Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə45/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Səhər yeməyi


Braziliyalılar səhər yeməyində qəhvə, süd, meyvə suyu, xüsusilə portağal suyu içir və çörək, kərə yağı, meyvə yeyirlər. Xüsusilə "papaya" səhər yeməyində meyvə olaraq əhəmiyyətli bir qidadır.

Günorta yeməyi


Günorta yeməkləri yüngül olan braziliyalılar, bu yeməkdə mütləq qara quru paxla, düyü, ət və xüsusilə də bol miqdarda tərəvəz yeyirlər. Kartof təzə tərəvəzlərin yanında mütləq iştirak edən bir qida məhsuludur. Yemək daim bir şirnniyyat ilə bitir.

Axşam yeməyi


Axşam yeməyi ailənin ən əhəmiyyətli yeməyidir. Bütün ailə eyni süfrə başında toplanır və həmişə birlikdə yeməklərini yeyirlər. Axşam yeməklərində ümumiyyətlə əvvəl şorba içilir; daha sonra isə balıq, ət, toyuq əti, tərəvəz və təbii qara paxla və düyü yeyilir. Axşam yeməyi də mütləq bir şirniyyat ilə bitir.

Mühazirə -16 Argentina mətbəxinin özünəməxsus xüsusiyyətləri
Argentinanın vizit kartoçkası qrildə qızardılmış şirəli mal əti, donuz piyində qızardılmış ləzzətli iri klyoteklər və qeyri-adi qırmızı çaxırdır. Təəssüf ki, Argentinada bu ölkənin yerli əhalisinin mətbəxi inkişaf etməyib. Vaxt keçdikcə, bu yerlərdə məskən salan Hindlilərin mətbəxləri tamamilə unuduldu. Argentinalılar Avropa konkistadorların mətbəxinə varis oldular, və onu çox sevdilər. – Atlantik okeanın sahili boyu yerləşən bütün restoranlarda Aralıq dənizi regionunun restoranlarında verilən keyfiyyətli yeməklərdən fəqlənməyən gözəl hazırlanmış dəniz məhsullarını sifariş etmək olar. Argentinalılar hazırladığı yeməklərdən zeytun yağı və ədviyyatların ətiri gəlir. Argentinalılar xörəkləri hazırlayarkan sonsuz qədər ədviyyatlardan istifadə etdiklərinə görə, həmin xörəklərin dadı İtaliya və ya Fransada hazırlanan xörəklərin dadını verir.



Qarğıdalının təsiri
Argentina mətbəxində həmçinin Latın Amerika ölkələrin təsiri duyulur. Bu təsirin misalı kimi çox vaxtı suda bişirilən, əsas inqrediyenti qarğıdalı olan, məsələn, locro (qarğıdalı və ətdən ibarət olan soyuq günlər üçün nəzərdə tutulan şorba), humita (qarğıdalı və ağ pendirdən hazırlanmış), tamales (qarğıdalı yarpaqlarına bükülən və sonra bişirilən ət, qarğıdalı və başqa tərəvəzlərdən hazırlanmış) kimi yeməkləri çəkmək olar.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə