Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

etməyə hazırlaşırdı. Bu mənada ki, o, müharibəni Makedoniya ərazisində aparmaq 
istəyirdi.    Lakin    III    Dara    Filippin  ölməsinin  və  onun  oğlu  İskəndərin  taxta  
çıxmasını    eşitdikdə, Makedoniya tərəfdən rahat oldu. Çünki III Dara heç güman 
etmirdi ki, İskəndər İrana təhlükə törədə bilsin
246
. Arrian, Diodor, Yustin, Polibi və 
Plutarx Makedoniya ilə İranın 3 böyük  müharibəsini qeyd etmişlər: Qranik  (e.  ə. 
334-cü ildə), İss (e. ə. 333-cü ildə) və nəhayət, Qavqamel (e. ə. 331-ci ildə). 
Makedoniyalılar  hər  3  müharibədə  Daranın          ordusunu  məğlubiyyətə 
uğratmışlar. Onlar ilk dəfə  Kiçik  Asiya, Suriya, Finikiya, Fələstin və  Misiri  işğal 
etdilər.  Sonuncu  vuruşma  isə  e.  ə.  331-ci  il  oktyabr  ayının  birində  Qavqameldə 
(müasir  Erbil  yaxınlığında)  baş  vermişdir.  Bu  vuruşmada  Atropat  midiyalılara 
rəhbərlik edirdi. Arrianın verdiyi məlumata görə, midiyalılarla birlikdə döyüşlərdə 
kaduslar,  albanlar  və  sakasenlər  də  iştirak  edirdi
247
.  Məlum  olduğuna  görə 
kaduslar,  albanlar  və  sakasenlər  farsların  deyil,  əslində  midiyalıların  müttəfiqi 
olmuşlar. Qavqamel döyüşündən  əvvəl  Midiya   atlılarından təşkil olunmuş böyük 
bir dəstə Atropatın komandanlığı altında olmuşdur. Atropat İran ordusunda süvari 
kəşfiyyat dəstəsinə başçılıq etmişdi
248
. İskəndər Orta Asiyaya yürüş təşkil etdikdə 
Atropatı Midiya satrapı təyin edir
249
 (e.  ə. 328-ci ildə). Atropat digər satraplardan 
fərqli  olaraq    İskəndərin    hörmətini  qazana  bilir.  Eyni  zamanda,  İskəndər  ona  
inanırdı.  İskəndər  Hindistan  səfərindən  qayıtdıqdan  sonra      (e.  ə.  324-cü  ildə) 
Atropata olan hörmət və inamı bir daha artdı. Ona görə də Atropatı o, bir müddət 
öz  yanında  saxladı
250
.  Atropat  məşhur  Suz  təntənəsində  iştirak  etmişdi
251

Uzaqgörən  siyasətçi  olan  Atropat,  hətta  öz  ölkəsinin  müstəqilliyini  qoruyub 
saxlamaq naminə makedoniyalılarla  qohumluq əlaqəsi yaratmışdı. Belə ki, o, Suz 
təntənəsi zamanı öz qızını İskəndərin görkəmli sərkərdəsi Perdikkaya ərə vermişdi. 
Atropat İskəndərin həyata keçirdiyi bir sıra tədbirlərində də iştirak etmişdi. 
Arrianın  yazdığına  görə  Midiya  satrapı  Atropat  İskəndərə  kişi  paltarı 
geymiş, silahlı 100 nəfər atlı  qadın bağışlamışdı. Onlar amazonka adlanırdı
252
. Bu 
qadınlar hərbi yaraq olan nizə, yüngül qalxan və ox-kamanla silahlanmışdılar. 
İskəndərin  vəfatından  sonra  Atropatena  tam  müstəqil  bir  dövlətə 
çevrildi
253
.  Atropatena  şahlarının  nizam-inzitamlı  orduları  olmuşdur,  xüsusilə 
onların  süvari  dəstələri  şöhrət  qazanmışdı.  Qədim  müəlliflərin  verdiyi  məlumata 
görə Atropatena şahları parfiyalılarla qohumluq edirdilər. Atropat e. ə 328-ci ildən 
başlamış  320-ci  ilə  kimi  öz  ölkəsini  müstəqil  idarə  etmişdir.  Atropatdan    sonra 
hakimiyyətə keçən Artabaz Selevki şahı böyük III Antioxun müasiri olmuşdur. III 
                                                           
246
 Diodor. IV, 7. 
247
 Arrian. Anabazis, 8, 4. 
248
 Yenə orada, IV. 18, 3 
249
 Yenə orada, VII, 4, 1. 
250
 Yenə orada, VII, 4, 1. 
251
 Yenə orada, VII, 13, 2. 
252
 Polibi. V, 55. 
253
 Girşman. İran Əzağaz ta islam, s. 224. 


Antioxun  Atropatenaya  olan  hücumu  zamanı  Artabaz  onunla  sülh  müqaviləsi 
bağlamışdır
254

III  Antiox  hakimiyyətə  keçdiyi  dövrə  qədər  parfiyalılar  Midiyanın 
şərqində  olan  əyalətləri  işğal  etmişdilər.  Polibinin  göstərdiyinə  görə  Antioxun 
parfiyalılara  qarşı  olan  hərbi  əməliyyatı  Hirkaniya  ilə  Midiya  sərhəddində  baş 
vermişdir
255

Antioxun  hakimiyyətinin  başlanğıcında  Midiya  satrapı  olan  Molon  və 
onun  qardaşı,  fars  əyalətinin  satrapı  İskəndər  Selevkilərin  əlində  olan  torpaqların 
şərq hissəsində, o cümlədən Babil və Mesopotamiyanı tamamilə işğal etmişdilər
256

Antiox həmin torpaqları yenidən almaq məqsədi ilə Molonun ordusu ilə vuruşmuş 
və onun ordularını məğlub etmişdi. Bu hadisədən sonra Molon özünü öldürmüşdür. 
Polibinin  göstərdiyinə  görə  Antiox  şərqə  olan  yürüşünü,  məhz  Midiya 
ərazisindən  başlamışdır.  Antioxun  bu  taktikadan  əsas  məqsədi  ordusunu  Ekbatan 
məbədində  mövcud  olan  ləvazimatla  təmin  etmək  idi
257
.  Antiox  çoxlu  qənimət,  o 
cümlədən  sikkə  zərbi  üçün  lazım  olan  dörd  min  talant  qiymətli  metal  ələ 
keçirmişdi
258
.  Parfiya  ərazisində  hakimiyyət  başına  gələn  Arşakilər  (müəssisi 
Arşak  olduğuna  görə,  bu  sülalə  Arşakilər  adlanır)  Selevkilərə  qarşı  ardı-arası 
kəsilməyən  müharibə  aparırdılar.  Onlar  Şərq  xalqlarını  Makedoniya-yunan 
zülmündən xilas etmək bayrağı altında Selevkilər əleyhinə mübarizə aparırdılar. 
Antioxun  hərbi  yürüşünün  nəticəsində  Midiyanın  şərq  rayonları  yenidən 
Selevki  dövlətinin  tərkibinə  daxil  oldu.  Atropat  Midiyasına  gəldikdə,  o,  özünün 
vassal  olmasını  təsdiq  etdi.  Lakin  bu  vəziyyət  çox  da  davam  etmədi.  Belə  ki, 
Selevki  hakimiyyəti  sürətlə  zəifləməyə  başladıqda  Atropatena  dərhal  yenidən  öz 
əvvəlki  müstəqilliyini bərpa  etdi
259
.  IV  Antioxun  vəfatından  sonra  Midiya  satrapı 
Timarx  da  özünün  müstəqilliyini  bərpa  edib  xüsusi  sikkə  zərb  etməyə  başladı
260

Lakin  Midiyanın  yaşayış  məskənlərində  və  habelə  Selevkilərə  qarşı  ordu 
düşərgələrində  baş  verən  üsyanlar  nəticəsində  uzun  müddət  davam  edən 
muharibədən  sonra  (e.  ə.  161  -  155)  Midiya  parfiyalılar  tərəfindən  işğal  edildi
261

Mənbələrin verdiyi məlumata görə Midiyanın həm strateji mövqeyi, həm də onun 
iqtisadi  üstünlüyü  Selevkilərlə  parfiyalıların  apardıqları  müharibədə  mühüm 
əhəmiyyət  kəsb  etmişdir.  Bu  ərazi  Selevkilərin  ordusunun  məhv  edilməsində 
mühüm rol oynamışdır
262

                                                           
254
 Polibi. IX, 27, 34. 
255
 Yenə orada, X, 27, 34. 
256
 Yenə orada, X, 40, 54. 
257
 Yenə orada, X, 27. 
258
 Yenə orada. 
259
 Girşman. Göstərilən əsəri, s. 245. 
260
 М. М. Дьяконов. Очерк истории древнего Ирана. Москва, 1961, с. 183. 
261
 Yusti. Göstərilən əsəri. 
262
 Yenə orada, XXX, VIII, 10. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə