Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ


Dirsəksiz dik boruların quraşdırılması prosesində dərinlikdə



Yüklə 6,07 Mb.
səhifə22/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
C fakepathSualti boru kmrlri muhazireler

Dirsəksiz dik boruların quraşdırılması prosesində dərinlikdə
yerləşən boru kəmərlərinin möhkəmliyə hesabatının yeni üsulu.

Hal-hazırda Xəzər dənizində neft-qaz yataqlarının dərinliyi 100-300 m intervalında dəyişir və sualtı boru kəmərlərinin çəkilişi neft-qaz sahəsində əsas problemlərdən biri olaraq qalır.


Sualtı boru kəmərlərinin çəkilişi prosesində dik boruların quraşdırılması əsas faktorlardan biridir və müxtəlif texnoloji sxemlər əsasında yerinə yetirilir (Şəkil12).
Sualtı boru kəmərlərinin dik boruları daşınır və yerinə xətti hissəsi ilə quraşdırılır, lakin sualtı axınlar əsas faktor kimi YSP-nin ( Yerli Stasionar Platforma ) horizontal birləşmələrinə bərkidilməsinə imkan vermir və nəticədə müəyyən istismar müddətindən sonra dik borularda qəza vəziyyəti yaranır.
Boru kəmərlərinin tikintisi dövründə qəza vəziyyətinin azaldılması məqsədi ilə dik boruların dirsəklərlə və sayı 10-dan artıq elastik borulardan ibarət quraşdırılması müəyyən edilmişdir, lakin boruların elastikliyinə baxmayaraq onların bərkidilməmiş hissələri YSP-nin metal konstruksiyalarına sürtünməsindən tez sıradan çıxır.
İstismar müddətində yuxarıda qeyd olunan üsullar özünü təsdiqləmədi və bununla əlaqədar dik boruların dirsəksiz quraşdırılma texnologiyası tətbiq olunmağa başladı.
Birinci dirsəksiz dik boru kəməri 150 m dənizin dərinliyində 325x16 mm-lik borudan quraşdırılmışdır, bundan başqa 10-a yaxın zədələnmiş dik borular dirsəksiz variantda işlənmiş və 20-yə yaxın dirsəksiz dik boru kəmərləri quraşdırılmışdır.
Dirsəksiz dik boru kəmərinin quraşdırılması zamanı sallanan hissənin uzunluğunun artımı xəttin ağırlığının dik boruya olan təsirindən baş verir və əyilmə bucağının və ya əyilmə radiusunun artımına gətirib çıxarır. Bunun nəticəsində əyilmə hissəsində maksimal gərginliyin artımı baş verir və bu səbəbdən gərginlik-deformasiya halının daha dəqiq hesabat üsullarının dirsəksiz boru kəmərlərinin işlənməsinin vacibliyi məsələsi ortaya çıxır.
Sualtı boru kəmərlərinin çox dərin olmayan dərinliklərdə gərginlik-deformasiya halının hesablama üsulu 325 mm-lik boru kəməri 20-30 borudan ibarət olduqda ödənir və bu üsul özündə bir neçə amili nəzərə almır. Bununla əlaqədar dərin yerlərdə daha dəqiq hesablama üsullarından istifadə etmək lazımdır.
Daha böyük diametrli sualtı boru kəmərlərinin (D=300 mm) böyük olmayan dərinliklərdə çəkilişi (bir neçə yüz metr), harada ki, burunun əyilmə möhkəmliyi ox boyu təsir edən qüvvədən az olur, elastik xətt hesabat sxemindən əsas asılılıqların alınmasında istifadə etmək olar. Bundan başqa elastik xətt hesabatının əsas hesabi asılılıqlarından diametri 300 mm və daha böyük olan borular üçün əyilmə bucağı lazımı ölçüyə çatdıqda istifadə etmək olar.
Yuxarıda qeyd etdiyimiz üsul əsasən onunla şərtlənir ki, bu asılılığın əsas parametrləri əyani halda sadə asılılıqlar ilə ifadə olunur.
Elastiki xətt ifadəsi üzrə boru kəmərlərinin hesabat sxemi göstərilmişdir.
Mərkəzi ox qüvvəsinin üfüqi toplananı aşağıdakı düsturla hesablanır:
 , (2.64.)
burada, P –elastik xəttin paylanmış ağırlıq qüvvəsi;  boru kəmərinin əyrilik radiusudur.
Onda əyilmədən baş verən gərginliyi aşağıdakı şəkildə yazmaq olar:
 (2.65.)
burada:
 – boru kəmərinin xarici diametri;  –metalın elastiklik moduludur.
Bu düstur ilə boru kəmərində buraxılabilən gərginliyin minimum qiymətini təyin etmək olar.
Su dibinə endirilən boru kəmərində gərginliyi boru düzləndirici barjlar vasitəsilə dartqı qüvvəsi tətbiq etmək ilə tənzimləmək olar.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə