4
Anteroqrad amneziya – travmadan sonrakı hadisələrin bu və ya başqa müddət
ərzində unudulmasına deyilir. Anteroqrad amneziyanın müddəti bir neçə dəqiqədən
bir neçə günədək ola bilər.
Bəzən amneziya həm travmadan (hadisədən) əvvəlki, həm də travmadan sonrakı
dövrləri əhatə edə bilər. Buna retroanteroqrad amneziya deyilir.
Retardik amneziya zamanı xəstə tutma halından çıxdıqdan sonra müəyyən
hadisələri yadına gətirir. Lakin bir neçə gündən sonra hər şeyi unudur. Epilepsiya
xəstəliyi ilə əlaqədar düşüncənin alaqaranlıq pozuntularında, beyin damarlarının
xəstəliklərində təsadüf edilir.
İnsanın öz şəxsi həyatının bəzi mühüm anlarının, xüsusilə ağır təəssüratlarla
əlaqədar hadisələrin unudulması affektogen amneziya adlanır. Bu mərkəzi sinir
sisteminin orqanik xəstəliklərində (beyin damarlarının aterosklerozu, qocalıq
psixozları) və isteriya nevrozu zamanı təsadüf edilir.
Bir sıra hallarda xəstələr əşyaların adlarını yadlarına sala bilmir. Məsələn,
qaşığın adını deyə bilmir, əvəzində “bununla xörək yeyirik” deyə cavab verir
(amnestik afaziya). Bəzən isə xəstələr harda olduqlarını, vaxtı və s. unudur.
Qocalıq ağıl zəifliyində rast gəlinən bu əlamət amnestik dezopientasiya adlanır.
Fiksatsion amneziya – yadda saxlama qabiliyyətinin pozulmasına deyilir. Bu
zaman o, eşitdiyi, şahid olduğu hadisələri dərhal unudur, bəzən bir qədər əvvəl
gördüyü adamla yenidən salamlaşır, eyni sözü dəfələrlə soruşur və s. Korsakov
amnestik sindromunda, kəllə travmalarında, beynin şişlərində və digər orqanik
pozuntularda rast gəlinir.
Tədricən artan (proqressiv) amneziya – adından məlum olduğu kimi yavaş-yavaş
güclənən yaddaş pozuntusu olub beyin damarlarının patologiyasında, qocalıq
psixozlarında rast gəlinir. Bu zaman, ilk növbədə, yaxın zamanda olan hadisələrin
unudulması nəzərə çarpır. Keçmişdə olmuş hadisələrə qarşı isə yaddaş uzun
müddət pozulur. Bu növ yaddaş pozuntularından əziyyət çəkən məşhur fransız
yazıçısı Stendal məktublarının birində öz vəziyyətini təsvir edərək yazmışdır:
”Artıq 6 aydır ki, dəhşətli baş ağrılarından əzab çəkirəm. Qəflətən mən bütün
fransız sözlərini unuduram. Hətta mənə bir stəkan su verin – deyə bilmirəm. Bu
zaman özümü acgözlülüklə müşahidə eləyirəm. Belə hal 8-10 dəq. davam edir,
sonra sözlərə qarşı yaddaşım bərpa olur, lakin yorğunluq hissi məni tərk etmir.
Fikirlərim tamamilə öz qaydasında olduğu halda, sözləri unuduram” . Bir ildən
sonra Stendal insult xəstəliyindən vəfat etmişdir.
5
II.Yaddaşın keyfiyyət pozuntuları. Paramneziyalar (yunan sözü olub raqa-
yanında, ətrafında, mnema –yaddaş, xatırlama deməkdir) adı altında təsvir olunan
təhrif
olunmuş
yalançı
xatırlamalara
kriptomieziya,
akekforiya,
psevdoreminisensiya və konfabulyasiya aiddir.
Kriptomieziya (kquryov-yunan sözü olub, gizli deməkdir) başqasının başına
gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan
yaddaş pozuntusudur. Xəstələr bildikləri, eşitdikləri hadisələrin kimə məxsus
olduğunu, nə vaxt baş verdiyini unudaraq onları öz adına çıxır, keçmişdəki
hadisələri isə təzə baş vermiş hadisə kimi qələmə verirlər. Başqa sözlə
kriptomieziyalarda məlumatın mənbəyi və vaxtı unudulur. Bunun üçün şəxs həmin
hadisələri öz başına gələn hadisə kimi yadına salır. Xəstələrin bu qəsdən və
müəyyən məqsəd üçün etmədikləri söhbət əsasında asanlıqla aydın olur.
Akekforiya – yada salmanın çətinləşməsi ilə xarakterizə olunan pozuntudur.
Deyiləcək sözün (fikrin) əvvəlini şəxsin yadına salan kimi hər şey yada düşür.
Psevdoreminisensiya - yanlış, düzgün olmayan, yalançı yaddaş (xatırlamalar)
olub hadisələrin vaxtının, tarixinin təhrif edilməsi ilə xarakterizə olunur.Məsələn,
qardaşının dostu ilə qarşılaşan bir şəxs, ona qardaşının üç gün bundan əvvəl böyük
müvəffəqiyyətlə dissertasiya müdafiə etdiyini söyləyir. Əslində isə qardaşı 6 il
bundan əvvəl dissertasiya müdafiə etmişdir. Psevdopeminisensiya alkoqol
psixozlarında, beynin şişlərində, travmatik, postinfeksion psixozlarda, mərkəzi
sinir sisteminin sifilisində və s. hallarda təsadüf olunur.
Konfabulyasiya – heç vaxt baş verməmiş və baş verməsi mümkün olmayan
qeyri-real, fantastik məzmunlu, hadisələrin “xatırlanmasına” deyilir. Məsələn, uzun
illər psixiatriya xəstəxanasında müalicə olunan 60 yaşlı bir xəstə şöbədə yeni bir
adam görən kimi keçmişdəki işlərindən söhbət açaraq deyərmiş ki, Bakı şəhərinin
1930-cu ildə, yanvar ayının 1-dən 2-nə keçən gecə mən saldırmışam. 100 min
qullarım var idi, əmr etdim onlarda tikdi. Başqa bir xəstə bütün balıqların və
quşların dilini bildiyini söyləyirdi. Bu pozuntu beyin siflisində proqressiniflic
xəstəliyində təsadüf edilir.
Yaddaşın bioloji mexanizmi
Bəzən müəlliflərməlumatların beyində toplanmasında qlial hüceyrələrə və
limbik sistemə böyük əhəmiyyət verirlər. İ.P.Pavlova görə yaddaşın fizioloji
əsasını şərti reflektor fəaliyyət təşkil edir. Şərti reflekslərin hərtərəfli tədqiqi