Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari


Siyasi elmin iki - nəzəri və empirik səviyyəsi mövcuddur



Yüklə 22,53 Kb.
səhifə2/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

Siyasi elmin iki - nəzəri və empirik səviyyəsi mövcuddur. Ümumi politologiya siyasi elmin nəzəri, tətbiqi politologiya isə onun empirik səviyyəsidir. Ümumi politologiya - siyasətin mahiyyətini öyrənən özül, fundamental bir elm sahəsidir. Cəmiyyətin siyasi sahəsi, orada baş verən bütün hadisə və proseslər müasir siyasi elmin obyektinə aiddir. Siyasi elmin predmetinə dair müxtəlif fikirlər mövcuddur. Məsələn, bu elm siyasətin metanəzəriyyəsi kimi başa düşülür. O, özündə siyasəti öyrənən bütün fənləri cəmləşdirir, cəmiyyətdə mövcud olan siyasi əlaqələri və qarşılıqlı təsirlərin hamısını tədqiq edir. Alman alimi P. Noak hesab edir ki, siyasi elm dörd hissəyə bölünür: siyasi fəlsəfəyə (yaxud siyasi nəzəriyyəyə), siyasi təsisatlar haqqında təlimə, siyasi sosiologiyaya və beynəlxalq siyasəti öyrənən fənnə. Onun fikrincə, siyasi fəlsəfə digər fənlərin əsasını təşkil edir.
Qeyd edək ki, hal-hazırda xarici siyasi sosiologiya və siyasi elm nəzəri-metodoloji və kateqoriya-anlayış baxımından az fərqlənirlər. Eyni zamanda məlumdur ki, bu elmlər heç də eyni fənn deyil. Siyasi sosiologiyanın öz tədqiqat predmeti mövcuddur. O, hakimiyyətin sosial mexanizmlərini öyrənən və sosiologiya ilə politologiyanın arasında yerləşən fənn kimi cəmiyyətə istiqamətlənən sosioloji aspekti və dövlətə istiqamətlənən politoloji aspekti özündə birləşdirir. Başqa bir fikrə əsasən politologiya siyasətin ümumi nəzəriyyəsidir və o, siyasi hakimiyyət məsələlərinin tədqiqi ilə məşquldur. Belə yanaşma onunla əsaslandırılır ki, hakimiyyətə can atmaq, hakimiyyəti əldə etmək və saxlamaq uğrunda mübarizə aparmaq özü elə siyasətdir. Deməli, siyasət ictimai həyatın elə bir sahəsidir ki, burada hakimiyyətə can atan siyasi qüvvələr bir-birinə qarşı durur və bir-birilə rəqib olurlar.
Siyasi elmin bir sıra qanunları (qanunauyğunluqları) vardır. Bura aşağıdakılar daxildir: siyasi maraqların yaranması və inkişafı, onların iqtisadiyyat və cəmiyyətin həyat fəaliyyətinin digər sahələri ilə qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq vəziyyətində olan qanunauyğunluqları, siyasi hakimiyyətin, siyasi münasibətlər, proseslər, təzahürlər və hadisələrin yaranma, işləmə və inkişaf qanunauyğunluqları, şəxsiyyət və hakimiyyət arasındakı qarşılıqlı münasibətlərin qanunauyğunluqları.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə