Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

tələf  olmuşdu
269
.  Çox  güman  ki,  Statianın  başçılıq  etmiş  olduğu  legionların  sayı 
yuxarıdakı rəqəmlərə əlavə edilməmişdir. 
Velli  Peterkulun  göstərdiyinə  görə  romalılar  əsas  orduların  dörddə  bir, 
köməkçi qoşunlarının isə üçdə bir hissəsini itirməmişlər. 
Məğlub  edilmiş  Antoni  geri  çəkilən  zaman  Fraaspa  şəhərindən  Araz 
çayına  qədər  olan  məsafəni  27  gün  ərzində  qət  etmişdi
270
.  Romalılar  bu 
müvəffəqiyyətsiz  yürüşdən  ibrət  götürdülər.  Onlara  açıq-aydın  məlum  oldu  ki, 
ermənilər,  ancaq  öz  müstəqilliyini  saxlamaq  xatirinə  Romanın  tərəfində  onun 
müttəfiqi kimi çıxış etmişlər. Lakin bu ittifaq etibarsız idi. Onlar öz istiqlaliyyətini 
qorumaq xatirinə istədikləri vaxt Romanın mənafeyini qurban verməyə hazır idilər. 
Lakin Antoni biabırçı halda geri çəkildikdən sonra da Parfiyaya hücum planından 
əl çəkmədi. O, ilk əvvəl yenidən II Artavazdla müttəfiq olmağa cəhd göstərdisə də 
bu iş baş tutmadı. O, hiylə ilə Ermənistan çarını əsir alıb, öz məşuqəsi olan Misir 
kraliçası  Kleopatraya  hədiyyə  göndərdi
271
,  Artavazdın  oğlu  Artaksi  isə  Parfiyaya 
qaçdı.  Bu  müvəffəqiyyətsizlikdən  sonra  Antoni  IV  Fraat  və  Artaksi  tərəfindən 
sıxışdırılan  Atropatena    hökmdarı  Artavazdın  simasında  öz  müttəfiqini  tapmış 
oldu
272
.  Avqust  ilə  Antoni  arasında  gedən  kəskin    mübarizə  Antoninin  hərbi 
planlarına son qoymuş oldu. 
Parfiyanın  daxili  vəziyyətinə  gəldikdə  bu  zaman  orada  hakimiyyəti  ələ 
keçirmək  uğrunda  IV  Fraat  və  II  Tirdat  arasında  kəskin  mübarizə  başlanmışdı. 
Romalıların  köməyinə  arxalanan  II  Tirdat  bir  neçə  dəfə  Mesopotamiyanı  ələ 
keçirib IV Fraatı qorxutmuşdu. Mesopotamiyada zərb edilmiş sikkələrdən məlum 
olur ki,  IV Fraat ilə II Tirdat arasında gedən şiddətli mübarizə eramızdan əvvəl 27 
- 26- cı illərdə baş vermişdir
273

Bundan sonra mənbələrdə II Tirdatın adına daha təsadüf edilmir. IV Fraat 
isə  yenidən  Parfiyanı  bütünlüklə  öz  hakimiyyəti  ətrafında  birləşdirə  bilmişdi. 
Beləliklə,  Atropatena  hökmdarı  eramızın  ərəfəsində  romalılarla  parfiyalılar 
arasında  gedən  kəskin  siyasi  ziddiyyətlərdən  bacarıqla  istifadə  edib  öz 
müstəqilliyini diplomatik yolla qoruyub saxlamış oldu. 
 
ATROPATENA ELLĠN DÖVLƏTLƏRĠ  SĠSTEMĠNDƏ 
 
Makedoniyalı İskəndərin orduları Əhəməni imperiyasına son qoyub geniş 
bir  ərazini özünə tabe  etdi.    Onların Şərq ölkələrinə olan böyük hücumu zamanı 
təşkil  etdikləri  imperiyanı  möhkəmləndirmək  məqsədi  ilə  Makedoniyadan, 
Yunanıstandan  və  Kiçik  Asiyadan  bu  əraziyə  özlərilə  külli  miqdarda  hərbçi, 
                                                           
269
 Plutarx. Göstərilən əsəri, s. 50. 
270
 H. Pirniya. Göstərilən əsəri, s. 2455. 
271
 M. M. Dyakonov. Göstərilən əsəri, s. 217. 
272
 Plutarx. Antoni, 50 
273
 M. M. Dyakonov. Göstərilən əsəri, s. 218. 


sənətkar və tacir  gətirməyə başladılar. Gəlmələr işğal etdikləri ölkələrdə özlərinin 
adət-ənənə,  dil,  mədəniyyət,  ictimai  və  hərbi  qayda-qanunlarını  da  yaymağa  səy 
göstərirdilər.  Beləliklə,  imperiyanın  tabeliyində  olan  ölkələrdə  Şərq  ilə  Qərbin 
xüsusiyyətlərini  özündə  birləşdirən  mədəniyyət  yaranmağa  başladı.  Bu  hadisə 
tarixdə ellin mədəniyyəti adı ilə məlumdur. 
Ellinizmin Atropatena və ona qonşu olan ölkələrdə yayılmasını sübut edən 
bir  sıra  tarixi  sənədlər  mövcuddur.  Mənbələrdən  məlum  olduğuna  görə 
Makedoniyalı  İskəndər  III  Daranı  məğlub  edib,  Persepolu  ələ  keçirdikdə  oranın 
divanxana  və  xəzinəsində  olan  sənədlərin  bir  nüsxəsini  əldə  edib  öz  dillərinə 
tərcümə  etdirmişdi.  Yerdə  qalan  və  zəruri  olmayan  tarixi,  dini  kitab  və  sənədləri 
yandırtmışdı.  İskəndər  və  onun  canişinləri  işğal  etdikləri  ölkələrin  dövlət  və  elm 
xadimlərindən  öz  məqsədləri  üçün  lazımınca  istifadə  etmişdilər.  Öz  növbəsində 
işğal edilmiş ölkələrin dövlət və elm xadimləri də işğalçıların dilini öyrənməyə və 
mədəniyyətlərinə maraq yaranmışdı. Xüsusilə şəhər sakinləri, o cümlədən tacir və 
sənətkarlar  onların  dillərini  öyrənməyə  möhtac  olduqlarına  görə,  bir  neçə  ildə  bu 
vəzifənin  öhdəsindən  tezliklə  gələ  bildilər.  Beləliklə,  Qərb  mədəniyyəti  ilə  Şərq 
mədəniyyətinin birləşməsinin siyasi, iqtisadi və ictimai təməli qoyuldu. 
Yunan  dili  əsas  dillərdən  biri  kimi  qəbul  edilmişdi.  Parfiya  şahı  III 
Artabanın  Suz  şəhərinə  yunan  dilində  məktub  göndərməsi  məlumdur. 
Parfiyalılardan  başqa  həmin  dövrdə  Şərqin  digər  dövlətlərində  də  yunan  dili  və 
ellin  mədəniyyəti  yayılmaqda  idi.  Zaqros  dağlarında,  Kürdüstan  ərazisinin 
Avroman adlanan ərazidən içərisində dəri üzorində yazılmış üç əlyazması olan daş 
küpün tapılması ellinizmin Atropatenada da yayılmasını sübut edir. Əlyazmalardan 
ikisi  yunanca  yazılmış  icarə  müqaviləsi  idi.  Müqavilələrdən  məlum  olur  ki, 
müqavilə      bağlayan  tərəflərin  və  onların  şahidlərinin  adları  yunan  adı    deyildir. 
Lakin onlar yunan dili və hüquq qaydalarından istifadə etmişlər
274

E. Minnin göstərdiyinə göro əlyazmalardan biri Parfiya şahı II Mitridatın 
hakimiyyətinin  son  dövrlərində  (e.  ə.  88-ci  il),  ikincisi  IV  Fraatın  (e.  ə.  21-ci  il), 
üçüncüsü isə ondan az sonra yazılmışdır
275

Ellin mədəniyyəti Şimali Azərbaycan - Albaniya ərazisində də yayılmışdı. 
Bunu  Bərdə  və  Qəbələdə  aşkar  edilmiş  pul  dəfinələri,  müxtəlif  bəzək  əşyaları, 
bullalar və s. də sübut edir. 
Hələ  Mingəçevirdə  aparılan  qazıntılar  zamanı  torpaq  qəbirlərdən  boz  və 
qara  rəngli  gil  qab-qacaq  əldə  edilmişdi.  Vazaların  forması,  dar  dibli  küplər  və 
digər  qablar  bu  ərazidə  yerli  mədəniyyətlə  ellin  mədəniyyəti  arasında  əlaqə 
olduğunu güman etməyə imkan verir. 
Strabonun  göstərdiyinə  görə  Midiyada  makedoniyalılar  tərəfindən 
bünövrəsi qoyulmuş yunan şəhərləri mövcuddur. Onlardan Rey, onun yaxınlığında 
olan Madikiya,  Anageya və  s. göstərmək olar. Belə  ki, bu  şəhərlərin əsası Selevk 
                                                           
274
 Məhəmməd Sadiq Keya. Köşt-e dəbire, İran kude № 5, Tehran. 
275
 Məhəmməd Sadiq Keyanın tərcüməsi. ―Köşt-e dəbire‖. Tehran, № 5. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə