Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə20/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Əlavə materiallar.
Neft hələ qədim zamanlardan insanlara məlum idi. O zamanlar neftdən işıq verən, istilik verən və müalicə vasitəsi kimi istifadə edirdilər. Neftə bir sirli maddə kimi baxırdılar. Əvvəllər neft yer səthinə öz – özünə çıxıb, axıb gedirdi. Onun əhəmiyyətli bir maddə olduğunu görən insanlar, neft çıxan nöqtədə gölməçələr qazaraq, özbaşına axıb getməsinin qarşısını aldılar.
Get – gedə neftin öz başına yer səthinə çıxması zəiflədi. Onda insanlar həmin yerdə quyular qazmağa başladılar.
Neft qazılan quyuların dibinə yığılırdı. Onu oradan götürüb işlədirdilər. Belə neft quyularının dərinliyi 2 - 3 metr olurdu. Yenə quyu dibinə yığılan neft tükənməyə başldı. Bu zaman insanlar quyuları dərinləşdirməyə başladılar. Lakin quyunu əl ilə qazmaq çox zəhmət və vaxt tələb edirdi. Çox çətinliklə qarşılaşan insanlar quyu qazılmasının yeni mexanikləşdirilmiş üsullarını axtarıb tapmağa və təkmilləşdirməyə başladılar. Müxtəlif növ quyu qazmaq üsulları yarandı. Dunyada ilk dəfə sənaye üsulu ilə 1848 – ci ildə Azərbaycanda Balaxanıda qazıldı. Yüksək debitə malik bu quyu fontan vurdu. Beləliklə, Azərbaycanda neft sənayesinin əsası qoyuldu. Bu hadisədən sonra Rusiya Azərbaycanda neft sənayesini inkişaf etdirməyə başladı. Az bir zamanda yeni - yeni neft yataqları kəşf olunmağa, sənaye miqyasında istismar olunmağa başladı. Mövcud neftayırma qurğuları təkmilləşdirilməyə, yeniləri tikilməyə başladı.
XIX əsrin sonunda və XX əsrin əvvəlində Rusiyanın neft məhsullarına olan təlabatını ödəyən yeganə respublika Azərbaycan idi.
Ikinci dünya müharibəsi dövründə Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət aldı. Müharibə illərində maşınları, təyyarələri işlətmək üçün keyfiyyətli yanacaq və yağ lazım idi. Müharibənin 1943 – cü ilində Azərbaycanda maksimum – 23,5 milyon ton neft çıxarılmışdır. Ümumiyyətlə bu illərdə 75 milyon ton neft çıxarılmışdır.
Xəzər dənizinin Azərbaycan sektorunda yeni – yeni neft və qaz yataqları kəşf edilib və istifadə olunub. Ilk dəniz neft yatağı “Neft Daşları” idi. Dənizdə neft–qaz yataqlarının istifadəyə verilməsi, yeni–yeni hidrotexniki qurğuların yaranmasına və onların tikintisini həyata keçirilməsinə təkan verdi. Belə hidro texniki qurğulardan biri sualtı boru kəməridir. “ Neft Daşları” nda ilk quyu 1949 – cu ildə tikilib istifadəyə verilmişdir. Bu, eyni zamanda sənaye miqyasında ilk sınaq idi. Bundan sonra sualtı boru kəmərinin layihələndirilməsi və tikilməsi sürətlə inkişaf etməyə başladı.
“Neft Daşları”ndan sonra “Bahar”, “Bulla – Sanqaçal – Duvannı – dəniz” “Abşeron bankası”, “Darvin bankası” və nəhayət “Günəşli”, “Azəri” yataqları kəşf olunub sənaye miqyasında istifadəyə verildi. Bu yataqların kəşf olunub sənaye miqyasında istifadəyə verilməsi, sualtı boru kəmərinin tikintisini böyük sürətlə inkişafına səbəb oldu.
Sualtı boru kəmərinin tikintisini həyata keçirmək üçün yeni üsullar yarandı. Yeni – yeni qurğular və avadnlıqlar istifadəyə verildi. Boru kəmərinin çekilməsi dərinliyi artdıqca tikinti işi çətinləşdirdi. Köhnə tikinti üsulunu təkmilləşdirmək, yenisini yaratmaq tələb olunurdu. əvvəllər sualtı boru kəməri sərbəst batırma üsulu ilə tikilirdisə, çox dərin yerlərdə bunu tətbiq etmək olmurdu. Odur ki, sualtı boru kəmərinin 200 – 300m dərinliyə qədər tikintisini həyata keçirə bilən boru döşəyən - “Süleyman Vəzirov” və “İsrafil Hüseynov” gəmiləri vasitəsi ilə aparılırdı.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə