu  illərdə  Azərbaycan  SSR  Elmlər  Akademiyası  tərəfindən 
Azərbaycanın  şimal-qərb  rayonu  olan  Mingəçevirdə  aparılmış  arxeoloji  qazıntılar 
zamanı  bu  ərazidə  müxtəlif  dövrlərdə  yaşamış  tayfaların  həyat  tərzi,  məşğuliyyət 
sahəsi  və  s.  haqqında  külli  miqdarda  material  əldə  edilmişdir.  Arxeoloq  S. 
Qazıyevin  sözü  ilə  demiş  olsaq,  Mingəçevir  arxeoloji  qazıntıları  Azərbaycanın 
eramızdan əvvəl I - III əsrlər tarixini öyrənmək üçün külli miqdarda material verə 
bilmişdir
227
.  Burada  qəbirlərdən  tapılmış  dəmir  bıçaq,  xəncər,  gödək  şəmşir, 
üçpərli (üç uclu ox ucları) ox ucları, qara və torpaq rəngli yüksək keyfiyyətli şirli 
və  şirsiz  saxsı  qabların  və  s.  əldə  edilməsi  bir  daha  burada  yaşamış  tayfaların 
iqtisadi-ictimai quruluşunu öyrənmək üçün qiymətli maddi-mədəniyyət nümunələri 
kimi  əvəzsizdir.  İkinci  bir  tərəfdən  Mingəçevirdə  əldə  edilmiş  materiallar  bu 
ərazidə yaşamış tayfaların həyat şəraitini də öyrənməyə imkan verir. Buradan əldə 
edilmiş maddi-mədəniyyət nümunələrinin Azərbaycanın cənub rayonu olan Urmu 
gölü  ətrafında  (Həsənluda),  Germi  mahalında  əldə  edilmiş  maddi-mədəniyyət 
abidələri  ilə  oxşar  olması  Azərbaycanın  müxtəlif  ərazilərində  yaşamış  tayfaların 
tarix boyunca iqtisadi əlaqələrinin olmasını bir daha təsdiq etmiş oldu. 
                                                           
224
 Rəhimzadə Səfəvi. Göstərilən əsəri, s. 58. 
225
 Yenə orada, s. 59. 
226
 Yenə orada. 
227
 С. М. Газыйев. Об археологических раскопках в Мингечауре. Доклады АН Азерб. ССР, 1946, 
№ 10. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə