Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə47/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Mühazirələr 2021

5. Şəkilçilərin yazılışı

5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.

5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:

5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər: -i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.; -vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s.; -keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş; -daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş; 6 -stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan; -gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.; -zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;

5.2.2. iki cür yazılan şəkilçilər: kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s.; -ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;

5.2.3. dörd cür yazılan şəkilçilər: -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s.; sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.; saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.

5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:

5.3.1. kar samitlə bitən sözlərdə: -qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.; -qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ;

5.3.2. cingiltili samitlə bitən sözlərdə: -ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.; -ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s.

5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6- cı, 10-cu.

5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə