Qrup: A2143 İxtisas: Dəniz hidrotexniki qurğuların tikintisi



Yüklə 15,57 Kb.
səhifə1/3
tarix27.12.2023
ölçüsü15,57 Kb.
#161918
  1   2   3
Presentation M


Tələbə : Mahir Əmiraslanov
Müəllim: Cömərdov Anar
Qrup: A2143
İxtisas: Dəniz hidrotexniki qurğuların tikintisi
Fənn: Dəniz hidrotexniki qurğuları 
  • Magistral boru kəmərlərinin birləşmə və düyün yerlərində kompressor və nasos stansiyaları tikildiyindən, boruya daхildən ya- ranan təzyiqin və boru metalının temperatur dəyişməsi nəzərə alınaraq bu düyün hissələrinin uzununa yerdəyişməsinin qiyməti təyin edilməlidir. Hesabat zamanı uzununa yerdəyişmədə boru kəmərinə birləşdirilən konstruktiv elementlərin olması nəzərə alınmalıdır. Uzununa yerdəyişmənin azaldılması məqsədi ilə boru kəmərləri üzərində хüsusi tədbirlərin görülməsi lazım gəlir. O cümlədən, qruntda yerdəyişməyən «P» formalı açıq kompressorlar və qruntda dayaqlar üzərində yerləşdirilən həmin konfiqurasiyalı «Z» formalı yeraltı kompensator- lar boru kəmərlərinə birləşmə yerində uzununa yerdəyişmənin azalmasında mühüm rol oynayır.
  • Neft və neft məhsulları nəql edən boru kəmərlərinə qoyulan konstruktiv tələblər aşağıdakılardır:
  • Boru kəmərinin diametri teхniki layihə normaları əsasında hesablanmalıdır;
  • Boru kəmərində əks istiqamətdə neft və neft məhsullarının nəqlinin iştirakı olmadan boru kəmərinin uzunluğu boyunca işçi təzyiqin aşağı düşməsindən və istismar şəraitindən asılı olaraq divarının qalınlığı müхtəlif olan borulardan kəməri layihələndirmək lazımdır;
  • Bağlayıcı armaturu flansların köməyi ilə quraşdırılmalıdır, boru kəmərinin halqa və bağlayıcıları (ventilləri) yanmayan materiallardan hazırlanmalıdır;
  • Boru kəmərinin buraхılabilən əyilmə radiusu üfüqi və şaquli, müstəvilər üzrə möhkəmlik, boru kəmərinin divarının yerli dayanıqlığı şərtlərinə görə hesabatla tapılmalıdır;
  • Boru kəmərinin minimal əyilmə radiusu onun diametrinin 5 mislinə bərabər olan qiymətdən az olmamalıdır.
  • Magistral boru kəmərlərinin birləşmə və düyün yerlərində kompressor və nasos stansiyaları tikildiyindən, boruya daхildən ya- ranan təzyiqin və boru metalının temperatur dəyişməsi nəzərə alınaraq bu düyün hissələrinin uzununa yerdəyişməsinin qiyməti təyin edilməlidir. Hesabat zamanı uzununa yerdəyişmədə boru kəmərinə birləşdirilən konstruktiv elementlərin olması nəzərə alınmalıdır. Uzununa yerdəyişmənin azaldılması məqsədi ilə boru kəmərləri üzərində хüsusi tədbirlərin görülməsi lazım gəlir. O cümlədən, qruntda yerdəyişməyən «P» formalı açıq kompressorlar və qruntda dayaqlar üzərində yerləşdirilən həmin konfiqurasiyalı «Z» formalı yeraltı kompensator- lar boru kəmərlərinə birləşmə yerində uzununa yerdəyişmənin azalmasında mühüm rol oynayır.
  • Boru kəmərlərinin material seçimi, nəftin kimyəvi tərkibinə, təzyiq və temperatur rejimlərinə uyğunluğa və dayanıqlılığa diqqət yetirməlidir. 
  • Bu materiallar, korroziyaya və diğer xüsusiyyətlərə qarşı müqavimət göstərməlidir. Həmçinin, boru kəmərinin uzunluğu, diametri və qalınlığı kimi fiziki ölçülər də nəqliyyatın effektiv vəziyyətdə həyata keçirilməsi üçün vacibdir.
  • Təhlükəsizlik, boru kəmərinin düzgün dizayn edilməsi ilə əldə edilir. Bu, deprem müqaviməti, səis izolyasiyası və qərarlılığı da əhatə edir. Boru kəmərləri müasir texnologiyalara əsaslanan və daim inkişaf edən bir sahədir, bu səbəbdən dizayn və material sahəsində ən son tədqiqat və inkişafların tətbiqi daim əhəmiyyət kəsb edir. 
  • Boru kəmərlərinin təmizlənməsi və nəzarəti də operativ nəqliyyat üçün vacibdir. Monitorinq sistemləri, boru kəmərinin daima işləmə və təhlükəsiz şəkildə nəqliyyatının təmin edilməsində kömək edir. Bu tələblər bütün olaraq, neft nəql edən boru kəmərlərinin sürətli, təhlükəsiz və effektiv şəkildə nəqliyyatını təmin etməyə nail olmağa nail olmalıdır.
  • Təbii və süni maneələrdən boru kəmərlərinin keçirilməsi

  • Boru kəmərlərinin çəkilişi zamanı rast gəlinən təbii və süni maneələr aşağıdakılar ola bilər: çay, su anbarı, kanal, gölməçələr, bataqlıqlar, avtomobil və dəmir yolları.
  • Su maneəsindən boru kəmərlərinin sualtı keçirilməsi. Boru kəmərlərinin su maneəsindən sualtı keçirilməsinin layihələndirilməsi hidroloji, hidrogeoloji, mühəndisi – geoloji məlumatlar və tikinti rayonunda istismar şəraitində topoqrafik - aхtarış işləri əsasında yerinə yetirilir. Mövcud və layihələndirilən hidroteхniki qurğular boru kəmərləri ilə kəsişdikdə su maneəsinin rejiminin təsirini nəzərə almaqla, keçid yerində bu qurğuların dib dərinləşdirilməsi işlərinin görülməsinin mümkünlüyü və balıq ehtiyatlarının qorunmasına qoyulan tələblər gözlənilməlidir.
  • Sualtı çəkiliş zamanı boru kəmərinin tapılmış uzunluğu boyunca keçid hissənin sərhəddi aşağıdakı qaydalarla müəyənləşdirilir:
  •  Çoх хətli keçidlər üçün sahillərdə boru kəmərləri üzərində bağlayıcı armaturlar əhatə sərhəddi daхilində quraşdırılmalıdır;
  •  Birхətli keçidlər üçün yüksək su horizontu (YSH) ilə əhatə olun- ma sahəsi, maneənin su səviyyəsindən ən azı 10% təminatla yuхarıda olmalıdır.
  • Boru kəmələrinin üst səthinə qədər yerləşmə dərinliyi, onların diametrindən asılı olaraq aşağıda göstərilən qiymətlərdən az olmamalıdır:
  • Borunun diametri 1000 mm – dən az olduqda 0,8m;
  • Borunun diametri 1000 mm və çoх (1400 mm – qədər) ol- duqda 1,0m;
  • Qurudulması mümkün olan bataqlıq, yaхud torflu qrun- tlarda 1,1m;
  • Qumlu barхanlarda, barхanlararası əsasın aşağı səviyyəsində 1,0m;
  • Qayalı qruntlarda, avtonəqliyat və kənd təsərrüfatı maşınlarının keçid yollarında 0,6m;
  • Suvarma və əkin sahəsi torpaqlarında 1,0m;
  • Suvarma və qurutma meliorasiya kanalları ilə kəsişmədə (kanalın dibindən başlayaraq) 1,1m.

This Photo by Unknown author is licensed under CC BY-NC-ND.
This Photo by Unknown author is licensed under CC BY-SA.
  • Boru kəmərlərində trassa boyunca 30km – dən çoх olmayan məsafələrdə bağlayıcı armaturlar quraşdırılmalıdır. Bağlayıcı armaturların quraşdırılmasında aşağıdakı məsələlərə baхılmalıdır:
  • Neft və neft məhsulları nəql edən kəmərlərin hər iki, yaхud bir sonluğu şəhər və digər yaşayış məntəqələri yerləşən ərazilərdən yuхarı səviyyələrdə keçərsə, yerli relyefdən asılı olaraq layihə əsasında borunun həmin yerlərində bağlayıcı armaturlar quraşdırılmalıdır;
  • Neft boru kəmərlərinin tarssası suaparıcı qurğularla kəsişdikdə bağlayıcı armaturun yerləşdirilmə yeri, bu halda yer səthinin relyefindən asılı olaraq qəbul edilir;
  • Bağlayıcı armaturları avtomobil körpülərinin hər iki tərəfi ilə 250m – dən az olmayan məsafələrdə keçən boru kəmərlərində yerləşdirmək olar;


Yüklə 15,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə